12.11.2019 21:27
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Erməni analitik: “Azərbaycan ön postlara yardım məqsədilə Tavuş istiqamətində 3 hərbi baza açıb”
 
12.11.2019
168.am, Ermənistan
 

  FOTO| Azərbaycanı gəzib-dolanmağa, bu sirli ölkəni araşdırmağa dəyər
 
12.11.2019
Sina, Çin
 

  Bakının şəhidləri...
 
06.11.2019
QUDSonline, İran
 

  Azərbaycan Türkiyəyə təbii qaz nəqlini 35% artırıb
 
06.11.2019
HABER GLOBAL, Türkiyə
 

  Macarıstanın MOL şirkəti Azərbaycana sərmayə yatırır
 
05.11.2019
Le Figaro, Fransa
 

 
 
Ermənistana “öz Banderası” nəyə gərəkdir?

 
 



ROSBALT, Rusiya
15.10.2019


Müəllif: Yeqor Sıplakov

MDB dövlət başçılarının Aşqabad sammitində müzakirə edilən məsələlərdən biri də Qələbənin gələn il qeyd olunacaq 75 illiyilə bağlı idi.

Ukrayna prezidenti Aşqabada gəlməmişdi. Bu səbəbdən heç kəs ona “nasizm üzərində qələbə uğrunda milyonlarla vətəndaşın həyatını qurban verdiyi Ukraynada Stepan Banderaya bu qədər heykəl niyə ucaldılıb?”, yadux “nə üçün küçələrinizə Üçüncü Reyxə xidmət etmiş, Sovet partizanları və “Qızıl ordu”ya qarşı vuruşmuş, yəhudilərə və polşalılara qarşı soyqırım törətmiş şəxslərin adını verirsiniz?” kimi qəliz suallar ünvanlaya bilməyib.

Əvəzində, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinə oxşar məsələlərlə bağlı bəraət qazandırmaq məcburiyyətində qalıb.

“Ermənistanın əvvəlki hakimiyyəti Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib”, - deyən Azərbaycan prezidenti İlham Əliyev bu haqda müzakirələri açaraq bildirib.

Bəs Qaregin Njde kimdir? Necə deyərlər o, həqiqətən də “birmənalı fiqur” deyil. Ter-Arutunyan Balkan müharibəsi zamanı digər erməni könüllülərilə birlikdə Osmanlı imperiyasına qarşı vuruşub. Rota komandiri “yoldaş Qaregin”in adı o zaman Lev Trotski adlı bir hərbi müxbirin oçerkində də xatırlanır...

Sonra birinci dünya müharibəsi baş verib, “müstəqil Ermənistan” uğrunda mübarizə başlayıb. Təbii ki, Njde Sovet hökumətilə yola getməyib və mühacirət edib. O, “sexakronizm” adlanan millətçi erməni ideologiyasının banisidir. Onun ideyalarını hətta özü “az aşın duzu” olmayan “Daşnaksütyun” belə, “ekstremist, faşist və irqçi” ideya sayıb və bu üzdən Njde bu partiyadan xaric olunub. Njdenin “birmənalı fiqur” olmaması bununla bitir.

Böyük Vətən müharibəsi zamanı o Vermaxtın tərkibində erməni birləşmələrinin yaradılmasında rol alıb, əsir düşmüş sovet əsgərlərini almanların tərəfində vuruşmağa təşviq edib, “Qızıl ordu”ya qarşı fəaliyyət göstərən diversant hazırlığı ilə məşğul olub. Nəhayət, təbii ki, Berlində fəaliyyət göstərən “erməni hökuməti” – milli şuranın üzvünə çevrilib.

Müharibədən sonra SSRİ-də bir müddət ölüm hökmü ləğv edildiyi üçün Qaregin Ter-Arutunyan ən sərt cəzadan yayına bilib və 25 il həbs cəzası alıb. 1955-ci ilin sonunda, 70 yaşının tamam olmasına az qalmış Vladimir həbsxanasında ölüb.

Müasir Ermənistanda Njdenin millətçi ideyalarına “tələbat” böyüyüb və onun tərcümeyi-halının ləkəli səhifələri nə üçünsə unudulub. Bu gün Yerevanda onun adını daşıyan meydan var, 2016-cı ildə isə Njdenin hündürlüyü az qala altı metrə çatan heykəli ucaldılıb. Heykəlin açılışındı Ermənistanın o vaxtkı prezidenti, rusların yaxın dostu Serj Sarqsyan da iştirak edib. O zaman Rusiya XİN-i buna Mariya Zaxarovanın şəxsində yüngülvari hiddətini bildirmişdi. Lakin Njdenin “milli qəhrəman” olması barədə “əsaslandırma” aldıqdan sonra XİN bunu Ermənistanın daxili işi saymışdı. Və budur, Əliyev çox sərt şəkildə xatırladır ki, nasist əlaltısını şərəfləndirmək heç də yaxşı iş deyil.

“Sanki bu müharibədə Hitler ikinci dərəcəli rol oynayıb və nasist hərəkatının lideri Qaregin Njde olub. Hesab edirəm ki, Azərbaycan prezidentinin sözləri ilk növbədə erməni xalqına qarşı hörmətsizlikdir”. Bunu isə öz “milli qəhrəmanlar”ının müdafiəsinə qalxan Paşinyan deyib.

Əslində, İlham Əliyev heç də erməni xalqının Qələbəyə verdiyi tövhəni şübhə altına almır. Tarixi yaddaşın qorunmasına gəldikdə, axı Əliyev həm də “özünütənqid” olaraq xatırladıb ki, Azərbaycanda 90-cı illərin əvvəllərində, Xalq Cəbhəsinin hakimiyyəti illərində “9 May bayramı ləğv edilmişdi, müharibə veteranları isə alçaldılmağa və təhqirlərə məruz qalırdı”. Lakin artıq 25 ildən çoxdur ki, bu ölkədə 9 May milli bayram kimi qeyd olunur və Bakıda heç kəs “Qafqaz-İslam Legionu”na abidə ucaltmır. Şükur ki, Rusiyada da Vlasovçulara heykəl qoymurlar.

Lakin sammitdə bununla bağlı müzakirə açılmayıb. Sadəcə, MDB ölkələrinin xalqlarına müraciət edilib ki, SSRİ-nin faşist Almaniyasının darmadağın edilməsindəki həlledici rolunun qiymətləndirilməsində yekdillik göstərilsin, tarixə yenidən baxılmasının, nasizmin qəhrəmanlaşdırılmasının yolverilməzliyinə vahid yanaşma olsun. Bütövlükdə MDB-də belə birlik var. Sadəcə, necə deyərlər, bir “əmma” var...

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ROSBALT

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az