12.11.2019 21:26
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Erməni analitik: “Azərbaycan ön postlara yardım məqsədilə Tavuş istiqamətində 3 hərbi baza açıb”
 
12.11.2019
168.am, Ermənistan
 

  FOTO| Azərbaycanı gəzib-dolanmağa, bu sirli ölkəni araşdırmağa dəyər
 
12.11.2019
Sina, Çin
 

  Bakının şəhidləri...
 
06.11.2019
QUDSonline, İran
 

  Azərbaycan Türkiyəyə təbii qaz nəqlini 35% artırıb
 
06.11.2019
HABER GLOBAL, Türkiyə
 

  Macarıstanın MOL şirkəti Azərbaycana sərmayə yatırır
 
05.11.2019
Le Figaro, Fransa
 

 
 
Erməni politoloq: “Faciəvi günlərimiz uzaqda deyil”

 
 



168.am, Ermənistan
31.10.2019


Müəllif: Razmik Martirosyan

“Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-ə çatdıra bilmədi”. Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib. O, hesab edir ki, Mnatsakanyanın sözlərini “diplomatic cavablar” adlandırmaq mümkün deyil: “Əslində, Mnatsakanyan suallardan yayınırdı”.

Politoloq deyib: “Baxın, bizim xarici siyasətimizə cavabdeh olan şəxs təzyiqlərə dözə, zərbələrə tab gətirə bilmir. Jurnalistin tonunu azca sərtləşdirməsi ilə Mnatsakanyan özünü itirdi. Bir jurnalistlərin qarşısında tab gətirməyən şəxs Azərbaycanın xarici işlər nazirinin və ya fövqəldövlətlərin nümayəndələrinin qarşısında necə dayanacaq?”.

“Zöhrab Mnatsakanyan jurnalistə deyir ki, münaqişənin həlli Azərbaycan, Ermənistan və Qarabağ xalqları üçün məqbul olmalıdır. Necə düşünürsünüz, bu zaman Mnatsakanyan hansı həll yolunu nəzərdə tutur?” sualına Hrant Melik-Şahnazaryan belə cavab verib: “Bu, demaqoqiyadan başqa bir şey deyil. Hər kəs gözəl anlayır ki, münaqişənin bütün tərəfləri razı salacaq həlli yoxdur. Üstəlik, Qarabağ məsələsində bizim mövqeyimizi, siyasətimizi əks etdirən heç bir plan hazırlanmayıb. Yüksək vəzifəli məmurlarımız tez-tez ziddiyyətli bəyanatlarla çıxış etməsi məhz buradan qaynaqlanır”.

Bu arada, Bakının sərt bəyanatları fonunda o da aydınlaşıb ki, 2020-ci ildə Azərbaycanın hərbi büdcəsi ötən ilkindən 20,9% çox olacaq. Bəzi hesablamalara görə, gələn il düşmən ölkənin hərbi xərcləri 2,27 milyard dollara çatacaq. Bunun qarşılığında bizim müdafiə xərclərimiz demək olar ki, dəyişilməz qalır. Politoloqdan bunun hansı təhlükələri yaratdığını da soruşduq.

“Azərbaycanın hərbi büdcəsi həmişə bizimkindən böyük olub. Hətta bir vaxtlar Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabər idi. Onlar hərbi xərclərini durmadan artırır, bununla da Qarabağ danışıqlarında bundan təzyiq vasitəsi kimi istifadə edir. Doğrudur, münaqişənın mahiyyətini və məzmununu nəzərə alaraq deyə bilərik ki, bütün məsələləri tək pulla həll etmək olmaz. Amma bu, o demək deyil ki, məsələ bu günədək pulla həll olunmayıbsa, gələcəkdə də oluna bilməz”, - deyə Şahnazaryan qeyd edib: “Görünən odur ki, Ermənistanın siyasi rəhbərliyi regiondakı təhlükələrin miqyasını anlamır. Burada söhbət təkcə Azərbaycanın hərbi potensialından getmir. Məsələ ondadır ki, artıq Türkiyə həm Avropa İttifaqı, həm Birləşmiş Ştatlar, həm də Rusiya ilə razılıq halında öz maraqlarını irəli apara bilir. O, bunu ABŞ-ın milli maraqlarına zidd alındığı halda belə, edir. Hər halda, Suriyada bunu aydın şəkildə gördük. Bu, çox ciddi məsələdir”.

Politoloq bu gün Ermənistanın təhlükəsizliyi məsələsinin çox dəyişdiyini düşünür: “Əgər biz bu dəyişikliklərə reaksiya vermir, fiziki təhlükəsizliyimizin təmininə əlavə vəsait ayırmır, ümumiyyətlə, bu haqda düşünmürüksə (hər halda, Ermənistan hakimiyyətinin bu haqda düşünmədiyini görürük), demək, faciəvi günlərimiz uzaqda deyil”.

“Rusiya ilə Türkiyənin Suriya məsələsindəki əməkdaşlığı, bunun fonunda Türkiyə rəhbərlərinin Azərbaycanpərəst bəyanatları Qarabağ münaqişəsi zonasındakı vəziyyətə təsir edə bilərmi?” sualını politoloq belə cavablandırıb: “Əminəm ki, Türkiyə nəzərini gec-tez Cənubi Qafqaza yönəldəcək. Hazırda o, Suriya ərazisində zəruri təhlükəsizlik zonası yaratmaqla məşğuldur. Bu məqsədə nail olunduqdan sonra Türkiyə və Suriya ərazisində yaşayan kürdlər arasında əlaqə kəsiləcək. Bu problemin həllindən sonra isə Ankara nəzərini təbii ki, bizim regiona yönəldəcək”.

Hrant Melik-Şahnazaryan hesab edir ki, Türkiyənin regionda nüfuzunu artırmasına Rusiyanın daim müqavimət göstərəcəyini gözləmək yanlış olardı.

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: 168.am

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az