24.09.2020 13:09
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistan PKK-dan terrorçu idxal edir
 
23.09.2020
SABAH, Türkiyə
 

  “DQR” “parlament”i köçürməyə hazırlaşır
 
23.09.2020
Eurasianet.org, ABŞ
 

  Ermənistan-Azərbaycan münaqişəsi: növbəti müharibə?
 
23.09.2020
EURACTIV, Aİ
 

  Azərbaycan: milli-mənəvi dəyərlərin qorunduğu, dini tolerantlığın təmin edildiyi ölkə
 
22.09.2020
PARHLO, Pakistan
 

  Anna Akopyan: sülh haqda danışan, lakin müharibəyə üstünlük verən birinci xanım
 
22.09.2020
DAILY SABAH, Türkiyə
 

 
 
10-dan çox xəstəliyi müalicə edən vulkanlar…

 
 



Sərayə, İordaniya
02.11.2019


Nə vaxtsa ağlınızdan vulkanda çimmək, yaxud palçıqda üzmək keçibmi? Bu, sizə qəribə görünə bilər. Amma bilsəz ki, palçıq vulkanında çimmək size bəzi xəstəliklərdən xilas edəcək…

Qəribə formalı təpələrdən ibarət palçıq vulkanları relyefinə görə turistləri heyrətləndirən təbiət hadisələrindən sayılır. Azərbaycan isə bu növ vulkanlarla zəngin ölkələrdən sayılır. Orada 400-dən artıq palçıq vulkanı var.

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev CNN-nin ərəb dili bölməsinə müsahibəsində deyib ki, Azərbaycan dünyada palçıq vulkanlarının ən çox olduğu ölkədir. Onun sözlərinə görə, bu ölkəyə gələn turistlər müxtəlif təbiət gözəlliklərilə yanaşı, palçıq vulkanlarına da böyük maraq göstərir.

Qədim səyaylah belə, Azərbaycanın Abşeron yarımadası haqda qeydlərində palçıq vulkanlarından bəhs ediblər. A.Əliyev deyir ki, belə qeydlərə XI-XIV əsrlərə aid kitablarda belə, rast gəlinir.

A.Əliyev palçıq vulkanlarının olduğu ölkələrdə onlardan tibbi məqsədlərlə istifade edildiyini söyləyib. Məsələn, İtaliyada ondan bu məqsədlə XVI əsrdən, Rusiya və Azərbaycanda isə müvafiq olaraq, XIX əsrin əvvəlindən və XX əsrdə istifadə olunmağa başlanıb. Mineral duzlar, üzvi birləşmələr və nadir elementlərlə zəngin olan palçıq vulkanları insan orqanizmi üçün şəfalı xüsusiyyətlərə malikdir. Onun tərkibində yod, brom, bor, dəmir və s. kimi faydalı elementlər var.

Palçıq vulkanizmi şöbəsinin müdirinin dediyinə görə,  Azərbaycanda həkimlər vulkan palçığını 10-dan çox xəstəliyin, o cümlədən sinir sistemi, oynaq, onurğa, sidik kanalları və ginekoloji xəstəliklərin müalicəsində tətbiq edir.

Palçıq vulkanlarının estetik müalicə xüsusiyyətləri də var. “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev deyir ki, bu palçıqlar orqanizmdə çapıqları da müalicə edir.

Adi vulkanlardan fərqli olaraq, palçıq vulkanlarında lava və ya maqma olmur. Havaya püskürən palçıq da o qədər isti deyil. Onun hərarət 22-23 dərəcə təşkil edir. Məhz bu üzdən bəzi palçıq vulkanında çimmək olur.

Palçıq vulkanlarının adi vulkanlara bənzərliyi yalnız onların da krateri və konusunun olmasındadır. Amma oradan maqmatik maddələrin əvəzinə palçıq kütlələri çıxır. Palçıq kütlələri ilə yanaşı, havaya C2O və ya metan qazı da “axır”.

Palçıq vulkanları çökmə süxur laylarının dərində olduğu yerlərdə formalaşır. Uzun illər ərzində qum və yumşaq maddələrlə dolmuş vadilərin daxilində eyni zamanda qazlar yığılır və nəticədə vulkan püskürməsi baş verir.

Adil Əliyev deyir ki, Azərbaycana gələn turistlər, xüsusən yaşlı insanlar bu palçıqdan yararlanır. Odur ki, palçıq vulkanlarını sağlamlıq turizmi istiqamətlərindən biri kimi təşviq etmək faydalı olardı.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Sərayə

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az