07.07.2020 03:07
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Yazarın qeydləri: Fəridə Zeynalova yenidən Bakıya qayıdıb
 
02.07.2020
NATIONAL GEOGRAPHIC, Böyük Britaniya
 

  Dağlıq Qarabağ: gərginlik artır
 
01.07.2020
TasnimNews, İran
 

  Azərbaycanda COVID-19-la mübarizə aparan həkimlər haqda serial çəkəcəklər
 
01.07.2020
Sputnik, Gürcüstan
 

  Hücum! Türkiyə ilə Azərbaycanı dronlar birləşdirir
 
30.06.2020
The National Interest, ABŞ
 

  FOTO| Azərbaycan mətbəxinə gözəlləmə
 
30.06.2020
Hürriyet, Türkiyə
 

 
 
FOTO| Bakı Beynəlxalq Aeroportunun terminalındakı “barama”lar

 
 



Dlmag, ABŞ
04.11.2019


Müəllif: Cina Qaletti 

Əgər siz də mənim kimi, beynəlxalq aeroportları və gözəl dizayna malik tikililəri sevirsinizsə, Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanının terminalını, oradakı unikal, baramaya bənzər strukturları çox bəyənəcəksiniz. Bu hava limanından təkcə Azərbaycana səfər üçün deyil, həm də oradan müxtəlif uzaq ölkələrə uçmaq üçün istifadə edilir. Əgər bu hava limanında olsanız, oranı mütləq gəzin. Heydər Əliyev Beynəlxalq Hava Limanının möhtəşəm dizaynına və memarlığına heyran olacaqsınız.

Postsovet ölkəsi olan Azərbaycan şərqdən Xəzər dənizi, şimaldan Qafqaz dağları ilə həmsərhəddir. Paytaxt Bakı şəhəri UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş, tarixi orta əsrlərə uzanan məşhur İçərişəhəri, tikintisi 15-ci əsrdə tamamlanmış Şirvanşahlar sarayı, eyni zamanda, Zaha Hadidin memarı olduğu Heydər Əliyev Mərkəzi, LED ekranlarla təchiz edilmiş 3 göydələndən ibarət “Alov qüllələri” ilə tanınır.

Müxtəlif mükafatlar qazanmış beynəlxalq terminal

Doğrudur, Azərbaycan o qədər də tanınmış istiqamət deyil. Lakin son illərdə bu ölkədə turizm sürətlə inkişaf edir. Hər halda, hazırda Azırbaycan turizm sektounu sürətlə inkişaf etdirən 10 ölkə sırasındadır. Hələ 2017-ci ildə Azərbaycana turist axını 50% artmışdı.

Beləliklə, o, xarici qonaqlarının sayının ən çox artdığı 10 ölkədən birinə çevrilib. Məhz bu turist axınının öhdəsindən gəlinməsi üçün Bakıda gözəl terminala malik beynəlxalq aeroport tikilib. Terminalı Türkiyənin “Autoban” memarlıq şirkəti ərsəyə gətirib. Memarlar onun daxili dizaynına taxtadan hazırlanan barama formalı strukturlar əlavə etməyə qərar verib. Bu gün “Autoban” memarlıq şirkətinin üçbucaq quruluşlu daxili interyeri terminaldakı bütün sərnişin bölgəsini əhatə edir. Terminalda tikinti işlərini “Arup” şirkəti aparıb.

Nəqliyyat mərkəzlərinin yeni konsepsiyası

Aeroportun şüşədən qurulmuş divarları daxilə meyllənir. Belə dizayn həqiqətən də, insanı valeh edir. Aeroportun küncləri də bu cür mayili formadadır. Bu cür memarlıq nümunəsi insanda xoş təəssürat yaradır.

Heydər Əliyev Beynəlxalq Hava Limanından hər il təxminən 5-6 milyon sərnişin istifadə edir. Səyyahlar aeroportun qeydiyyat şöbəsinə çatmaq üçün bir neçə şüşə tikilinin içindən keçir. Burada dükanların ətrafında sütunlarla yanaşı, ağaclara da rast gəlinir.

“Autoban” şirkəti bu aeroportun dizaynını hazırlayan zaman onun digər hava limanlarından fərqlənməsinə çalışıb. Şirkətin əsas hədəfi məhz bu olub.

Bu gün səyahət insan həyatının önəmli hissəsini təşkil edir. Odur ki, “Autoban” bu hava limanını insanlar üçün mümkün qədər rahat məkana çevirməyə çalışıb. “Autoban” şirkətində hesab edirlər ki, “inkişaf etmək üçün nəqliyyat mərkəzlərinin konsepsiyası dəyişməlidir”.

Bakı aeroportunun məşhur “barama”ları

Terminalın yuxarı hissəsindəki taxta strukturlar baramanı xatırladır. Onun içərisində kafelər, dükanlar və yüklərin saxlanılması üçün yer, həmçinin uşaq meydançası kimi məkanlar yerləşir.

“Barama”lardan istifadənin digər ciddi üstünlüyü də var: onlar məkanı daha elastik edir. Aeroportun terminalı genişləndikcə, “barama”lar da dəyişir. Romb formalı bu strukturlar bərk ağacdan hazırlanıb. Onun üst hissəsi palıddan hazırlanmış fanerlə örtülüb. Bakı aeroportunda ilk növbədə terminalın memarlıq strukturu dizayn edilib, daha sonra mikromemarlığa nəzər yetirilib. Bununla da aeroport insanlar üçün daha rahat məkana çevrilib. Nəticədə, səyyahlar burada özlərini sanki evdəki kimi hiss edir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Dlmag

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az