12.11.2019 21:29
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Erməni analitik: “Azərbaycan ön postlara yardım məqsədilə Tavuş istiqamətində 3 hərbi baza açıb”
 
12.11.2019
168.am, Ermənistan
 

  FOTO| Azərbaycanı gəzib-dolanmağa, bu sirli ölkəni araşdırmağa dəyər
 
12.11.2019
Sina, Çin
 

  Bakının şəhidləri...
 
06.11.2019
QUDSonline, İran
 

  Azərbaycan Türkiyəyə təbii qaz nəqlini 35% artırıb
 
06.11.2019
HABER GLOBAL, Türkiyə
 

  Macarıstanın MOL şirkəti Azərbaycana sərmayə yatırır
 
05.11.2019
Le Figaro, Fransa
 

 
 
Tehranla Bakı arasında işgüzar əlaqələr qənaətbəxş deyil

 
 



ANAJ, İran
05.11.2019


Müəllif: Əmir Fatemi

Görünən odur ki, Tehranla Bakının mövcud maneələrin aradan qaldırılmasına, iqtisadi münasibətlərin hərtərəfli inkişafına yönəlmiş siyasəti tam müəyyənləşmədikcə, iki ölkənin ticarət balansı mövcud potensiala cavab verməyəcək.

İranla Azərbaycan arasındakı ortaq mədəni, tarixi və dini cəhətlər, həmçinin iki ölkə arasındakı münasibətlərin keçmişi nəzərə alınarsa, əslində, Azərbaycanın ən böyük ticari mübadiləsi məhz İranla olmalıdır. Üstəlik, Azərbaycanın keçmiş iqtisadiyyat naziri Şahin Mustafayev Tehrana bir müddət əvvəl etdiyi səfər zamanı bildirmişdi ki, onun ölkəsində 515-dən çox İran şirkəti fəaliyyət göstərir. Bu, təbii ki, azərbaycanlıların iranlılarla işləməkdə maraqlı olduğunun göstəricisidir.

Lakin statistika göstərir ki, Tehranla Bakı arasında işgüzar münasibətlər ortaq cəhətlərlə, ortaq dəyərlərlə heç bir şəkildə uyğun deyil. Yeri gəlmişkən, Azərbaycanın “AZƏRTAC” İnformasiya Agentliyi ölkənin Dövlət Gömrük Komitəsinə istinadən Bakının Tehran və Ankara ilə ticarət mübadiləsinin həcmi haqda məlumat yayıb. Həmin məlumat Azərbaycanla İran arasında ticarət dövriyyəsinin arzulanan səviyyədə olmadığını bir daha ortaya qoyub. Hesabatda deyilir ki, son 9 ayda Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard 354 milyon 625 min dollar təşkil edibsə, İranla bu rəqəm 390 milyon 662 min dollar olub.

İki rəqəmin müqayisəsi göstərir ki, Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi İranla dövriyyəsindən düz 8 dəfə çoxdur. Halbuki, İranla Azərbaycanın 760 kilometrə çatan quru sərhədi, 4 gömrük-keçid məntəqəsi var. Türkiyə ilə Azərbaycanın quru sərhədi isə yalnız Naxçıvan bölgəsindədir və cəmi 15 kilometrldir. Demək, Türkiyə ilə Azərbaycan arasında ticarət əsasən başqa yollarla, o cümlədən hava yolu ilə həyata keçirilir.

Bununla yanaşı, hesabatda deyilir ki, Bakının Ankara və Tehranla ticarət dövriyyəsinin həcmi keçən ilə nisbətən artıb. Türkiyə ilə ticarət dövriyyəsi həcmində artım 974 milyon 339 min, İranla isə 121 milyon 946 min dollar təşkil edib.

Halbuki, son illərdə Tehranla Bakı arasında artan ticarət əməliyyatları, o cümlədən avtomobil və əczaçılıq sektorunda əməkdaşlıq iqtisadi münasibətlərin inkişafı üçün yeni üfüqlər vəd edirdi. Buna rəğmən, rəqəmlərin belə kiçik olması iki ölkə arasında ticarət əlaqələrinin nə vaxtsa qənaətbəxş səviyyəyə çatacağına inamı azaldır.

Maraqlıdır ki, İran Azərbaycanla ticarət, iqtisadi və investisiya əlaqələrini genişləndirmək üçün son illərdə birtərəfli makrogüzəştlər də tətbiq edib. Lakin iki ölkə arasında ticarət əlaqələrinin səviyyəsi heç cür arzulanan səviyyəyə çatmır.

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bir müddət əvvəl “Azərbaycanın Tehrandakı səfirliyi iranlı investor və iş adamlarının Azərbaycanda işləməsinə necə kömək edir?” sualına gülərək belə cavab vermişdi: “İranın Azərbaycanla sərhəd vilayətlərində yaşayan sahibkarlarda Azərbaycana nəyin və nə vaxt ixrac edilməsinin lazımlığı haqda məlumatlar səfirlikdəki məlumatlardan daha çoxdur. Bu üzdən onların səfirliyin köməyinə ehtiyacı yoxdur. Əlbətdə, səfirlik də öz növbəsində, iranlı iş adamlarına kömək edir. Bu məqsədlə biz Azərbaycanın xarici investisiyalar haqqında qanununu tərcümə edərək, səfirliyinin saytında yerləşdirmişik”.

Bununla yanaşı, son dövrlərdə müxtəlif İran şirkətlərinin Bakıda fəaliyyət göstərməsi üçün bir sıra müsbət addımlar atılıb. Lakin görünən odur ki, Tehranla Bakının mövcud maneələrin aradan qaldırılmasına, iqtisadi münasibətlərin hərtərəfli inkişafına yönəlmiş siyasəti tam müəyyənləşmədikcə, iki ölkənin ticarət balansı mövcud potensiala cavab verməyəcək.

İran prezidenti Həsən Ruhaninin Bakıya, Azərbaycanın dövlət başçısı İlham Əliyevin isə Tehrana rəsmi səfərləri ölkələr arasında ticarət dövriyyəsinin yüksəlməsi üçün əlverişli fürsət yarada bilər. Lakin yaradılacaq imkanlardan istifadə edilməsi də əlbəttə ki, səlahiyyətli qurumların işə ciddi yanaşmasından asılıdır.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az