06.06.2020 23:29
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraillə Azərbaycan uzunömürlülüyün sirrini bilir?
 
06.06.2020
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ: İran yaxınlığında uzun müddətdir davam edən münaqişə
 
05.06.2020
IRNA, İran
 

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

 
 
Macarıstanın MOL şirkəti Azərbaycana sərmayə yatırır

 
 



Le Figaro, Fransa
05.11.2019


Macarıstanın ilk neft şirkəti olan MOL Azərbaycanın dənizdə yerləşən nəhəng neft yatağının istismarında və bu ölkədən gələn neft borularından birində payçı olacaq. Bu iki layihədə iştirak etmək üçün şirkət Azərbaycana 1,5 milyard dollar sərmayə yatıracaq.

MOL Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” yataqları blokunda ABŞ-ın “Şevron” şirkətinə məxsus payı alacaq. Beləliklə, şirkət bu layihədə 9,57%-lik payla, üçüncü ən böyük tərəfdaşa çevriləcək.

Macarıstanın ümumilikdə 26 min insanın işlədiyi bu neft-qaz konserni, həmçinin Azərbaycanı Rusiyadan yan keçməklə Türkiyəyə birləşdirən, onun neftini xrac etdiyi 3 kəmərdən biri olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərində də 8,9%-lik pay əldə edəcək.

Keçmiş sovet respublikası olan Azərbaycan zəngin hidrokarbogen ehtiyatlarına malikdir. O, Xəzər dənizindən Avropaya neft və qazın nəql olunduğu strateji marşrutun başlanğıc nöqtəsidir.

“Azər-Çıraq-Günəşli” yataqlar blokunun istismarında əsas pay sahibi 30,4%-lə Böyük Britaniya BP şirkətidir. Digər böyük investorlar 25%-lə SOCAR/AzACG və 6,79%-lə “ExxonMobil”dir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Le Figaro

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az