12.11.2019 21:28
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Erməni analitik: “Azərbaycan ön postlara yardım məqsədilə Tavuş istiqamətində 3 hərbi baza açıb”
 
12.11.2019
168.am, Ermənistan
 

  FOTO| Azərbaycanı gəzib-dolanmağa, bu sirli ölkəni araşdırmağa dəyər
 
12.11.2019
Sina, Çin
 

  Bakının şəhidləri...
 
06.11.2019
QUDSonline, İran
 

  Macarıstanın MOL şirkəti Azərbaycana sərmayə yatırır
 
05.11.2019
Le Figaro, Fransa
 

  Tehranla Bakı arasında işgüzar əlaqələr qənaətbəxş deyil
 
05.11.2019
ANAJ, İran
 

 
 
Azərbaycan Türkiyəyə təbii qaz nəqlini 35% artırıb

 
 



HABER GLOBAL, Türkiyə
06.11.2019


2019-cu ilin avqustunda Azərbaycandan Türkiyəyə 734,97 milyon kubmetr təbii qaz ixrac olunub.

Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatının məlumatına görə, bu ilin avqustunda Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 735 milyon kubmetrə çatıb. Bu, ötən ilin avqustunda ixrac olunmuş qazın həcmindən 15,57% çoxdur.

Beləliklə, Türkiyənin ümumi təbii qaz idxalında Azərbaycan qazının payı 23,35%-ə çatıb.

Ümumilikdə bu ilin yanvar-avqust ayları ərzində Azərbaycandan Türkiyəyə təbii qaz ixracı ötən illə müqayisədə 35,5% artaraq, 6 milyard 44 milyon 650 min kubmetrə çatıb. Bu statistikaya əsasən, Azərbaycan Türkiyənin ən böyük ikinci təbii qaz tədarükçüsüdür.

Türkiyənin əsas təbii qaz tədarükçüsü Rusiyadır. O, bu ilin avqustunda Türkiyəyə 1 milyard 450 milyon 740 min kubmetr təbii qaz ixrac edib. Bu cərgədə üçüncü yeri 352 milyan 590 min kubmetr qaz nəqlilə Əlcəzair tutur. Türkiyənin təbii qaz idxalında Rusya 46,08, Əlcəzair 11,20% paya malikdir. Ümumilikdə Türkiyə bu ilin avqustunda təbii qaz idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 3,74% artıraraq, 3 milyard 148 milyon kubmetrə çatdırıb.

Məlum olduğu kimi, Türkiyənin təbii qaza olan təlabatının əhəmiyyətli hissəsi Azərbaycanın “Şahdəniz” təbii qaz yatağı hesabına ödənir. Buradan hasil olunan Türkiyə bazarına Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri vasitəsilə nəql edilir. Bu istiqamətdə Bakı-Tbilisi-Ərzurum kəmərilə qaz nəqlinə 2007, TANAP vasitəsilə qaz nəqlinə isə 2018-ci ildə başlanıb.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HABER GLOBAL

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az