07.06.2020 01:28
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraillə Azərbaycan uzunömürlülüyün sirrini bilir?
 
06.06.2020
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ: İran yaxınlığında uzun müddətdir davam edən münaqişə
 
05.06.2020
IRNA, İran
 

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

 
 
Bakının şəhidləri...

 
 



QUDSonline, İran
06.11.2019


Müəllif: Həsən Zülfüqari

Sərhəd-keçid məntəqəsində gözləmək və avtobusla bir neçə saatlıq yol bizi əldən salmışdı. Xaricə maşınla səyahət etmək də bir aləmdir! Nəhayət, Bakı avtovağzalından taksiyə əyləşir, az sonra qalacağımız yerə çatırıq...

Qısa istirahətin ardından bir neçə stəkan Azərbaycan çayı içir, daha sonra Bakını gəzməyə çıxıırıq. İlk öncə Bakının qədim qalaları, darvazası ilə məşhur olan qədim hissəsinə – tarixi İçərişəhərə yollanırıq. Oradan etnoqrafik və antropoloji araşdırma məqsədilə “Alov qüllələri”nə doğru hərəkət edirik. Axşam saatlarında qüllələrə yetişirik. Əvvəlcə yaxınlıqdakı parkda gəzməyə qərar veririk... və diqqətimi parkın kənarındakı böyük tablo çəkir.

Dostumdan orada nə yazıldığını soruşuram. Cavab: “Şəhidlər Xiyabanı”. Təəccüblənirik. Buranın “Şəhidlər Xiyabanı” adlandırılmasının səbəbi bir yana, ölkəmizdə baş verən son hadisələri, bəzi küçə və prospektlərdən şəhidlərin adının götürülməsini xatırlayırıq...

Namazdan sonra azərbaycanlı universitet professoru ilə görüşməli idik. O, fars dilində də bilir. Salamlaşdıqdan, hal-əhval tutduqdan sonra Azərbaycan və Bakı haqqında danışmağa başlayır. Əvvəlcə, əslində bir saat öncə cavab axtardığımız sualdan başlayır: “1990-cu il yanvarın 20-də çox sayda dinc azərbaycanlı SSRİ hərbi qüvvələri tərəfindən qətlə yetirilib. Onlar həmin ərazidə dəfn ediliblər. Əvvəllər ora SSRİ-nin bolşevik rəhbərlərindən birinin adını daşıyırdı”.

Demək, məhz həmin hadisədən sonra bu park “Şəhidlər Xiyabanı”na çevrilib. Xiyabanın sonunda “Əbədi məşəl” abidə kompleksi ucaldılıb. Burada şəhidlərin xatirəsinə məşəl alovlanır. Buradan Xəzər dənizinə gözəl mənzərə də açılır.

Hər il yanvarın 20-də burada xüsusi anım mərasimi keçirilir, şəhidlərin xatirəsi yad olunur.

Burada Dağlıq Qarabağ müharibəsi şəhidləri, həmçinin ötən əsrin əvvəlində Bakının azad olunması uğrunda şəhid olmuş 1130 türk əsgəri də uyuyur.

Görüşdən çıxıb avtomobildə yol gedirik. Öz-özümə düşünürəm ki, Azərbaycan kimi dünyəvi dövlət müharibə qurbanlarını xalqın gözündə qəhrəmanlaşdırır, onların xatirəsini əziz tutur. Bizim ölkəmizdə isə bəzi şəhər rəhbərləri qəhrəman şəhidlərimizin adlarının önündən “şəhid” sözünü götürür…

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: QUDSonline

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az