30.10.2020 11:18
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Azərbaycan Ermənistanı mülki şəxslərin qətlində günahlandırır
 
30.10.2020
Le Monde, Fransa
 

  FOTOREPORTAJ| Azərbaycanda silsilə partlayışlar, qışqırtılar və... qan
 
29.10.2020
The New York Times, ABŞ
 

  Yerevanın “ölüm ticarəti”... Erməni uşaqlar əsgərə və tabuta necə çevrilir?
 
29.10.2020
Əl-Hərir, Əlcəzair
 

  Azərbaycan şəhərinə raket zərbəsi nəticəsində 21 mülki şəxs ölüb
 
29.10.2020
BBC, Böyük Britaniya
 

  Dağlıq Qarabağ: Beynəlxalq Qızıl Xaç Komitəsinin könüllüsü qətlə yetirilib
 
29.10.2020
Le Figaro, Fransa
 

 
 
VİDEO| Azərbaycan Dünya dini liderlərinin II Sammitinə ev sahibliyi edib

 
 



TRT WORLD, Türkiyə
18.11.2019


Müəllif: Yasin Eken

Müxtəlif, bir-birinə zidd dinlər əsrlər boyu müharibələrə səbəb olub. Nəticədə çox sayda insan həyatını itirib. Amma keçmişdən çox az şey öyrənmişik. Bu ezdən də, bəzi münaqişələrin ədalətli həllinə nail ola bilmirik.

Azərbaycan paytaxtı Bakı bu günlərdə Dünya dini liderlərinin II Sammitinə ev sahibliyi edib. Tədbir iştirakçıları ümid edir ki, bu sammit bütün dünyaya yaxşı nümunə olacaq.

Lennart Koskinen (isveçli keşiş): “Bu sammit böyük bir hadisənin başlanğıcı ola bilər. Bilirəm ki, tədbir iştirakçılarının əksəriyyəti Azərbaycandan qayıtdıqdan sonra bu ideyaları, metodologiyanı öz vətənində təşviq etməyə çalışacaq”.

Tomas Şirmaxer (Ümumdünya Yevangelistlər Alyansının Teoloji Problemlər üzrə baş katibin müavini): “Böyük dinlərin necə yayıldığına nəzər yetirsəniz, bir çox ölkədə islamla xristianlığın ya azlıq, ya da çoxluq olduğunu görəcəksiniz. Yəni əksər ölkə əhalisinin çoxu ya xristian, ya da müsəlmandır. Demək, bu iki din arasındakı problemlər həll edilərsə, bu, digər dinlər üçün nümunə ola biləcək”.

Tolerantlıq, müxtəlif dini, etnik azlıqlar arasında birgəyaşayış prinsiplərinin qorunması Azərbaycanın dövlət siyasətidir. Azərbaycan dünyəvi dövlətdir. Amma ölkənin məhz bu siyasəti onu digərlərindən fərqləndirir.

Yasin Eken: “Azərbaycan çoxsaylı müxtəlif dini qrupların vətəni olsa da, əhalinin təxminən 95%-i müsəlmandır. Ölkədə yaşayan müsəlmanların əksəriyyəti şiədir. Əhalinin təxminən 15%-i isə sünnidir. Müxtəlif ölkələrdə bu qruplar arasındakı ziddiyyət zorakılıqlara səbəb olursa, Azərbaycanda belə problem yoxdur”.

Azərbaycanda çox vaxt şiələrlə sünnilərin məsciddə bir imamın arxasında, bir yerdə ibadət edir.

Rüstəmov Ceyhun Əkbər oğlu (imam): “Təəssüf ki, bu gün dünyada siyasi məqsədlərə nail olunmasında dindən də istifadə edilir. Azərbaycanla bağlı isə bunu demək olmaz. Biz xeyir-duanın elə müxtəliflikdə olduğunu bilirik. Nəticədə öz aramızdakı birlik yarada bilmişik”.

Azərbaycanda birgəyaşayışla tolerantlıq dəyərləri təkcə dövlət tərəfindən qorunmur, həm də dini liderlər, ictimai xadimlər tərəfindən mühafizə edilir. Odur ki, belə sammitlər dünyada qarşılıqlı anlaşmanın təşviqinə töhfə vermək üçün həyati əhəmiyyət kəsb edir.

 

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TRT WORLD

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az