30.10.2020 12:08
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Azərbaycan Ermənistanı mülki şəxslərin qətlində günahlandırır
 
30.10.2020
Le Monde, Fransa
 

  FOTOREPORTAJ| Azərbaycanda silsilə partlayışlar, qışqırtılar və... qan
 
29.10.2020
The New York Times, ABŞ
 

  Yerevanın “ölüm ticarəti”... Erməni uşaqlar əsgərə və tabuta necə çevrilir?
 
29.10.2020
Əl-Hərir, Əlcəzair
 

  Azərbaycan şəhərinə raket zərbəsi nəticəsində 21 mülki şəxs ölüb
 
29.10.2020
BBC, Böyük Britaniya
 

  Dağlıq Qarabağ: Beynəlxalq Qızıl Xaç Komitəsinin könüllüsü qətlə yetirilib
 
29.10.2020
Le Figaro, Fransa
 

 
 
VİDEO| Dmitri Medvedev Azərbaycanın birinci vitse-prezidenti ilə danışıqlar aparıb

 
 



PERVIY KANAL, Rusiya
22.11.2019


Dmitri Medvedev Azərbaycanın birinci vitse-prezidenti ilə danışıqlar aparıb.

Mehriban Əliyeva rəsmi səfərlə Moskvadadır. Sabah o, ikitərəfli regionlararası forumda iştirak edəcək.

Rusiyanın baş nazri ilə görüşdə də ticarətdən tutmuş, elmə qədər ən müxtəlif sahələrdə əməkdaşlıqdan söhbət açılıb.

Dmitri Medvedev (Rusiyanın baş naziri): “Ölkəmizə səfərinizin çox yaxşı proqramı var. O, dolğun və zəngindir. Buraya bizim Sizinlə danışıqlarımız, Rusiya Federasiyasının Prezidenti ilə sabah keçirəcəyiniz görüş, Rusiya regionlarının böyük bir hissəsinin iştirak edəcəyi genişmiqyaslı regionlararası forum daxildir. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı da çox əlamətdar hadisədir. Bütün bunlar ölkələrimiz arasında mehriban qonşuluğu, tərəfdaşlığı və dostluğu tam şəkildə əks etdirir. Sizin səfəriniz də bunun əyani təzahürüdür”

Mehriban Əliyeva (Azərbaycanın birinci vitse-prezidenti): “Mən yenidən Moskvada olmaqdan çox şadam. Moskva mənim üçün doğma şəhərdir. Mənim tələbəlik illərim burada keçib. Sizinlə görüşümüzə görə də çox şadam. Həmçinin fürsətdən istifadə edərək Sizə Azərbaycan Respublikasının Prezidentinin salamlarını və ən xoş arzularını çatdırmaq istərdim”.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: PERVIY KANAL

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az