24.09.2020 12:42
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistan PKK-dan terrorçu idxal edir
 
23.09.2020
SABAH, Türkiyə
 

  “DQR” “parlament”i köçürməyə hazırlaşır
 
23.09.2020
Eurasianet.org, ABŞ
 

  Ermənistan-Azərbaycan münaqişəsi: növbəti müharibə?
 
23.09.2020
EURACTIV, Aİ
 

  Azərbaycan: milli-mənəvi dəyərlərin qorunduğu, dini tolerantlığın təmin edildiyi ölkə
 
22.09.2020
PARHLO, Pakistan
 

  Anna Akopyan: sülh haqda danışan, lakin müharibəyə üstünlük verən birinci xanım
 
22.09.2020
DAILY SABAH, Türkiyə
 

 
 
Azərbaycan Avropa ilə Asiya arasında qovşağa necə çevrildi?

 
 



Daily Times, Pakistan
29.11.2019


Müəllif: Hasnayn Caved

Azərbaycan Avrasiyada həm quru yolların, həm də hava marşrutlarının qovşağında yerləşir. Məhz bu üzdən Azərbaycan hökuməti dövlət müstəqilliyini qazandıqları andan ölkəni Avropa ilə Asiya arasında qovşağa çevirməyə çalışıb. Bu məqsədlə Bakı son onilliklərdə nəqliyyat və infrastruktur layihələrinə milyardlarla dollar vəsait ayırıb.

Bu gün Azərbaycan hökuməti Xəzər dənizi hövzəsində ən müasir dəniz limanı – Bakı Beynəlxalq Dəniz Ticarət Limanınının tikintisini başa çatdırmaq üzrədir. Bu liman Bakıdan 60 kilometr məsafədə – Ələt qəsəbəsində yerləşir.

Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi isə başa çatdırılıb, Bakının hava limanı da müasir qovşağa çevrilib.

Bütün bu layihələrin həyata keçirilməsində əsas məqsəd Azərbaycanı Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında perspektivli qovşağa çevirməkdir. Karbohidrogen resusrlarının tədricən azalacağını anlayan Bakı ölkə iqtisadiyyatının şaxələndirilməsinə önəm verir.

Yeri gəlmişkən, ABŞ-ın Cənubi Qafqaza marağının sanki azalması, “Brexit”dən sonra isə Avropa İttifaqının (Aİ) da bu regionda mövqelərinin zəifləməsi fonunda digər fövqəldövlətlər bölgədə yaranmış boşluğu doldurmağa çalışır. Rusiya regionda mövqelərini gücləndirmək üçün sərt siyasətdən istifadə etdirsə, digər fövqəldövlətlər alternativ üsullara əl atır. Bu regionda gücünü tədricən artıran ölkələrdən biri Çindir. Bu gün o, Cənubi Qafqazda mühüm aktora çevrilməyə çalışır.

Pekin indiyədək Cənubi Qafqaza xüsusi diqqət ayırmırdı. Doğrudur, instutisional nöqteyi-nəzərdən Çinin Azərbaycan, Gürcüstan və Ermənistanla əlaqələri hər zaman yaxşı olub. Lakin bu dövlətlər Pekinlə əlaqələri heç zaman uzunmüddətli və ya strateji münasibətlər kimi xarakterizə etməyib. Bununla yanaşı, Çin şirkətlərinin indiyədək Cənubi Qafqaz regionuna ciddi investisiya yatırmaması da əməkdaşlığın inkişafına mane olub.

Nəhayət, son illərdə Pekinin Azərbaycanın karbohidrogen resurslarına marağı artıb, eyni zamanda, o, ticari əlaqələri genişləndirmək məqsədilə Azərbaycanla Gürcüstandan keçən marşrutlara xüsusi diqqət göstərməyə başlayıb. Bununla da Çin böyük iqtisadi resurslar hesabına regionda nüfuzunu artırmağa başlayıb. ABŞ, Aİ kimi güclər bu regionda çətinliklərlə üzləşdiyindən, Çinin bu bölgədəki siyasətini Avraam Linkolnun sitatı ilə əla xarakterizə etmək olar: “Doğrudur, mən asta-asta gedirəm, amma heç vaxt geriləmirəm”.

Bu gün Azərbaycan Çini ciddi fövqəldövlət kimi qəbul edir. Pekin də öz növbəsində, Azərbaycandakı investisiya layihələrinə ciddi vəsait ayıra, bununla da Rusiyanın bölgədə artan nüfuzuna qarşı mübarizə apara bilər.

Yeri gəlmişkən, Azərbaycanla Çin arasında ikitərəfli əlaqələr 1992-ci ildən inkişafdadır. İki ölkə arasında əməkdaşlıq o vaxtdan qurulub. Pekin Azərbaycanın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini də dəstəkləyir. Başqa sözlə, o, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Tayvan problemi olan Çin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT-də keçirilmiş səsvermədə Bakıya açıq dəstək verib. Azərbaycan isə öz növbəsində, ərazi bütövlüyü məsələsində Pekini dəstəkləyir.

Maraqlıdır ki, keçmişdə Çin Azərbaycanda yalnız bir neçə neft layihələrində iştirak edib. Bu da daha çox iqtisadi deyil, siyasi maraqlarla bağlı olub. O zaman əlaqələr yaxşı olsa da, tərəflər bir-birini çox vacib tərəfdaş kimi görmürdü.

Nəhayət, 2013-cü ildən Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər-bir yol” layihəsi İpək Yolu üzərində yerləşən ölkələr arasında əlaqələrin güclənməsində kotalizator rolunu oynayıb. Yeri gəlmişkən, Pekin bu inqilabi planı açıqlayan zaman Azərbaycan ona dərhal müsbət reaksiya vermişdi. O zaman Qərb ölkələri arasındakı fikir ayrılıqları onların bu regiona təsirini də azalmışdı. Belə olan təqdirdə, Azərbaycanın Cənubi Qafqazda yaranmış boşluğu yeni oyunçuların doldurmasına ehtiyacı var idi. Bununla yanaşı, güman edilirdi ki, Şərqi Asiya ilə Avropanı birləşdirəcək yerüstü marşrutlar və dəmir yolları ilə bağlı layihələr Çin fondları tərəfindən maliyyələşdiriləcək və bu zaman ümumi nəqliyyat gəlirlərinin bir qismini Azərbaycan əldə edəcək.

Nəticədə 2015-ci ildən etibarən Bakı ilə Pekin arasında siyasi əlaqələr güclənməyə başlayıb. Azərbaycan prezidenti İlham Əliyev 2015-ci ilin dekabrında Çinə rəsmi səfər də edib və orada yerli şirkətləri Azərbaycana investisiya qoymağa çağırıb.

Yeri gəlmişkən, Çinin təşəbbüsü ilə yaradılmış Asiya İnfrastruktur İnvestisiya Bankı 2016-cı ildə TANAP layihəsinin həyata keçirilməsi üçün 600 milyon dollarlıq kredit ayırıb. Söhbət Azərbaycan qazını Gürcüstan ilə Türkiyədən keçməklə Cənub-Şərqi Avropaya nəql edəcək layihədən gedir.

Azərbaycan prezidenti 2019-cu ilin aprelində də Çində olub. İlham Əliyev oraya “Bir kəmər-bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək məqsədilə yollanmışdı. Səfər çərçivəsində Əliyev Çin lideri ilə də görüşmüşdü. Üstəlik, bu görüşdən təxminən bir həftə sonra Azərbaycanın müdafiə naziri Çinə rəsmi səfər etmişdi. Başqa sözlə, tərəflər artıq hərbi sahədə də əməkdaşlıq edəcəklərinin müjdəsini verib. Çinin Azərbaycana hərbi avadanlıqlar tədarük edəcəyi də açıqlanıb. Hər halda, Bakı ilə Pekin arasında hərbi yardımlar, o cümlədən Çindən Azərbaycana silah tədarükü haqda müqavilə imzalanıb.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Daily Times

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az