06.04.2020 02:51
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
MÜSAHİBƏ| Azərbaycan Rusiyadan turist axınını necə artırmaq istəyir?

 
 



NEWS.ru, Rusiya
02.12.2019


Müəllif: Yelena Oya

Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Rusiya-Azərbaycan Forumu zamanı News.ru”nun xüsusi müxbirinə turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafından danışıb.

- Forumda turizmə həsr olunmuş dəyirmi masa nəzərdə tutulduğundan uzun çəkdi. Hansısa razılıqlar əldə olundumu?

- Ciddi suallar var idi. Lakin bu, bir ilk idi və biz müzakirələrə hazırıq. Dialoqa açıqıq. Düşünürəm ki, həm turizm sahəsində, həm də bütövlükdə iqtisadiyyatın digər sahələrində, istər sosial-mədəni, istər mədəni, humanitar sahələrdə əlaqələrimizin inkişafı üçün əlavə, ciddi təkan oldu.

- Hazırda qarşılıqlı turizm dövriyyəmiz yerdədir?

- Bilirsiniz, rəqəmlərə baxdıqda, bizdə hər iki tərəfdən artım gedir və bu il Rusiyaya səfər etmiş Azərbaycan vətəndaşlarının sayı 7,7% artıb. Rusiya turistləri tərəfindən artım ötən illə müqayisədə 6,1% təşkil edib. Dinamika müsbətdir, lakin biz anlayırıq ki, bununla kifayətlənmək olmaz. Bunlar kiçik rəqəmlərdir və onu artırmaq lazımdır. Hər şey bizim istəyimizdən asılıdır. Buna görə də biz bu foruma çox sayda şirkətlər gətirmiş, onlara dəyirmi masa ətrafında söhbətləşmək, özlərini təqdim etmək imkanı vermişik.

- Azərbaycanda istirahət qiymətləri dərəcədə rəqabətə davamlıdır?

- İlk növbədə deyim ki, qiymətlərin formalaşması sahənin özünün rəqabətə davamlı olub-olmamasından asılıdır. Biz, Azərbaycan tərəfi, bizim hökumət və xüsusilə cənab prezident İlham Əliyev inkişaf üçün çox işər görür. 2016-cı ildə otellərin inşasına təkan verən bir sıra sənədlər imzalanıb, turizm sahəsində lisenziyalar ləğf edilib. Bütün bunlar sahənin inkişafına müəyyən təkan verib. Otellərin sayı artır, inşası gedir. Son nəticədə bütün bunlar, əlbəttə ki, qiymətlərə təsir göstərir. Yəni bu gün biz deyə bilərik ki, Azərbaycanda istirahət qymətləri yetərincə əlçatandır. Turların rəqabət qabiliyyəti hava əlaqələrindən də biləvasitə asılıdır. Biz reyslərin artırılması üçün məsləhətləşmələr aparırıq. Hazırda Azərbaycana reyslər həyata keçirmək istəyən aviaşirkətlərə subsidiyalaşdırılma ilə bağlı təkliflər veririk.

- Azərbaycan hansı turizm növləri təklif edir?

- Azərbaycanın çox zəngin mədənyyəti, təbiəti, doqquz iqlim qurşağı var. Odur ki, bizim ölkədə ən müxtəlif istirahət növlərindən istifadə edə bilərsiniz. Hazırda mədəni irsimizlə bağlı böyük işlər görməkdəyik, çünki bu da bütün dünyada turistlərin böyük marağını doğuran turizm məhsuludur. Biz həmçinin qastronomik, sağlamlıq, işgüzar və əlbəttə ki, hadisə turizmini inkişaf etdiririk. 2022-ci ildə Azərbaycanda 73-cü aviakosmik konqres keçiriləcək. Ölkəyə altı minə yaxın iştirakçı gələcək. Bu, kosmik elm və sənayenin qaymaqlarıdır. Yəni ki, turizm sahəsi inkişaf edir və bu il, dekabrda biz Azərbaycanın üç milyonuncu qonağını qarşılayacağımıza ümid edirik.

- Bu qonağın rusiyalı olması şansı qədərdir?

- Rusiya Federasyası ilə isti münasibətlərimizi nəzərə alsaq, düşünürəm ki, bu, hər halda, rusiyalı olacaq. Biz rusiyalı turistləri ölkəmizdə görməkdən çox məmnunuq. Ortaq cəhətlərimiz çox, dil baryerimiz isə yoxdur. Azərbaycanda 400-ə yaxın rus məktəbi fəaliyyət göstərir, 14 ali məktəblə rus dilində təhsil aparılır. Anladığınız qədər, biz ortaq mədəniyyətə sahibik. Prinsipcə, hamımız nə vaxtsa bir böyük dövlətin uşaqları olmuluq. Doğrudur, bu gün hamımız müstəqilik, lakin istənilən halda, bir-birimizə çox yaxınıq və bu potensialdan istifadə etməliyik.

- Qarşılıqlı turist axınını artırmaq üçün ölkələrimiz nələr edir?

- Biz mövcud potensialdan istifadə edərək, bu istiqamətdə iş aparırıq. Mərkəzi və regional hakimiyyət orqanlarımız daimi əlaqədədir. Şimali Qafqaz bölgəsi, Həştərxan vilayəti, Stavropol və Altay diyarları ilə çox dinamik münasibətlərimiz var. Yəni ki, biz turist axınını artırmıq uçün təkcə ölkənin mərkəzi ilə deyil, regional tərəfdaşlarla da iş aparırıq. Çox guman ki, tezliklə Rusiyanın bəzi regionarının əhalisi Azərbaycana Rusiya şəxsiyyət vəsiqəsi ilə gəlb-gedə biləcək. Hazırda bu istiqamətdə danışıqlar gedir.

- Turizm sahəsində əməkdaşığın inkişafına mane olan aşkar problemlər varmı?

- Yoxdur. İşlər gedir. Dövlət orqanları danışıqlar aparır, indi artıq işə biznes də qoşulur. Biznes tərəfindən böyük maraq var. Biz qarşılıqlı turist axınını artırmaqla yanaşı, Rusiya investisiyalarının cəlb edilməsində çox maraqlıyıq. Azərbaycan investorları da öz növbələrində turizm sahəsinə yatırım etməyə hazırdırlar.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NEWS.ru

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az