18.02.2020 14:39
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu əyninə çox böyükdür
 
18.02.2020
Hraparak, Ermənistan
 

  Münxendə söz dueli: qalib hansı tərəf oldu?
 
17.02.2020
The USA Tribune, ABŞ
 

  VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!
 
17.02.2020
HABER GLOBAL, Türkiyə
 

  Münxen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı
 
17.02.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyinə müraciət edib
 
16.02.2020
Seoul City, Cənubi Koreya
 

 
 
Türkiyə ilə Azərbaycan TANAP qaz borusunun Avropaya birləşən hissəsinin açılışını ediblər

 
 



RedAction, Fransa
02.12.2019


Ədirnə vilayətinin İpsala qəsəbəsində yerləşən TANAP MS4 ölçmə stansiyasında Transanadolu qaz kəmərinin (TANAP) Avropaya birləşən hissəsinin açılış mərasimi keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə nitq söyləyib.

Ərdoğan deyib ki, “Enerji İpək yolu” adlandırılan bu layihə Türkiyə ilə Azərbaycan arasında uzun tarixə malik dostluğun rəmzidir. “TANAP vasitəsilə 16 milyard kubmetr Azərbaycan qazının Türkiyə və Avropanın istifadəsinə verilməsi əfsanədən həqiqətə çevrildi”, - deyə o, bildirib. Ərdoğan deyib ki, TANAP Azərbaycandan Avropaya uzanan 3500 kilometrlik enerji dəhlizinin ən önəmli hissəsidir.

Türkiyənin Gürcüstanla şimal-şərq sərhədindən başlayan və Yunanıstanla şimal-qərb sərhədinədək 1850 kilometr məsafədə uzanan TANAP həqiqətən də Azərbaycan qazını Avropaya daşımalı olan “Cənub Qaz Dəhlizi” layihəsinin ən uzun hissəsidir. Xəzər və Orta Şərq bölgələrilə Avropa arasında təbii qaz nəqli marşrutunun yaradılmasını nəzərdə tutan, Avropa Komissiyasının iddialı təşəbbüsü olan “Cənub Qaz Dəhlizi”lə Avropaya qaz nəqli məhz bu kəmər vasitəsilə həyata keçiriləcək. Buradan isə qaz dəhlizin Avropa hissəsinə – Transadriatik boru kəmərinə (TAP) ötürüləcək.

Mərasimdə iştirak edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, TANAP xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə imkan verəcək. “TANAP “Cənub Qaz Dəhlizi” üzrə 7 ölkəni birləşdirən beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər quracaq, əhali üçün iş yerləri yaradacaq, - deyə prezident Əliyev qeyd edib.

TANAP layihəsi rəsmi olaraq 2018-ci ilin iyununda istifadəyə verilib. O, Türkiyə-Gürcüstan sərhədindən Türkiyə-Yunanıstan sərhədinədək uzanır. İnşasına təxminən 7 milyard dollar xərclənmiş TANAP vasitəsilə Türkiyəyə ildə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur.

Qaz kəməri Türkiyənin 20 əyalətindən və 67 rayonundan keçir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: RedAction

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az