06.04.2020 04:21
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
Avro-2020: Bakıya necə getmək olar?

 
 



GOAL.COM, Türkiyə
09.12.2019


Futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa Çempionatında Türkiyə millisi İsveçrə və Uels yığmaları ilə Azərbaycanın paytaxtı Bakıda qarşılaşacaq. Bəs Bakıya necə getmək olar? Azərbaycan paytaxtında harada qala bilərsiniz?

Türkiyə yığması Avro-2020-də “A” qrupunda İtaliya, İsveçrə və Uelslə mübarizə aparacaq. Millimiz İtaliya ilə qarşılaşmanı Romada keçirəcək, digər iki rəqiblə isə Azərbaycanın paytaxtı Bakıda oynayacaq. Qarşılaşmaların proqramı belədir:

12 iyun: Türkiyə-İtaliya

17 iyun: Türkiyə-Uels

21 iyun: Türkiyə-İsveçrə

Bakiya necə getmək olar?

Bakıya təyyarə ilə gedəcək futbol həvəskarları Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcəklər. İstanbul-Bakı reysi 2 saat 45 dəqiqə, Ankara-Bakı reysi 2 saat çəkir.

Lakin İstanbuldan Bakıya avtobusla da getmək mümkündür. Bu, təxminən 34 saat çəkir.

Türkiyədən Azərbaycana Qatar getmir. Rusiya və Ukraniyada yaşayan türklərsə Bakıya qatarla da yollana bilərlər.

Azərbaycana getmək üçün viza lazımdırmı?

Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına girişdəcə 30 günlük “Qapı vizası” almaq mümkündür. Azərbaycana quru yolu ilə gedənlərsə “Qapı vızası” ala bilməyəcək. Odur ki, onlar səyahətdən öncə Azərbaycanın xaricdəki nümayəndəliklərinə müraciət etməlidirlər. Məsələn, Azərbaycanın Ankaradakı səfirliyi, yaxid İstanbul və Qarsdakı Baş konsulluqlarına.

Bakının otelləri

Futbol həvəskarları Azərbaycan paytaxtında müxtəlif otellərdə qala bilər: Art Gallery Hotel, Tourist Hotel, Boulevard Hotel, Fairmont Flame Towers, Holiday Inn, Winter Park Hotel, White City Hostel, Avenue Hotel, Sahil Hotel, Park Inn by Radisson, Pullman, Citrus Boutique Hotel, JW Marriott, Hilton, Excelsior Hotel, Sheraton və s.

Bakının görməli yerləri

- 2000-ci ildə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilmiç İçərişəhər

- Yerli memarlığın ən vacib nümunələrindən biri, şahların şəxsi əşyalarını da nümayiş olunduğu Şirvanşahlar Sarayı

- Zirvəsindən liman və sahili görə biləcəyiniz Qız qalası

- Bu günümüzdə mövcüd 3 zərdüşt məbədindən biri – “Atəşgah”

- Bakı buxtasına paralel uzanan, dənizin üzərində salınmış Bakı bulvarı

- 162 metr hündürlükdə bayrağın dalğalandığı, bu göstəriciyə görə vaxtilə Ginnes “Rekordlar kitabı”na düşmüş Dövlət Bayraq Meydanı

- Tarixi 40 min il əvvələ təsadüf edən Qobustan Milli Parkı

- Bakının rəmzlərindən olan “Alov qüllələri”

- Müharibə şəhid olmuş Azərbaycan və Türkiyə əsgərlərinin dəfn olunduğu Şəhidlər Xiyabanı

- Alış-veriş xoşlayanlar üçün Nizami küçəsi

- Konsert salonu, qaleriya, muzey və kitabxanın olduğu Heydər Əliyev Mərkəzi

- Durmadan alovlanan Yanardağ

- Dünyanın ilk və ən böyük xalça muzeyi

- Azərbaycan Dövlət Filarmoniyası

- Azərbaycan Milli Tarix Muzeyi

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: GOAL.COM

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az