18.02.2020 14:50
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu əyninə çox böyükdür
 
18.02.2020
Hraparak, Ermənistan
 

  Münxendə söz dueli: qalib hansı tərəf oldu?
 
17.02.2020
The USA Tribune, ABŞ
 

  VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!
 
17.02.2020
HABER GLOBAL, Türkiyə
 

  Münxen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı
 
17.02.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyinə müraciət edib
 
16.02.2020
Seoul City, Cənubi Koreya
 

 
 
Azərbaycan modernləşmək üçün növbədənkənar seçkiyə hazırlaşır

 
 



EurActiv, Aİ
10.12.2019


Müəllif: Georgi Qotev

Azərbaycanda hakim partiya Milli Məclisin buraxılması üçün prezident İlham Əliyevə müraciət edib və dövlət başçısı müraciəti qəbul edib. Nəticədə İ.Əliyev ölkədə parlament seçkisinə 8 ay qalmış növbədənkənar seçkinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bu, hökumətdəki son böyük dəyişikliklər, Azərbaycanın modernləşmək niyyəti və Avropa İttifaqı (Aİ) ilə əlaqələrin yenidən qurulması ilə üst-üstə düşür.

“Euractiv” iki Azərbaycan rəsmisindən müsahibə götürüb. Bu il əsası qoyulmuş Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev əvvəlcə Brüsselə səfərinin məqsədindən danışıb: Azərbaycan-Aİ əlaqələrinin müzakirəsi, burada fəaliyyət göstərən araşdırma mərkəzlərilə əlaqələrin qurulması, həmçinin Dağlıq Qarabağ münaqişəsilə bağlı müzakirələrin aparılması.

Şəfiyev vaxtilə Çexiya və Kanadada Azərbaycanın səfiri olub.

Ölkəsində baş verənlərdən danışan Şəfiyevin sözlərinə görə, Nazirlər Kabinetində dəyişikliklərin aparıldığı, parlamentin buraxıldığı və fevralın 9-na növbədənkənar seçkinin təyin olduğu Azərbaycan modernləşmə prosesi yaşayır: “Azərbaycanda aparılan iqtisadi, həmçinin idarəçilik islahatlarında öhdəlik yeni nəsil siyasətçilərin üzərinə düşür. Onlar Qərb ölkələrində təhsil almış gənclərdir”.

Yeri gəlmişkən, Azərbaycandakı dəyişikliklər Karnegi Fondu başda olmaqla, Qərbdə fəaliyyət göstərən bir sıra araşdırma mərkəzlərinin də diqqət mərkəzindədir. Azərbaycanın dövlət başçısı bu günlərdə Prezident Administrasiyasına 1995-ci ildən rəhbərlik edən Ramiz Mehdiyevi vəzifədən uzaqlaşdırıb. Karnegi Fondunda hesab edirlər ki, Ramiz Mehdiyev indiyədək ölkədə nüfuzuna görə ikinci şəxs olmaqla yanaşı, həm də avtoritar və anti-Qərb siyasətinin əsas ideoluqu sayılıb.

Azərbaycan prezidenti bu yaxınlarda Nazirlər Kabinetinə də vəzifələrə gənc siyasətçiləri təyin edib. Baş nazir təyin olunmuş Əli Əsədov bu vəzifəni peşəkarlıqla icra edə biləcək şəxs kimi görünür.

Ən fəal siyasətçi isə 43 yaşlı Mikayıl Cabbarovdur. O, təhsil və maliyyə naziri kimi çalışdıqdan sonra, indi də iqtisadiyyat naziri vəzifəsinə yüksəlib.

“Azərbaycanda hazırdı dövrü postneft dövrü adlandırırıq. Odur ki, yeni dövr rəqabət qabliyyətli bazar iqtisadiyyatının qurulmasını, rəqabət mühitinin olduğu bürokratiya, həmçinin meritokratiya tələb edir”, - deyə Şəfiyev ölkəsindəki son dəyişikliklər haqda danışarkən vurğulayıb.

Onun sözlərinə görə, hazırda Bakı ilə Aİ arasında gündəmdəki əsas məsələ ikitərəfli sazişin tamamlanmasıdır. Danışıqlar son mərhələdədir. F.Şəfiyev sazişdəki əsas sahələri belə xarekterizə edib: enerji, qarşılıqlı əlaqələr, təhsil, siyasi dialoq, ticarət və birbaşa investisiya ilə bağlı məsələlərin daxil olduğu iqtisadi paket. Onun sözlərinə görə, Azərbaycanı Aİ ilə əlaqələrdə “individual yanaşma” maraqlandırır. Yeri gəlmişkən, “Şərq Tərəfdaşlığı” təşəbbüsünə daxil olan bəzi ölkələrdən (Moldova, Gürcüstan, Ukrayna) fərqli olaraq, Azərbaycan hətta uzunmüddətli perspektivdə belə, Aİ-yə qoşulmağı düşünmür: “Strategiyamızın inteqrasiyadan əməkdaşlığa keçidini müzakirə edən zaman ilk öncə özümüzə belə sual verdik: “Aİ bizi üzv olmağa çağırırmı? Bəs NATO?”. Cavab “xeyr” idi”.

F.Şəfiyev deyir ki, Azərbaycan Aİ üçün Mərkəzi Asiya və qonşu ölkələrə qapı ola bilər: “Azərbaycan Bakı-Tbilisi-Qars kimi dəmir yolu layihəsinə milyardlarla dollar investisiya qoyub. Bu gün Azərbaycan Avropa ilə Çin arasında qovşağa çevrilməyə çalışır”.

Keçmiş diplomat Azərbaycanın mürəkkəb geosiyasi vəziyyətin mövcud olduğu regionda yerləşdiyini də xatırladıb. O, Aİ-yə üzv ölkələrin hər birinin şəxsi maraqları uğrunda mübarizə apardığını deyərək, Bakının da eyni məqsədi güddüyünü söyləyib: “Bu gün Aİ üzvlərinin öz strategiyalarını yenidən nəzərdən keçirdiyini görürük. Məsələn, Fransa prezidenti Makron NATO-da “beyin ölümü”nün baş verdiyini deyir, Şimali Makedoniya ilə Albaniya isə onlara təqdim edilmiş “yol xəritəsi”ni qəbul etmir. Eyni zamanda, Almaniya “Şimal axını-2” layihəsində milli maraqlarını qorumağa çalışır. Odur ki, biz də milli maraqlarımıza uyğun olaraq, Rusiya və İranla mehriban qonşuluq əlaqələrimizi inkişaf etdiririk”.

Dağlıq Qarabağ münaqişəsi haqda da danışan F.Şəfiyevin sözlərinə görə, problemin həlli prosesində təmas xəttində itkilərin azalmasından başqa yenilik yoxdur. Halbuki, ötən il Ermənistanda “məxməri inqilab” baş verən zaman Azərbaycan Yerevanın fərqli xarici siyasət yürüdəcəyinə ümid edirmiş: “Amma Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyana görüşündən sonra ermənilərin ritorikası daha da sərtləşdi. Məsələn, Paşinyan bu ilin avqustunda “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” kimi ifadə işlətdi. Bu ifadəni nəinki Azərbaycan, həm də ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsi – Rusiya, Fransa və ABŞ qınadı”.

Fuad Şəfiyevi səfər zamanı Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev də müşayiət edib. Bizimlə söhbətində Gəncəliyev də Qarabağ problemindən danışıb: “Biz sülh şəraitində birgəyaşayışa hazırıq. Ermənistan tərəfi Azərbaycanın Qarabağ icmasının mövcudluğuna məhəl qoymaq istəməsə də, bizim əsas mesajımız budur”.

Beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayon 1988-1994-cü illərdə baş vermiş müharibə zamanı Ermənistan tərəfindən işğal edilib. Nəticədə 30 mindən çox azərbaycanlı həyatını itirib, yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrilib. Dağlıq Qarabağ regionunun azərbaycanlı icması da Azərbaycanda məcburi köçkün kimi yaşayır.

T.Gəncəliyev deyir ki, onların əsas hüquqları – mülkiyyət hüququ, doğma evlərinə qayıtmaq hüququ və s. 25 ildən çoxdur pozulur: “Biz həm də Dağlıq Qarabağ regionunda azərbaycanlıların dağıdılmış irsini bərpa etmək istəyirik”.

Gəncəliyev hesab edir ki, ilk öncə işğalçı qüvvələr Azərbaycan torpaqlarını tərk etməli, daha sonra məcburi köçkünlər Dağlıq Qarabağa qayıtmalıdır: “Bölgənin erməni icması ilə gələcəyimizi, dağıdılmış həyatımızı necə bərpa edəcəyimizi yalnız bundan sonra müzakirə edə bilərik. Onlara Azərbaycanın tərkibində özünü idarəetmə hüququnun verilməsi də müzakirə mövzularından ola bilər. Münaqişənin həllində əsas maneə erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarında qalmasıdır”.

Azərbaycanlı rəsmilər Brüsseldə Avropa Parlamentinin üzvlərilə görüşüblər. “Brüssel Dağlıq Qarabağ münaqişəsinin həllinə necə yardım göstərə bilər?” sualına Şəfiyev belə cavab verib: “Aİ münaqişələrin həlli məkanı deyil”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həllilə Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu məşğuldur. “Aİ birbaşa danışıqlarda heç bir rol oynamır. Danışıqlar ATƏT formatında aparılır”, - deyə Şəfiyev qeyd edib.

Bəs Aİ bu işə maliyyə ilə yardım edə bilərmi: “Azərbaycan dövlətinin əhalinin mülkünün bərpası, həm azərbaycanlıların, həm də bu gün işğal altında olan ərazilərdə yaşayan ermənilərin həyat şəraitinin yaxşılaşdırılması üçün kifayət qədər maliyyə resursu var. Aİ bu işdə beynəlxalq hüquq prinsiplərinin qorunmasına dəstək verə bilər”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: EurActiv

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az