29.01.2020 23:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyanın Qarabağ açıqlaması və yeni qalmaqal
 
29.01.2020
ANAJ, İran
 

  MÜSAHİBƏ| İlham Əliyev: “OPEC+ çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır”
 
28.01.2020
ROSSİYA 24, Rusiya
 

  Azərbaycanın qədim, yeni və qeyri-adi inciləri
 
24.01.2020
Kamloops This Week, Kanada
 

  20 Yanvar Azərbaycanda ümumxalq hüzn günüdür
 
23.01.2020
Shabestan, İran
 

  Azərbaycan: Bakıda törədilımiş “Qara yanvar” faciəsindən 30 il ötür
 
21.01.2020
Notizie Geopolitiche, İtaliya
 

 
 
Azərbaycan iqtidarı böyük islahatlara başlayıb

 
 



Önce Vatan, Türkiyə
12.12.2019


Müəllif: Tural İsmayılov

Azərbaycan son 15 ildə sosial-iqtisadi sahədə böyük irəlləyişə imza atıb. Elektrik enerjisi, içməli su, təbii qaz və yol infrastrukturunun yaxşılaşdırılması sahəsində müsbət nəticələr əldə edilib. Davam edən iqtisadi islahatlar, həmçinin iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş siyasət nəticəsində ÜDM-də qeyri-neft sektorunun payı artıb. Bununla yanaşı, yüksək ixrac potensialına malik məhsulların ixracında da ciddi artım var.

Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar, ölkədə davam edən iqtisadi islahatlar, rəqabət qabiliyyətli, innovativ iqtisadi sistemin yaradılması istiqamətində atılan ardıcıl addımlar dünyanın qabaqcıl iqtisadi və maliyyə qurumları, reytinq agentlikləri tərəfindən son dərəcə yüksək qiymətləndirilir. Bunlar Dünya Bankının “Doing Business 2019” hesabatında da öz əksini tapıb.

Bütün bunların fonunda Azərbaycanda siyasi islahatlara da start verilib. Ölkə parlamenti də yenidən qurulur.

“Prezident İlham Əliyevin islahatları xalq tərəfindən məmnuniyyətlə qarşılanır və dəstəklənir. Bu islahatlar bir çox sahəni əhatə edir və dövlətimizin daha da inkişafı üçün nəzərdə tutulub. 2019-cu ildə prezidentin fərmanları ilə bir çox sosial addımlar atılıb. İslahatlar həyatımızın bütün sahələrini əhatə edir. Azərbaycanda hökumətin hər iki tərəfində islahatlar aparılır”. Bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov deyib.

Əhmədov hesab edir ki, prezidentin parlamenti buraxmaq qərarı islahatlara yaxşı töhfə olacaq.

Blogosfer, sosial media və insanlar arasında aparılan müşahidələr göstərir ki, Milli Məclisin yenilənməsini, növbədənkənar seçkinin elanını insanlar da müsbət qiymətləndirir.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Önce Vatan

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az