18.02.2020 13:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu əyninə çox böyükdür
 
18.02.2020
Hraparak, Ermənistan
 

  Münxendə söz dueli: qalib hansı tərəf oldu?
 
17.02.2020
The USA Tribune, ABŞ
 

  VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!
 
17.02.2020
HABER GLOBAL, Türkiyə
 

  Münxen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı
 
17.02.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyinə müraciət edib
 
16.02.2020
Seoul City, Cənubi Koreya
 

 
 
Heydər Əliyev uzaqgörənliyi

 
 



Milliyet, Türkiyə
14.12.2019


Müəllif: Dr. Akkan Suver

Əksər dövlət və siyasət adamı əbədiyyətə qovuşduqdan sonra demək olar ki, yalnız rəsmi mərasimlərdə yada düşür. Bəziləri isə az qala hər gün yada düşər, hər gün xatırlanar…

Heydər Əliyev axtarılanlardan, xatırlanılanlardan və haqqında bəhs olunanlardandır. Ölümünün 16-cı ildönümündə yaşanan bir hadisə onun bir daha xatırlanmasına səbəb olub.

Noyabrın son günlərində İpsalada TANAP və TAP boru xəbərləri bir-birinə birləşdirilib. Başqa sözlə, enerjinin yeni İpək yolunda vacib addım atılıb. Bu, Azərbaycan qazının Türkiyə vasitəsilə Yunanıstana, ordan isə Albaniya və İtaliyadan keçməklə Avropaya nəql ediləcəyi yolda qapının aralandığı anlamına gəlir.

Bəs Türkiyə ilə Azərbaycanın əl-ələ verərək gerçəkləşdirdiyi TANAP layihəsi nədir? TANAP “Botaş” deməkdir, TANAP SOCAR, BP deməkdir. Daha geniş mənada isə TANAP Xəzər dənizi dalğalarının Aralıq dənizinə, Atlantik okeanına çatmasıdır. O, regionda və Avropada sülhə, enerji təhlükəsizliyinə, sabitliyə aparan yeni “yol xəritəsi”dir. Bəlkə də yaxın gələcəkdə təbii qaz ixracatçısı olan digər bölgə ölkələrinin də faydalana biləcəyi xəttidir. Bir sözlə, TANAP ilə dünyanın enerji geosiyasəti yenidən qurulur.

Heydər Əliyevin enerji siyasətindəki bütün uğurlarının əsas təməli isə Bakı-Tbilisi-Ceyhan layihəsidir.

Məhz Heydər Əliyevin vaxtilə qurduğu strategiya bu gün Türkiyə və Azərbaycanın iştirakı ilə Avropanın təbii qaz bazarına balans, tarazlıq gətirir. İndi, Azərbaycanla Avropa arasında yeni qaz dəhlizi meydana gəlir. Bununla da Azərbaycan dünyanın qaz tədarükçüləri arasında öz sözünü deməyə başlayır.

Bu uğurların qazanılmasında Türkiyə və Azərbaycan hökumətlərinin payı böyükdür. Amma işlərin bu yerə gəlib çıxmasında Heydər Əliyevin danılmaz uzaqgörənliyi öz sözünü deyib. Bütün bu işlərdə onun böyük haqqı var. İllər öncə “Əsrin müqaviləsi”nin imzalanması, Xəzərin neft və təbii qaz resurlarının bütün dünyada tanıdılması, Qərb dövlətlərinin diqqətinin cəlbi Heydər Əliyevin xidmətləridir. Məhz onun bu fəaliyyəti nəticəsində bu gün Azərbaycanın təbii resursları dünya bazarına çıxarılır.

Beləliklə, bu gün Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti, TANAP, Bakı-Tiblisi-Qars dəmir yolu, “SOCAR Türkiyə”, “Star” Neft Emalı Zavodu, PETKİM külək enerjisi stansiyası, PETLİM konteyner limanı kimi layihələr Heydər Əliyevin strategiyasından ilhamlanaraq reallaşdırılmış layihələrdir.

Yaxından tanıdığım Heydər Əliyevin beş böyük idealı var idi: Azərbaycanın dünyada tanıdılması, demokratik Qərb blokunda yer tutması, müasir və çağdaş orduya malik olması, beynəlxalq təşkilatlarda yer alması və sahib olduğu təbii resurslarının dünya bazarına çıxarılması. O, bütün bunlara nail olub. Bu missiyanı Heydər Əliyevdən miras alanlar da bu ideallara sədaqətlə bağlı qalıb və illərlə böyük mərhələlərdən keçiblər.

Təxminən 2 həftə əvvəl baş tutmuş TANAP-la TAP-ın birləşdirilməsi mərasimi də bu yolda əldə edilmiş növbəti uğurdur. İndi, Azərbaycanla Türkiyə Yaxın Şərqin və Avropanın ən uzun və ən böyük təbii qaz xəttinə sahibdirlər. Bu gün Azərbaycanla Türkiyə Avropanın təbii qaz bazarında təhlükəsizliyi, alternativliliyi təmin edən ölkələr arasındadırlar.

Azərbaycandan Avropaya təbii qaz dəhlizinin çəkildiyi indiki dövrdə – ədəbiyyətə qovuşmasının 16-cı ildönümündə Heydər Əliyevin strateji və qlobal mülahizələrinin nə qədər əhəmiyyətli olduğunu bir daha görürük.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Milliyet

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az