30.10.2020 10:49
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Azərbaycanda silsilə partlayışlar, qışqırtılar və... qan
 
29.10.2020
The New York Times, ABŞ
 

  Yerevanın “ölüm ticarəti”... Erməni uşaqlar əsgərə və tabuta necə çevrilir?
 
29.10.2020
Əl-Hərir, Əlcəzair
 

  Azərbaycan şəhərinə raket zərbəsi nəticəsində 21 mülki şəxs ölüb
 
29.10.2020
BBC, Böyük Britaniya
 

  Dağlıq Qarabağ: Beynəlxalq Qızıl Xaç Komitəsinin könüllüsü qətlə yetirilib
 
29.10.2020
Le Figaro, Fransa
 

  MÜSAHİBƏ| İlham Əliyev: “Azərbaycan Qarabağdakı əməliyyatla regionda geosiyasi qüvvələr nisbətini dəyişdi”
 
28.10.2020
Interfaks, Rusiya
 

 
 
Böyük Azərbaycan şairi və mütəfəkkirinin yubileyi

 
 



The Times Kuwait, Küveyt
27.12.2019


Azərbaycan prezidenti İlham Əliyev bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-cu ildə Azərbaycanın Şamaxı regionunda doğulub, 1417-ci ildə isə Hələbdə dərisi soyulmaqla edam olunub) 650 illik yubileyinin oldu]unu nəzərə alaraq, 2019-cu ili ölkədə “Nəsimi ili” elan etmişdi. Odur ki, il ərzində Azərbaycanda və ondan kənarda şairin yubileyilə əlaqədar konsertlər, konfranslar, festivallar, sərgilər və s. təşkil olundu.

Bu tədbirlərin davamı olaraq, 2019-cu il dekabrın 6-da bütün Azərbaycan boyu 650 min ağac əkilib. Bu ekoloji kampaniya Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilib.

Seyid Əli İmadəddin Nəsimi 14-cü əsrin sonu 15-ci əsrin əvvəllərində yaşamış azərbaycanlı hürufi şairidir. “Nəsimi” təxəllüsü ilə tanınan şair Azərbaycan və fars dilində 1 divan, ərəbcə isə şerlər yazıb. O, dövrünün ən böyük türk şairlərindən hesab edilir. Bununla yanaşı, Nəsimi türk ədəbiyyatı tarixində ilk divan yazmış məşhur şairlərdən biridir. Yeri gəlmişkən, onun türkcə divanı müasir Azərbaycan dilinə uyğundur.

Sufi şair Nəsimi ilə Şərq dünyasının məşhur sufi mütəfəkkiri Mənsur Həllacın taleyi və düşüncələri oxşardır. Yeri gəlmişkən, Mənsur Həllac bu gün ərəb ədəbi-elmi mühitində söz azadlığının və ədalətin təcəssümü kimi qəbul edilir. Nəsiminin poeziyası isə Yaxın və Orta Şərqin, Mərkəzi Asiyanın, xüsusilə vətəni Azərbaycanın sosial, siyasi və mədəni mühitinin inkişafına töhfələr verib. O, Azərbaycan (türk), fars və ərəb dillərində qəzəllər, qəsidələr və rübailər daxil olmaqla, 300-dən çox şerin müəllifidir.

Bu arada, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır. Hələ 1973-cü ildə şairin həyatı ilə bağlı “Nəsimi” adlı film belə, çəkilib. Yenə də 1973-cü ildə UNESCO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi dünya miqyasında qeyd olunub. O zaman Azərbaycanda və Rusiyada keçirilmiş tədbirlərdə bir çox ölkənin nümayəndələri iştirak etmişdi.

2017-ci ilin mayında UNESCO-nun Parisdə yerləşən qərargahında Nəsiminin anadan olmasının ildönümü ilə bağlı tədbir keçirilmişdi.

Hürufilik

Mənsur Həllacın söylədiyi və onun məşhur davamçısı Nəsiminin təkrar etdiyi “həqq mənəm” ifadəsi müxtəlif şəkildə təfsir edilir. Əksər fikirlərə əsasən, onlar “həqq mənəm” ifadəsini söyləməklə “Allah” olduqlarını iddia ediblər. Çünki “həqq” Allahın 99 adından biridir. Digərləri hesab edir ki, onlar əslində eqosuz insanlara çevrilmişdilər və Allahın belə şəxslər vasitəsilə insanlarla danışması mümkündür.

Hürufilik sufi təriqətinin doktrinasıdır. Bu doktrinaya əsasən, hər şeyin sirri hərflərdədir. Azərbaycanda meydana gəlmiş sufilik Cənubi Qafqaza, Mərkəzi Asiyaya, Yaxın Şərqə və Anadoluya 14-cü əsrin sonu 15-ci əsrin əvvəllərində yayılmışdı. Hürufiliyin yardıcısı və dini lideri Fəzlullah Nəimi olub. Onun davamçıları Təbrizdə yaşadığı dövrdə Cəlairilər sultanlığının sarayında formalaşmışdı. O zaman sufiliyin əsas dini lideri məhz Fəzlullah idi. Onun ölümündən sonra isə Fəzlullah ideyalarını inkişaf etdirən, təbliğ edən əsas şəxs Nəsimi olub. Bu ideyaları Azərbaycanda, ərəb ölkələrində, xüsusilə İraq və Suriyada məhz Nəsimi təbliğ edib.

İmadəddin Nəsimi və digər hürufilər sufiliyin mistik konsepsiyası ilə kabbalistika təlimini birləşdirirdi. Bu mənada Mənsur Həllacın ideyaları Nəsimiyə böyük təsir göstərmişdi.

Hürufilik ideyaları məhz Nəsiminin poeziyası vasitəsilə Niyazi Misri, Füzuli, Xətai, Həbibi, İsmayıl və Rüşani kimi məşhur şəxslərə təsir etmişdi. Bu gün Anadoluda və Balkanda mövcud olan Bəktaşilik təriqətinin nümayəndələri hürufilik təlimini və bu təlimlə bağlı əlyazmaları qoruyub-saxlayır.

Fəzlullah Nəiminin tələbələrindən olmuş Rafii sonralar Balkan yarımadasına köçmüşdü. Ümumiyyətlə, hürufilərin Xarəzmdəki üsyanının monqollar tərəfindən yatırılmasından sonra onların bir çoxu Balkan yarımadasına köçməyə məcbur olmuşdu. Bəktaşilik təriqətində qorunub-saxlanılan əlyazmalar hürufiliyin Balkan yarımadasındakı təxminən 500 illik tarixini nümayiş etdirir. 18-ci əsr hürufiliyin həmin regionda qızıl dövrü kimi xarakterizə edilir.

Nəqşibəndilik və qadiriyyə kimi digər sufi təriqətləri də hürufi əlyazmalarının toplanılmasına, axtarışına və tərcüməsinə töhfə verib.

- Planetlərdən birinə Nəsiminin adı verilib. Onun kataloq nömrəsi 32939-dur

- “Azərbaycanfilm” kinostudiyası tərəfindən “Nəsimi” filmi çəkilib

- Azərbaycanlı bəstəkar Fikrət Əmirov 1973-cü ildə “Nəsimi dastanı” baletini yazıb

- Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır

- Bakı şəhərinin rayonlarından biri şairin şərəfinə adlandırılıb

- Bakıda “Nəsimi” metro stansiyası var

- Azərbaycanda Nəsiminin adını daşıyan məktəblər, küçələr, kəndlər, parklara kifayət qədər çox rast gəlinir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Times Kuwait

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az