30.01.2020 00:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyanın Qarabağ açıqlaması və yeni qalmaqal
 
29.01.2020
ANAJ, İran
 

  MÜSAHİBƏ| İlham Əliyev: “OPEC+ çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır”
 
28.01.2020
ROSSİYA 24, Rusiya
 

  Azərbaycanın qədim, yeni və qeyri-adi inciləri
 
24.01.2020
Kamloops This Week, Kanada
 

  20 Yanvar Azərbaycanda ümumxalq hüzn günüdür
 
23.01.2020
Shabestan, İran
 

  Azərbaycan: Bakıda törədilımiş “Qara yanvar” faciəsindən 30 il ötür
 
21.01.2020
Notizie Geopolitiche, İtaliya
 

 
 
Sibirlə Xəzər dənizi arasında

 
 



Il Sole 24 ORE, İtaliya
14.01.2020


Müəllif: Antonio Armano

2020-ci ildə səyahətkəşf edə viləcəyiniz yerlərdən biri “Nostalgistandır.

“Lonely Planet” Azərbaycanı gəzməli, görməli ölkələrdən biri sayır. Çoxlarına hələ məlum olmayan bu torpaqlarda Sovetin çirkin ruhu ilə yeni arxitekturalı göydələnlər vəhdət təşkil edir.

Elə məkanlar var ki, insanlarda oraya yollanmaq həvəsi onu hansısa filmdə, yaxud videoda gördükdən sonra yaranır. Belə məkanları cəlbedici edən daha bir amil onun haqqında məlumatsızlığınız ola bilər. Azərbaycan məhz sonuncu kateqoriyaya aiddir. Səyahət üzrə xəbər agentliyi olan “Lonely Planet” bu ölkəni 2020-ci ildə səyahət edilməli ölkələrdən biri sayır.

Keçmiş Sovet İttifaqı respublikası olan Azərbaycan gələn il müstəqilliyinin 30 illiyini qeyd edəcək. O, “Nostalgistan” dövlətləri arasında sanki bir körpüdür. “Nostalgistan” dedikdə, şimaldan Sibir, şərqdən Çin, qərbdən Xəzər dənizilə əhatələnmiş coğrafi ərazi nəzərdə tutulur.

Bəs nədir bu “Nostalgistan”? Biz keçmiş SSRİ-nin tərkibində olmuş, adlarının sonu “stan” (türk dilində ölkə deməkdir) ilə bitən Mərkəzi Asiya respublikalarını ümumi ad altında bu cür ifadə edirik. Söhbət Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan kimi respublikalardan gedir. Filoloji nöqteyi-nəzərdən buraya sonluğu “stan”la bitən digər ölkələri də aid etmək olar. Amma onlar keçmiş Sovet respublikaları deyil: Əfqanıstan, Pakistan və s. kimi.

Azərbaycana gəldikdə, o, filoloji sonluq baxımından bu siyahıya aid olmaya bilər. Lakin yerdə qalan bütün xüsusiyyətlərinə görə onlardan biridir.

Biz möhtəşəm “Nostalgistan” sözünü Tino Mantarronun eyniadlı gözəl kitabından götürmüşük. Kitab Portoqruaroda yerləşən kiçik mətbəədə – “Ediçiklo” nəşriyyat evində çap olunub.

...Marko Polo İpək Yoluna doğru səfərə başlayır, həm su, həm də quru (karvan) yolu ilə gedərkən “Nostalgistan”dan da keçir. Burada o, dağlara, düzənliklərə, səhranın düz ortasında vahəni xatırladan şəhərlərə heyran qalır. Polo toz-torpaqlı, quru yollarla səfərini başa vurduqdan sonra buranı insanlar üçün rahatlıq dolu məkan – “İslamın cənnəti” adlandırır. Bizim “cənnət” mənasında işlətdiyimiz “paradiso” sözü yunan sözü olan “paradeisos” sözündən gəlir. Bu dilə isə o, fars dilindən keçib. Avestada o, “bağ, bağça” anlamında işlənib.

Bakı: Sovetin çirkin ruhundan Zaha Hadidin mədəniyyət mərkəzinə

İranla həmsərhəd olan Azərbaycan tarixən Zərdüştilik dininin beşiyi sayılıb. Zərdüştilik Zərdüşt peyğəmbərin adı ilə bağlıdır. Məğzini oda sitayişin təşkil etdiyi bu inanc uzaq keçmişdə regionun əsas dini olub. Bu torpaqlar neft və qazla çox zəngindir. Odur ki, yerin səthinə sızan qazın alovlanması hələ İslam dini yayılmazdan çox əvvəl burada insanları cəlb edib. Bu cür oda, dolayısı ilə onun əsas səbəbkarı olan neftə “sitayiş” XIX əsrin sonlarında daha da güclənib və nəticədə paytaxt Bakının memarlığı sürətlə dəyişməyə başlayıb.

Bakıdakı Heydər Əliyev Mərkəzinin dizaynı iranlı memar Zaha Hadidə məxsusdur. Binanın qeyri-adi, axıcı memarlığı buradakı Sovet ruhunu təmamilə alt-üst edir.

Buradakı “Alov qüllələri”ndən də danışmaq lazımdır. Bu kompleks üç göydələndən ibarətdir (ən hündürü 180 metrdir). Göydələnlər alov formasında inşa olunub və binaların fasadı on min LED lampa ilə işıqlandırılır.

Bakıdan çox da uzaqda olmayan Suraxanı kəndində “Atəşgah” məbədini görmək mümkündür. Buradakı əbədi məşəl atəşpərəstlər, hindlilər və siqhlərin ibadət yeridir. Sovet dönəmində buradakı qaz yataqları vəhşicəsinə istismar olunduğundan, məbədin altındakı təbii qaz tükənib. Nəticədə bu gün oraya qaz boru xətti vasitəsilə verilir. Bu gün məbəd muzey kimi fəaliyyət göstərməkdədir.

Paytaxtın İçərişəhər adlandırılan hissəsində XII əsrə aid bir çox tikili var. Onlardan biri də Qız qalasıdır. Bu qalanın zirvəsindən Xəzərə möhtəşəm mənzərə açılır. İstər qala, istərsə də ümumilikdə İçərişəhər UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.

Bakıda XIX və XX əsrlərdə inşa edilmiş ilk müasir tipli tikililər insanı “neft bumu” dövrünə qaytarır. O dövrdə buraya Rusiya ilə əlaqələri olan, indi hər il Stokholmda keçirilən mükafatlanma mərasimilə gündəmə gələn isveçli Nobel qardaşları böyük maraq göstərib.

Nobel qardaşlarının Bakıdakı şirkətində çalışan alman mühəndisin əsrin ən böyük xəfiyyələrindən olacaq oğlu – Rixard Zorge məhz bu şəhərdə dünyaya gəlib. Qadın və içki düşkünü kimi də yadda qalmış bu şəxs adını tarixə Stalinə Hitlerin SSRİ-yə hücum planı haqda məlumat verməklə yazıdırıb. Sonralar o, Tokioda saxta jurnalist kimi çalışıb, bir müddət sonra isə həbs edilib. Yaponiya Stalinə düz 3 dəfə müraciət edərək, bir neçə əsir qarşılığında Zorgeni SSRİ-yə verməyə hazır olduğunu bildirsə də, gürcü diktator hər dəfə “biz belə adam tanımırıq” deyərək, təklifi rədd edib. Onun məqsədi çox hadisəyə şahidlik etmiş bu şəxsdən qurtulmaq idi.

Zorgenin yaponiyalı həyat yoldaşı ömrünün sonunadək onun məzarına çiçək gətirirmiş. Zorgenin fəaliyyəti dünya miqyasında səs-küyə səbəb olub.

Xəzər: göl olsa da, əsl dəniz cazibəsi var

Kapuçinski özünün “İmperium” əsərində yazır: “Mən Bakını çox sevirəm. O, insanlar üçün salınmış şəhərdir (Bəli, dünyada insanların əleyhinə salınmış şəhərlər də var)”.

“Bu şəhəri hər gün saatlarca gəzib dolaşa bilərsiniz: o sizi hər dəfə daha çox cəlb edəcək, daha çox maraqlandıracaq” - deyən Tino Mantarro görünür, yayın istisindən, rütubətdən və neft qoxusundan o qədər də mütəəssir olmayıb. Buradan belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanın paytaxtını Dubaya bənzədən polyak yeni memarlığın, müxtəlif ticarət mərkəzlərinin əmələ gətirdiyi müasirliyi yüksək qiymətləndirib.

Bakıda 2017-ci ildən hər il Formula 1 yarışı belə, keçirilir. Əgər Sovetin “ləngər vuran”, “paslı” keçmişinə qayıtmaq istəyirsinizsə, azərbaycanlı bəstəkar Qara Qarayevin adını daşıyan gəmi ilə Xəzərin Qazaxıstan sahilinə keçə bilərsiniz. Unutmayın ki, bu zaman gəmi bir neçə gün ərzində Xəzərin Mərkəzi Asiyanın payına düşən neftli və çirkli suları ilə üzəcək.

Bəs kim iddia edir ki, Xəzər göl yox, dənizdir? O, duzlu olmağına, duzludur. Lakin burada duzluluq Volqanın bəzi hissələrinin duzluluğundan heç də geri qalmır. Xəzər faunası etibarı ilə də gölə daha yaxındır. Üstəlik, göl kimi dörd tərəfdən quru ilə əhatə olunub. Lakin Xəzərdən neft çıxdığı hər kəsə bəllidir. Bu isə heç də gölə xas xüsusiyyət deyil.

Xəzər dənizilə həmsərhəd olan dövlətlər – İran, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya belə bir ümumi rəyə gəliblər ki, Xəzər nə dənizdir, nə də göl. Buradan hasil olunan neftin istismarına gəlincə, bu, təmamilə başqa mövzudur.

...Aktauya doğru üzdükcə özünü “Nostalgistan”ın düz qəlbində hiss edirsən və getdikcə Avropanın illuministlərindən təmamilə uzaqlaşırsan...

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Il Sole 24 ORE

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az