30.01.2020 00:44
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyanın Qarabağ açıqlaması və yeni qalmaqal
 
29.01.2020
ANAJ, İran
 

  MÜSAHİBƏ| İlham Əliyev: “OPEC+ çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır”
 
28.01.2020
ROSSİYA 24, Rusiya
 

  Azərbaycanın qədim, yeni və qeyri-adi inciləri
 
24.01.2020
Kamloops This Week, Kanada
 

  20 Yanvar Azərbaycanda ümumxalq hüzn günüdür
 
23.01.2020
Shabestan, İran
 

  Azərbaycan: Bakıda törədilımiş “Qara yanvar” faciəsindən 30 il ötür
 
21.01.2020
Notizie Geopolitiche, İtaliya
 

 
 
Azərbaycan Malayziya ilə multikulturalizm sahəsində əməkdaşlıqda maraqlıdır

 
 



Bernama.com, Malayziya
14.01.2020


Müəllif: R.Raviçandran

Azərbaycanda multikulturalizmin dövlət tərəfindən dəstəklənməsi bu ölkəyə öz faydasını verir. Məhz bunun nəticəsində bu gün bu ölkədə iqtisadi-siyasi sabitlik hökm sürür.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov hesab edir ki, bu gün dünyanı ağuşuna almış bir çox etnik, mədəni, məzhəblərarası və dini münaqişələri məhz multikulturalizm və tolerantlıq sayəsində həll etmək mümkündür. “Azərbaycanın multikulturalizm modeli 3 əsas element üzərində qurulub: etnik və dini müxtəlifliyə hörmət, hökumətin bu sahəyə dövlət siyasəti şəklində tam dəstəyi və müxtəlif dini-mədəni icmalara qarşı assimilyasiya siyasətindən imtina”, - deyə R.Həsənov vurğulayıb.

Həsənovun fikrincə, multikulturalizmi çox sayda mədəniyyətin birgə, eyni məkan və zamanda mövcudiyyəti kimi izah etmək olar: “Multikulturalizm etnik, irqi, dini, mədəni müxtəlifliyin, dəyərlərin dəstəklənməsidir. Bu, Azərbaycan daxil olmaqla, bəzi ölkələrin dövlət siyasətidir. Bu siyasət müxtəlifliyin qorunmasını, inkişafını təmin edir”.

R.Həsənov Azərbaycana xarici investisiyaların cəlb olunması, ölkənin iqtisadi inkişafı, həmçinin ictimai həmrəyliyin təmin olunması sahəsində əldə edilmiş nailiyyətlərdə dövlətin apardığı multikulturalizm siyasətinin mühüm rol oynadığını və nəticədə ölkəsinin beynəlxalq aləmdə müsbət imic qazandığını bildirib. O, xatırladıb ki, əhalisinin əksəriyyəti, yəni 96%-i müsəlman olan Azərbaycanda xristianlar və yəhudilər daxil olmaqla, bütün dini icmaların nümayəndələri sülh şəraitində yaşayır və bu birgəyaşayışın qədim tarixi var.

BBM-nin icraçı direktoru deyib ki, 10 milyon əhalisi olan Azərbaycanda albanlar və müxtəlif türk xalqları daxil olmaqla, 30 etnik qrup yaşayır: “Bununla yanaşı, ölkəmizdə müxtəlif dinlərdən olan insanların ibadət məkanları yanaşı yerləşir və bu, qətiyyən dini zəmində gərginliyə səbəb olmur”.

Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşən Azərbaycanda məscidlərlə yanaşı, kifayət qədər kilsə (həmçinin erməni kiləsi), hətta sinaqoq var. Bundan başqa, bu ölkədə bir vaxtlar hinduların, sikxlərin və zərdüştlərin məbəd kimi istifadə etdiyi “Atəşgah” məbədi yerləşir. Dövlət tərəfindən qorunan məbəd bu gün ölkənin əsas turistik məkanlarındandır.

Azərbaycanın tarixinə nəzər saldıqda görürük ki, hələ 1918-ci ildə Rusiya imperiyasından müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk demokratik respublika olub. Amma onun ömrü uzun olmayıb və 1920-ci ildə AXC Sovet İttifaqının tərkibinə daxil edilib. Azərbaycan bir də 1991-ci il ilin oktyabrında SSRİ-dən müstəqillik qazanıb.

R.Həsənov ölkəsində milli, universal və humanist dəyərlərə əsaslanan multikulturalizmin dövlət siyasəti olduğunu deyir. Onun sözlərinə görə, bu siyasətin əsası 1990-cı illərdə Azərbaycanın ümumilli lideri Heydər Əliyev tərəfindən qoyulub.

R.Həsənovun rəhbərlik etdiyi mərkəzin təşəbbüsü ilə 2015-ci ildən yerli və bir sıra xarici universitetdə “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Bu gün “Azərbaycan multikulturalizmi” fənni Bolqarıstan, Almaniya, Litva, Polşa, Ukrayna, Hindistan, Yaponiya, Braziliya, Portuqaliya, İndoneziya, Rusiya, Gürcüstan, Türkiyə, İsveç, İsveçrə və İtaliya kimi 22 ölkənin universitetlərində magistratura səviyyəsində tədris proqramına daxildir. Azərbaycanda isə bu fənn 2019-2020-ci tədris ilinin planına daxil edilib. Yəni bundan sonra “Azərbaycan multikulturalizmi” fənni ölkənin bütün universitetlərində əsas fənn kimi tədris olunacaq.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müxtəlif ölkələrdə şöbələri var. Onların əsas fəaliyyət istiqaməti multikulturalizm dəyərlərinin təşviqidir.

R.Həsənov deyir ki, rəhbərlik etdiyi mərkəz bu sahədə Malayziya ilə də əməkdaşlığa hazırdır: “Malayziyalı tələbə və gənc jurnalistlərli ölkəmizə dəvət edə, multikulturalizmin Azərbaycan modelilə bağlı bilik və təcrübəmizi onlarla bölüşə bilərik. Gənc malayziyalı jurnalistlərə multikulturalizmlə bağlı öz dillərində hazırlayacaqları müstəqil araşdırmanın nəşrində yardım göstərməyə hazırıq. Bir sözlə, biz öz bilik və təcrübəmizi bölüşə bilərik. Malayziyada mərkəzimizin nümayəndəliyi də açıla bilər. Multikulturalizmin Azərbaycan modelinə dair universitet proqramının tədrisi üçün də əlimizdən gələni etməyə hazırıq”.

Həsənov hesab edir ki, Azərbaycanla Malayziya arasında ikitərəfli əlaqələr kifayət qədər güclü olduğundan, bu sahədə də əməkdaşlıq etmək mümkündür.

Fəaliyyətini Azərbaycan Respublikası Prezident Administrasiyası ilə koordinasiya edən BBMM-nin əsas məqsədi ölkədə mədəni, dini, linqvistik müxtəlifliyin qorunması, Azərbaycanın dünyada multikulturalizm mərkəzi kimi təqdim edilməsi, mövcüd multikulturalizm modellərinin araşdırılması və təşviqidir.

R.Həsənovun sözlərinə görə, mərkəzin əsas layihələrindən biri beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsidir: “Azərbaycanda və xarici universitetlərdə multikulturalizm fənni üzrə təhsil alan tələbələr ildə iki dəfə həyata keçirilən bu layihə vasitəsilə ölkəmizdə multikultiralizm və tolerantlıq dəyərlərinin necə qorunduğunu əyani şəkildə görürlər”. Son 5 ildə bu yay və qış məktəblərində 100 ölkəni təmsil edən 400-dən çox tələbə iştirak edib.

Həsənov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən etibarən, müsəlman Şərqilə Qərb sivilizasiyası, xalqları və mədəniyyətləri arasında dialoqun, əməkdaşlığın inkişafı məqsədilə “Bakı prosesi” həyata keçirilir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Bernama.com

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az