06.04.2020 03:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin xatirəsinə

 
 



Əl-Səfir, Mavritaniya
15.01.2020


Müəllif: Oktay Qurbanov (Azərbaycanın Mərakeş Krallığındakı səfiri)

Azərbaycan İslam dünyasının ayrılmaz parçası hesab olunur. O, müsəlman dünyasında İslam dəyərlərinə bağlı ölkə kimi qəbul edilir. Azərbaycan miladi tarixilə VII-VIII əsrlərdən bəri ərazisində geniş yayılmış İslam mədəni irsini mühafizə etməsi ilə məşhurdur.

Azərbaycan uzun əsrlər boyu dünyada İslam mədəniyyətinin mərkəzlərindən biri olub, İslam dünyası ilə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında səmərəli əlaqələr qurub. Ümumiyyətlə, biz İslam ölkələrilə əlaqələrin inkişafına böyük diqqət ayırırıq.

Azərbaycan əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olub. O, bu gün də multikulturalizm, tolerantlıq və mənəvi-dini dəyərlərin qorunmasında, eləcə də dinlər və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsində fəal rol oynayır, bu dəyərlərin inkişaf etdirilməsinə mühüm töhfələr verir.

Azərbaycanın İslam mədəniyyətinə, dünya irsinə töhfə vermiş tanınmış şəxsiyyətlərindən bəzilərinin adını qeyd etmək istəyirəm. Əbülhəsən Bəhmənyar bin Mərziban əl-Azərbaycani İbn Sinanın tələbələrindən olub. O, “Mövcudatın mərtəbələri”, “Təhsil” əsərlərinin müəllifidir. Fəzilət şairi Nizami Gəncəvi poema yazan ən böyük şairlərdən biri olub. Onun məşhur əsərləri içərisində “Xəmsə”ni və “İskəndərnamə”ni qeyd edə bilərik. Həmçinin Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Nəsrəddin Tusi, Məhsəti Gəncəvinin də adlarını qeyd etmək olar.

Ötən il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650-ci ildönümü idi. Azərbaycan prezidentin İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi də dahi şairin siyasi fikirlərinin əhəmiyyətini bir daha göstərib. İmadəddin Nəsimi Azərbaycanda doğulsa da, sonradan faciəvi tale ilə üzləşdiyi Hələbə köçüb. Nəsimi Azərbaycan dilində bütöv bir divan yazıb. Onun fars və ərəb dillərində də şeirləri var.

Nəsimi Azərbaycan, Anadolu və İranda XIV əsrin sonları, XV əsrin əvvəllərində geniş yayılmış hürufilik təriqətinin tanınmış nümayəndələrindən biri olub. Bu təriqətin banisi Fəzlullah Nəimidir. Bu sahədə aparılmış elmi araşdırmalar təriqətin yayılmasında Nəsiminin rolunu açıq şəkildə göstərir.

Nəsimi son nəfəsini 1417-ci ildə Hələb qalasının divarları qarşısında verib. Onun məzarı Suriyanın Hələb şəhərindəki əl-Fərafra məhəlləsindədir. Beləliklə, Azərbaycanın sufi şairi İmadəddin Nəsiminin qəbrini Hələb torpağı öz qoynuna alıb. Təkiyyə Qalanın xəndəyindən şimal tərəfdə yerləşən “Zaviyə Nəsimi”dir. Zaviyə üzərindəki məqbərə Sultan Qansuva əl-Ğuri tərəfindən hicri tarixilə 910-cu ildə tikilib.

Nəsiminin irsinə Azərbaycanın ümumilli lideri Heydər Əliyevin sayəsində böyük diqqət göstərilib. İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda ilk dəfə UNESKO tərəfindən 1973-cü ildə qeyd edilib. Bakıda şairə heykəl qoyulub.

1989-cu ildə Azərbaycan hökuməti Hələb şəhərinə Nəsiminin büstünü hədiyyə edib. Büst Hələbdəki İslam guşəsində yer alır. Bakının meydanlarından birində isə şairin əzəmətli heykəli var. Beynəlxalq Astronomiya İttifaqı kiçik planetlərdən birinə İmadəddin Nəsiminin adını verib.

Nəsimi fəlsəfə, astronomiya, məntiq, riyaziyyat və təbiət elmlərinə dərindən bələd olub. O, Azərbaycan dili ilə yanaşı, fars və ərəb dillərini dərindən bilib, 3 dildə şeirlər yazıb. Şair Azərbaycan dilinin ədəbi yaradıcılıq dili kimi möhkəmlənməsinə töhfə verib. Onun müxtəlif mövzularda on mindən artıq beyti bu gün də qorunub saxlanılır.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Səfir

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az