06.04.2020 04:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
Turizm sektorunun Azərbaycana marağı böyükdür

 
 



İHA, Türkiyə
18.01.2020


Dünyanın 73 ölkəsində fəaliyyət göstərən “SKYhub” turizm agentlikləri və turoperatorlara təqdim etdiyi xidmətlərilə seçilir. Yaponiyada yerləşən və təyinat menecmentinin aparıcı markalarından olan “SKYhub” agentliklərin ən çox diqqət göstərdiyi, ən çox tələbatın olduğu ölkənin adını açıqlayıb: Azərbaycan!

2019-cu ilin ilk yarısında Azərbaycana FAM səfəri (istiqamət təşviqi səfəri) təşkil etmiş “SKYhub” agentliklərin bu regiona böyük tələbinin olduğunu müəyyənləşdirib. “SKYhub Outbound” Beynəlxalq Turlar Qrupu departamentinin direktoru Orxan Durmuş Azərbaycanla bağlı təəssüratlarını söyləyərkən bildirib ki, bu ölkənin ən yaxşı xüsusiyyəti ünsiyyətin rahatlığıdır.

“Azərbaycan türkiyəlilərin xaricdə qarşılaşdığı dil probleminin yaşanmadığı nadir yerlərdəndir. Azərbaycanlılar çox sürətlə danışmadıqda onları asanlıqla başa düşürük. Odur ki, orada öz dilimizdə danışa bilirik. Bir sözlə, Azərbaycana rahatlıqla səyahət edə bilərsiniz”, - deyə O.Durmuş bildirib.

Xüsusilə Bakının turizm sahəsində ciddi nailiyyətlər əldə etdiyini vurğulayan Orhan Durmuşun sözlərinə görə, Azərbaycan paytaxtında cəmi 2-3 il əvvələdək turistlərin yemək yeyə, gəzə, görə biləcəyi yerlər məhdud idisə, hazırda bu variantların sayı-hesabı yoxdur. O, bunun əsas səbəbi kimi, Azərbaycanın Yaxın Şərq bazarına açılmasını göstərib. Nəticədə Azərbaycandan müxtəlif istiqamətlərə birbaşa uçuşlar da təşkil olunur.

Bütün bunların fonunda “SKYhub”da Azərbaycana satışlar artıb. Hazırda o, bu ölkənin Bakı və Şəki şəhərlərinə turist paketləri satır. Paketlərə əsasən Türkiyə Hava Yolları ilə uçuşlar üçün gediş-gəliş aviabileti, 4 və 5 ulduzlu oteldə qalmaq, səhər yeməyi, şəhərdaxili gəzinti və türk dilində danışan bələdçi daxildir.

Avro-2020də Türkiyəyə tam dəstək

“Futbol üzrə bu il keçiriləcək Avropa Çempionatında çıxış edəcək Türkiyə milli komandasına dəstək məqsədilə Bakıya 2 çarter reysi təşkil edəcəyik. Çempionatın iyunun 12-də Romada İtaliya və Türkiyə milliləri arasında keçiriləcək açılış matçı ilə bağlı isə 3 alternativ tur paketi təşkil etmişik”, - deyə O.Durmuş qeyd edib.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: İHA

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az