18.02.2020 14:29
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu əyninə çox böyükdür
 
18.02.2020
Hraparak, Ermənistan
 

  Münxendə söz dueli: qalib hansı tərəf oldu?
 
17.02.2020
The USA Tribune, ABŞ
 

  VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!
 
17.02.2020
HABER GLOBAL, Türkiyə
 

  Münxen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı
 
17.02.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyinə müraciət edib
 
16.02.2020
Seoul City, Cənubi Koreya
 

 
 
“20 Yanvar Azərbaycanın ən şərəfli günüdür”

 
 



İHA, Türkiyə
21.01.2020


Sovet İttifaqı ordusunun azərbaycanlı dinc əhaliyə qarşı 1990-cı il yanvarın 20-də törətdiyi qətliamdan 30 il keçsə də, həmin gün baş verənlər hələ də şahidlərin yaddaşındadır.

Azərbaycan Dövlət Xəbər Agentliyinin Türkiyə bürosunun rəhbəri Sabir Şaxtaxtı hesab edir ki, Sovet İttifaqının süqutu və Azərbaycanın müstəqilliyə qovuşmasında əhəmiyyətli dönüş nöqtəsi olan “Qanlı yanvar” hadisəsi, eyni zamanda, Azərbaycan tarixinin şanlı səhifəsidir. Hər millətin tarixində milli mübarizə günlərinin şanlı səhifə olduğunu qeyd edən Şaxtaxtı 1990-ci il yanvarın 20-nə keçən gecənin də Azərbaycan xalqı üçün bu anlamda əhəmiyyət daşıdığını söyləyib. Bununla yanaşı, həmin gün xalqın tarixində həm də qanlı səhifələrdən biri kimi qalıb: “Həmin gün Azərbaycan paytaxtı Bakı və digər mühüm şəhərlər 60 minlik Sovet ordusu tərəfindən işğal olunub. Artıq 30 ildir Azərbaycan xalqı həmin anı qanlı gecə kimi xatırlayır. Amma bu gün həm də qəhrəmanlıq tarixinin yazıldığı səhifə kimi qəbul olunur. Dövlətimizin tarixinə şəhidlərin qanı ilə yazılmış bu günün əhəmiyyəti zaman keçdikcə daha çox aydın olur. Bəli, bu, Sovet İttifaqı Silahlı Qüvvələrinin öz xalqına qarşı törətdiyi qətliam idi. Bu, heç bir siyasi və mənəvi məntiqə uyğun olmayan hadisə idi. Müstəqillik eşqilə yanan Azərbaycan xalqının üzərinə xüsusi təyinatı olan güllələr yağdırılmış, yüzlərlə Azərbaycan türkü qətlə yetirilmiş və yaralanmışdı. Həmin gün silahlı ermənilərin köməyindən də istifadə olunmuş, cinayət onlarla əlbir törədilmişdi. Həmin hadisə Azərbaycan tarixinə “Qanlı yanvar” kimi düşüb”.

Həmin gecə işğal gözlənilmədiyindən, Bakı ictimai asayişinin qorunması üçün lazımi tədbirləri görməmişdi. Üstəlik, bir anda televiziya və radioların, hətta xəstəxanaların işığı kəsilmiş, bəzi işçilər həbs olunmuşdu. “Ordu təcili yardım maşınlarına belə, atəş açırdı”, - deyə Şaxtaxtı bildirib.

Onun sözlərinə görə, SSRİ-nin son rəhbəri Mixail Qorbaçov və Kremlin digər rəsmiləri bu cinayəti birlikdə idarə ediblər: “Onlar Azərbaycan xalqının mübarizə əzmini qırmaq, ölkəni hərbi rejimin nəzarətində saxlamaq istəyir, eyni zamanda, erməni təcavüzünü dəstəkləyirdilər. Məqsəd Azərbaycanda saxta seçkinin təşkili, bu yolla yeni parlamentin qurulması, beləliklə, idarəolunan anarxiya və xaosun yaradılması idi. Əsas məqsəd isə ermənilərin Dağlıq Qarabağa əsassız iddiaları üçün zəminin hazırlanması idi”.

Həmin günlərdə Bakı ilə yanaşı, bölgələrdə də qırğınlar törədilib. Məsələn, yanvarın 25-də Neftçalada, 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib, onlarla insan yaralanıb.

Beləliklə, bir neçə gündə ölənlərin sayı 146-ya, yaralıların sayı 744-ə çatıb, daha 841 nəfər həbs edilib. Ölənlər arasında uşaqlar, qadınlar və yaşlılar da var.

Bundan başqa, Sovet əsgərlərinin xain hücumları nəticəsində 200 ev, 80 avtomobil və çox sayda təcili yardım maşını yandırılaraq yararsız hala salınıb. Beləliklə, Azərbaycanın suverenliyi və Konstitusiyası pozulub, milli azadlıq mübarizəsinə zərbə vurulub.

Bu il 20 Yanvar faciəsinin 30-cu ildönümüdür.

Azərbaycan xalqına qarşı 1918-ci ilin martında törədilmiş soyqırım, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin “Qızıl ordu” tərəfindən işğalı, Azərbaycan ərazisi olan Zəngəzurun Ermənistana birləşdirilməsi, 1990-cı ilin 20 yanvar faciəsi və nəhayət, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı, minlərlə insanın öz yurd-yuvasından zorla köçürülməsi, qətlə yetirilməsi: bütün bunlar ayrı-ayrı vaxtlarda baş versə də, məqsəd hər zaman bir olub – Azərbaycan ərazisində erməni dövlətinin yaradılması! “Azərbaycan ərazisi hər zaman məhz bu məqsədlə müsəlman türklərdən təmizlənib”, - deyə Şaxtaxtı bildirib.

S.Şaxtaxtı xatırladıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 20 yanvar hadisəsindən dərhal sonra – yanvarın 21-də ailəsilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib, baş vermiş faciə ilə əlaqədar Azərbaycan xalqına başsağlığını çatdırıb, böyük cəsarət göstərərək, faciənin təşkilatçısı olan Qorbaçovu və onun Azərbaycandakı dəstəkçilərini sərt şəkildə tənqid edib.

“Hadisənin əsl səbəbi Azərbaycan xalqının əlindən alınmaqda olan torpaqlarını qorumağa çalışması, bununla bağlı haqlı etirazı idi. Bu yolda ölənlər şəhid, yaralananlar qazi, bu mübarizədə iştirak edənlərin hər biri qəhrəmandır. O zaman şəhidləri Bakının Azadlıq meydanına toplaşmış bir milyon adam dəfn etdi. Ruhları şad olsun”, - deyə Şaxtaxtı qeyd edib.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: İHA

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az