18.02.2020 14:54
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu əyninə çox böyükdür
 
18.02.2020
Hraparak, Ermənistan
 

  Münxendə söz dueli: qalib hansı tərəf oldu?
 
17.02.2020
The USA Tribune, ABŞ
 

  VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!
 
17.02.2020
HABER GLOBAL, Türkiyə
 

  Münxen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı
 
17.02.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyinə müraciət edib
 
16.02.2020
Seoul City, Cənubi Koreya
 

 
 
Paşinyanın Qarabağ açıqlaması və yeni qalmaqal

 
 



ANAJ, İran
29.01.2020


Ermənistanın baş naziri Nikol Paşinyanın tənqidçiləri hesab edirlər ki, o, Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini açıq şəkildə ortaya qoymalıdır. Tənqidçilər deyir ki, indiyədək heç kəs baş nazirdən bu problemlə bağlı konkret mövqe görməyib.

Nikol Paşinyanın son mətbuat konfransında verdiyi açıqlamalar Ermənistanda ciddi müzakirələrə yol açıb. Mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsindən danışan baş nazir ölkəsinin düşdüyü vəziyyətə görə köhnə hakimiyyəti günahlandırıb. “Bu məsələdə əvvəlki hökumətdən qalmış irs mənə və hökumətimə ağırlıq edir”, - deyə Paşinyan bildirib.

“Keçmiş hakimiyyətdən qalma dözülməz irs”in nədən ibarət olduğuna gəlincə, o, deyib: “Sarqsyanın dövründə Qarabağ problemilə bağlı danışıqlar qeyri-real model əsasında aparılıb”. Paşinyan bildirib ki, Sarqsyan hakimiyyəti Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana qaytarılması, həmin ərazidə, o cümlədən yaradılacaq bufer zonada sülhməramlı qüvvələrin yerləşdirilməsi, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün referendumun təşkili məsələlərini müzakirə edirmiş. Baş nazir hesab edir ki, məsələyə “DQR” rəhbərliyinə iddialı şəxslərin münasibət bildirməsi lazımdır: “Onların razılığı olarsa, məsələ daha tez həllini tapar”.

Separatçı liderlər, “DQR”də keçiriləcək “seçki”yə qatılmış “namizədlər” isə deyilənləri qəbuledilməz sayır. Onlar “işğal altındakı torpaqların geri qaytarılması ilə bağlı heç bir danışıqları qəbul etməyəcəklərini” bildirirlər. Üstəlik, onlar Qarabağ ətrafındakı işğal olunmuş rayonlara ermənilərin yerləşdirilməli olduğunu da söyləyirlər.

Bu arada, N.Paşinyanın son fikirləri keçmiş hakim Respublikaçılar Partiyası tərəfindən kəskin tənid olunur. Onlar hesab edirlər ki, Paşinyan qorxu içərisindədir və məhz bu üzdən “axmaq ifadələr işlətməyə məcbur olur”.

Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov “DQR” separatçılarına dəstək olaraq deyib ki, Paşinyanın son açıqlamaları onlar üçün problem yaradacaq. “Paşinyan Dağlıq Qarabağ problemilə bağlı mövqeyini açıq şəkildə ortaya qoymalıdır. İndiyədək heç kəs özünü Ermənistanın baş naziri sayan bu şəxsdən Qarabağla bağlı konkret mövqe eşitməyib!”, - deyə o, bildirib.

Bir müddət əvvəl Paşinyan hakimiyyətini Ermənistanın sabiq prezidenti Robert Koçaryan da tənqid etmişdi: “Ermənistan hökumətinin ən böyük səhvi Rusiya qoşunlarının, yəni hərbi bazasının ölkədən çıxarılması ilə bağlı israrıdır. O, Suriyanın şimalındakı kürd məsələsini özü üçün ibrət sayır”.

Ermənistandakı “Qarabağ klanı”nı narahat edən daha bir məqam Azərbaycanın hərbi büdcəsinin ildən-ilə artması, Ermənistanda isə bu büdcənin olduğu kimi qalmasıdır. Onlar Paşinyanı buna görə də tənqid edirlər.

Bəzi siyasi ekspertlər isə hesab edir ki, Paşinyan “DQR”in başına öz namizədini gətirməyə çalışır. Onların fikrincə, baş nazirin son açıqlamaları da buna hesablanıb: “Paşinyan hələ bir müddət əvvəl “mən qarabağlı deyiləm” bəyanatını vermişdi. İndi o, işğal olunmuş ərazilərdə öz siyasətini yeritməyə, bunun üçün isə orada öz adamını başa çəkməyə çalışır. Bununla Paşinyan həm erməni lobbisinin siyasi və iqtisadi dəstəyini almağı, həm də “Qarabağ klanını”nın siyasi təzyiqlərindən qurtulmağı düşünür”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az