Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən biri Ərsun Yanaldır.
AFFA-nın bu günlərdə keçirdiyi iclasda maraqlı hadisələr baş verib. Federasiya prezidentinin seçildiyi toplantıda maliyyə məsələləri də müzakirə olunub. Bununla yanaşı, topmatı iştirakçıları milli fotbol komandasına yeni baş məşqçinin təyinatı ətrafında fikir mübadiləsi aparıblar.
“Milliyət” qəzetinin məlumatına görə, xorvatiyalı baş məşqçi Nikola Yurçeviçin vəzifədən ayrılmasından sonra bu posta namizədlərdən biri də “Fənərbağça” klubunun baş məşqçisi Ərsun Yanaldır.
Xatırladaq ki, AFFA xorvatiyalı mütəxəssislə müqaviləyə ötən ayın ortalarında xitam verib. Yeri gəlmişkən, Nikola Yurçeviç bir zamanlar “Beşiktaş” klubunun baş məşqçisi olmuş Slaven Biliçin köməkçisi idi. Onun Azərbaycan millisindən ayrılmasından sonra bu posta təyinat olmayıb.
Namizədlərdən biri Prandellidir
Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna namizədlər arasında “Spartak”dan (Moskva) ayrıldıqdan sonra işsiz olan Oleq Kononov, “Torino” və “Udineze” klublarını, həmçinin Albaniya millisini çalışdırmış Covanni di Byazi, hazırda Oman millisinə rəhbərlik edən Branko İvankoviç, İtaliya yığmasının keçmiş baş məşqçisi Luici di Byaco və bir dönəm “Qalatasaray” klubunu da çalışdırmış Çezare Prandelli də var.
(Türk dilindən tərcümə - WorldMedia.Az)