24.09.2020 12:43
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistan PKK-dan terrorçu idxal edir
 
23.09.2020
SABAH, Türkiyə
 

  “DQR” “parlament”i köçürməyə hazırlaşır
 
23.09.2020
Eurasianet.org, ABŞ
 

  Ermənistan-Azərbaycan münaqişəsi: növbəti müharibə?
 
23.09.2020
EURACTIV, Aİ
 

  Azərbaycan: milli-mənəvi dəyərlərin qorunduğu, dini tolerantlığın təmin edildiyi ölkə
 
22.09.2020
PARHLO, Pakistan
 

  Anna Akopyan: sülh haqda danışan, lakin müharibəyə üstünlük verən birinci xanım
 
22.09.2020
DAILY SABAH, Türkiyə
 

 
 
Bakı - qonşularla əməkdaşlıq

 
 



IRIB, İran
31.01.2020


Azərbaycan beynəlxalq tranzit imkanlarından faydalanmaq məqsədilə son illər qonşu ölkələr, o cümlədən İran İslam Respublikası ilə birgə regional layihələr həyata keçirir.

Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməyi, mövcud tranzit imkanlarından istifadə etməklə, neftdən asılı iqtisadiyyatından qurtulmağı hədəfləyir. Bu məqsədlə o, region ölkələrilə əməkdaşlığın genişləndirilməsini iqtisadi fəaliyyətinin prioritetlərindən biri elan edib.

Azərbaycan çox əlverişli coğrafi mövqeyə malikdir. Onun böyük tranzit imkanlarım var. Bölgənin böyük su hövzələrinə çıxışı olan iki nəhəng dövləti – Rusiya ilə İranın arasında yerləşməsi Bakıya onlarla əməkdaşlıq çərçivəsində öz tranzit imkanlarından maksimum yararlanmaq, bununla da iqtisadi məqsədlərə çatmaq imkanı yaradır. Bu gün Azərbaycan bir sıra vacib regional nəqliyyat layihəsi çərçivəsində region ölkələrilə əməkdaşlıq edir. Transiz imkanlarından gen-bol istifadə etməyi hədəfləyən Bakı üçün “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin tamamlanması da prioritetlərdən biridir.

Xatırladaq ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması haqqında saziş 2000-ci ilin sentyabrında Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Azərbaycan ona 2005-ci ilin sentyabrında qoşulub. “Şimal-Cənub” dəhlizinin məqsədi Hindistandan yüklərin İran, Azərbaycan və Rusiyadan keçməklə, Avropa ölkələrinə və əksinə ən qısa marşrutla daşınmasının təminidir.

Beləliklə, Bakı son illərdə “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılmasında İran və Rusiya ilə sıx əməkdaşlıq edir. Bu məsələ Azərbaycan və İran prezidentləri İlham Əliyevlə Həsən Ruhani arasında dəfələrlə müzairə olunub. Mövzu onların Rusiyanın dövlət başçısı Vladimir Putinin də iştirakı ilə ötən ilin avqustunda Bakıda baş tutmuş üçtərəfli görüşündə də gündəmdə olub.

Məhz bu danışıqlar və müvafiq sazişlər nəticəsində son bir ildə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanla İranın dəmir yolunun birləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. İndi, bunun üçün dəmir yolunun Rəşt-Astara hissəsinin inşasını tələb olunur.

Hazırda “Şimal-Cənub” dəhlizi ilə İrandan Azərbaycana və digər ölkələrə yük daşımaları İran ərazisində kombinasiyalı nəqliyyat formasında həyata keçirilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovun sözlərinə görə, “Şimal-Cənub” dəhlizi İrandan yük daşımalarının həcminin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. O, bildirib ki, 2017-ci ildə bu dəhliz vasitəsilə İrandan Azərbaycana 27 min ton yük daşınmışdısa, 2018-ci ildə bu göstərici düz 10 dəfə artaraq, 270 min tona çatıb. 2019-cu ildə isə bu yolla təxminən 364 min ton yük daşınıb.

Azərbaycan yenə də İranla birlikdə “Şimal-Cənub” dəhlizinin ikinci dərəcəli qolu sayılan “Cənub-Qərb” dəhlizilə də yüklərin daşınmasına çalışır. Bu qolun istifadəyə verilməsi yüklərin İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya daşınmasına yol açacaq. Bununla yanaşı, layihədə başqa ölkələrin, o cümlədən Ukraynanın da iştirakı gündəmdədir.

Bakının Ələt bölgəsində, Xəzər dənizi sahilində istismara verilmiş Beynəlxalq Ticarət Limanı, eləcə də bu limanda İranın Ənzəli və Əmirabad limanları ilə beynəlxalq əməkdaşlığa imkan yaradacaq bərə terminalının istifadəyə verilməsi, Bakıdan İran sərhədinədək beynəlxalq magistral yolun inşası, Azərbaycan-Gürcüstan sərhədinədək magistral yolun əsaslı təmiri, həmçinin Azərbaycan-Rusiya sərhədinin böyük bir hissəsinin yenidən qurulması Azərbaycan hökumətinin öz tranzit imkanlarını artırmaq istiqamətində atdığı digər addımlardır. Bütün bu layihələrin tamamlanması İrandan Azərbaycana tranzit və yük daşımaları həcminin artmasına imkan verəcək ki, bu da hər iki ölkənin iqtisadi inkişafında öz təsirini göstərəcək.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRIB

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az