07.07.2020 03:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Yazarın qeydləri: Fəridə Zeynalova yenidən Bakıya qayıdıb
 
02.07.2020
NATIONAL GEOGRAPHIC, Böyük Britaniya
 

  Dağlıq Qarabağ: gərginlik artır
 
01.07.2020
TasnimNews, İran
 

  Azərbaycanda COVID-19-la mübarizə aparan həkimlər haqda serial çəkəcəklər
 
01.07.2020
Sputnik, Gürcüstan
 

  Hücum! Türkiyə ilə Azərbaycanı dronlar birləşdirir
 
30.06.2020
The National Interest, ABŞ
 

  FOTO| Azərbaycan mətbəxinə gözəlləmə
 
30.06.2020
Hürriyet, Türkiyə
 

 
 
MÜSAHİBƏ| Bakı, Azərbaycan dünyaya açılır: bu ölkəyə ideal səyahətin yolu

 
 



THRILLIST, ABŞ
01.02.2020


Müəllif: Ulrika Lemmin-Vulfri

Bakı hələ də çox az adamın məlumatlı olduğu istiqamətdir. Halbuki, bu şəhər qeyri-adi, qədim tarixə malikdir. Məsələn, buradakı qayaüstü rəsmlərin tarixi 40 min ilədək uzanır. Divarlarla əhatə olunmuş İçərişəhər haqda isə bugünədək əfsanələr dolaşır. Bu gün Bakıda çox müasir memarlıq nümunələrinə, dəbdəbəli dükanlara, ən müxtəlif formalı binalara rast gəlinir. Bütün bunlar isə Azərbaycanın neftlə zəngin ölkə olduğunu əks etdirir.

Azərbaycan paytaxtı Xəzər dənizinin sahilində, qədim İpək Yolunun üzərində, Türkiyə, Rusiya və İranın kəsişdiyi regionda yerləşir. Yeri gəlmişkən, Xəzər dünyanın ən böyük gölüdür. Beləliklə, Bakı  istirahət üçün ideal şəhərdir.

Azərbaycanın digər bölgələrinə baş çəkməsəniz belə, Bakı şəhərinin görməli yerləri sizin bu səfərdən zövq alacağınızı əminliklə söyləməmizə imnak verir. Bakını, eyni zamanda şəhər əhalisini tanımağın ən yaxşı yolu 2 mil uzunluğunda olan sahil zolağını gəzməkdir. Burada ailələr ətrafdakı yaşıllıqlarda dincəlir, çoxsaylı kafelərdə istirahət edir.

Şəhərdəki küçə pişikləri belə, o qədər mehribandır ki, zaman-zaman ayaq saxlamalı, onlara qayğı göstərməli olursunuz. Hər şeylə maraqlanan azərbaycanlıların ingilis dillərini inkişaf etdirmək cəhdlərindən, hətta ara-sıra sizdən Azərbaycan dilində də söz soruşmalarından təəccüblənməyin. Onlar sizi şəhərin görməli yerlərilə tanış edə də bilərlər.

Bakı ətrafına qısa səfərimiz zamanı son dərəcə maraqlı palçıq vulkanları ilə, 6 mindən çox petroqlifin olduğu qayalarla tanış olduq. Bu qayaüstü rəsmlərdən bəzilərinin tarixi 40 min ilədək uzanır.

Bir zamanlar qədim İpək Yolunun üzərində fəaliyyət göstərmiş qədim karvasarada isə “Atəşgah” məbədi yerləşir. Bu bölgənin torpağı neft və qazdan hələ də alovlanır. Odur ki, qədimliklə müasirliyin vəhdəti olan Bakıda istirahət zamanı müxtəlif, rəngarəng mənzərələrlər rastlaşacaqsınız.

Yeri gəlmişkən, bü gün Azərbaycan dövləti neftdən asılı olan iqtisadiyyatını şaxələndirir və dünyaya açılır. Nəticədə yorucu viza proseduru da xeyli asanlaşıb. Son illərdə Bakı aeroportuna beynəlxalq uçuşların sayı artıb. Məsələn, Nyu-Yorkun Con Kennedi adına hava limanından Bakıya həftədə iki dəfə birbaşa uçuşlar təşkil edilir. Bütün bunlara görə bu heyranedici mədəni şəhəri 2020-ci ildə səfər üçün 20 ən yaxşı istiqamətdən biri seçmişik.

Məqalədə Bakıda bir həftəlik istirahət haqda danışacağıq. Daha dəqiqi, bu yazıda şəhərin gəzməli yerlərilə tanış olacaq, orada nə ilə məşğul ola biləcəyinizi öyrənəcəksiniz. Nəticədə Azərbaycan paytaxtına səfərdən həqiqətən zövq alacaqsınız. Bircə qalır təyyarəyə bilet almaq ki, onu sizin əvəzinizə biz etməmişik.

Bakıya ilin hansı aylarında səfər etmək daha məsləhətdir?

Quru çöl iqliminə malik Bakıda qış ayları “yumşaq”, yay isə isti keçir. Amma yayın həddindən artıq isti keçdiyini də söyləmək olmaz. Bakıya rütubətli payız fəslində səfər etməmək də olar. Bu ilin iyununda isə Azərbaycan paytaxtı futbol üzrə Avropa Çempionatının oyunlarına ev sahibliyi edəcək.

Səfər zamanı harada qalmaq məsləhətdir?

Bakıda qalmaq üçün çox geniş seçim var. Orada “Airbnb” şirkətinə məxsus kiçik, sərfəli otellərdən tutmuş, böyük dəbdəbəli otellərə qədər seçim etmək mümkündür. Əgər möhtəşəm ab-havanın olduğu mərkəzdə yerləşən otellərdən birində qalmaq istəyirsinizsə, İçərişəhərə yollanın. Buradakı kiçik otellərdə bir gecə qalmağın qiyməti təxminən 35 dollardır. Hostellərdə bu, 6 dolla başa gəlir.

Birinci gün: sahilboyu gəzinti və dəniz havası

Con Kennedi adına hava limanından Bakıya birbaşa səfər edən ABŞ vətəndaşları Bakı aeroportuna çatan kimi, oradan viza əldə edə bilir. Yox, Bakıya digər şəhərlərdən səfər edirsinizsə və ya birbaşa uçmursunuzsa, viza üçün əvvəldən müraciət etməlisiniz.

Şəhərə çatar-çatmaz, sizin üçün yeni olan mühiti araşdırın. Məsələn, Xəzər dənizinin sahilini gəzin, müxtəlif şirniyyatların təklif olunduğu kafelərə baş çəkin, Bakının qədimliklə yeniliyin vəhdəti olan memarlığını qiymətləndirin. Bu zaman tarixi yüz illiklərə uzanan qədim binalara, 12-ci əsrdə tikilmiş, sirlərlə dolu Qız qalasının yerləşdiyi İçərişəhərə diqqət yetirin.

Bakıda Sidney Opera Teatrına bənzəyən, mədəni tədbirlərin keçirildiyi mərkəz, bükülmüş xalçaya oxşayan qeyri-adi üslubda tikilmiş Xalça Muzeyini də görəcəksiniz. Futurist üslubda tikilmiş 3 göydələndən ibarət “Alov qüllələri” də öz yerində.

İkinci gün: İçərişəhər gəzintisi

İçərişəhərdə gəzintiyə mütləq vaxt ayırın və şəhərin bu hissəsini kəşf edərkən tələsməyin. Məsələn, buradakı Şirvanşahlar sarayına baş çəkin, Qız qalasına qalxın, rəsm qalereyalarının və müxtəlif yerli əşyaların satıldığı dükanların yerləşdiyi kiçik küçələrdə ayaq saxlayın. Bu kiçik dükanlarda qoyun xəzindən hazırlanmış müxtəlif geyimlər və ya rəngarəng dulusçuluq məmulatları satılır.

Nahar vaxtı isə ayaqüstü qəlyanaltıların təklif olunduğu köşklərin xidmətindən yararlana bilər, yaxud kiçik restoranlara üz tuta bilərsiniz. Naharda ləzzətli toyuq yemək istəyirsinizsə, “Art Club Restaurant” ən ideal məkandır. Divarları müxtəlif rəsmlərlə bəzədilmiş bu restoranda sizə münasib qiymətə yerli yeməklər təklif olunacaq.

Ziyarətçilərində qeyri-adi təəssürat yaradan Miniatür Kitab Muzeyinə, tarixi 14-cü əsrədək uzanan Keyqubad məscidinə baş çəkə, İçərişəhəri əhatə edən qədim divarlar boyu dolaşa bilərsiniz. Əgər şəhərin tarixini daha çox hiss etmək istəyirsinizsə, Qurban Səidin “Əli və Nino” kitabını oxumağınızı məsləhət görürəm. Rahat oxunan bu romanda hadisələr 1920-ci illərin Bakısında cərəyan edir.

Üçüncü gün: Heydər Əliyev Mərkəzinə baş çəkin

Taksiyə əyləşərək məşhur memar Zaha Hadinin dizayn etdiyi, dalğavari üsluba tikilmiş Heydər Əliyev Mərkəzinə gedin. Bütün gününüzü bu mərkəzi tanımağa sərf edə bilərsiniz və buna dəyər.

Heydər Əliyev Mərkəzi müxtəlif bucaqlardan fərqli görünür. Çox sayda qalereyanın olduğu mərkəzdə müxəlif sərgilər keçirilir. Heydər Əliyev Mərkəzinin təkcə memarlığını öyrənmək üçün xeyli vaxt lazımdır. Mərkəzi əhatə edən yaşıllıqlarda dolaşın, buradakı fotosərgilərə baxın. Mərkəzin qarşısında qurulmuş və üzərində “Mən Bakını sevirəm” yazılmış lövhənin qarşısında şəkil də çəkdirə bilərsiniz.

Yolun digər üzündəki “Kebapçı” retoranı nahar etmək üçün əla məkandır. Bu ənənəvi restoranda müxtəlif kabab növləri təklif olunur. Yalnız toyuq kababına görə, buraya yenidən gəlmək olar.

Dördüncü gün: palçıq vulkanları və qədim Qobustanın qayaüstü rəsmləri

Bakıdan cənub-qərbdə yerləşən Qobustana yollanın. Bura qədim petroqliflərin və palçıq vulkanlarının vətənidir. Dünyadakı palçıq vulkanlarının üçdə biri Azərbaycanda yerləşir. Bu ölkədə həm kiçik, həm də böyük palçıq vulkanları var. Buradakı palçıq vulkanlarının bəziləri hətta ovuc boydadır. Amma onlar hələ də köpüklənir. Nəzərə alın ki, palçıq vulkanlarına yaxınlaşan zaman paltarınız və ayaqqabınız bata bilər. Odur ki, oraya yollanarkən uyğun geyim seçin.

Bakıya qayıdan zaman qayaüstü rəsmlərin olduğu Qobustana baş çəkin. Buradakı petroqloflərin yaşı on minilliklərlə ölçülür. Bu petroqliflərdə insan, heyvan, ov səhnələri təsvir olunub. Bəzi rəsmlərdən isə qadınların qədim zamanlarda necə əhəmiyyətli rola malik olduqları aydınlaşır.

Petroqliflərin keyfiyyəti insanı heyran edir. Onlar lap çoxdan məhv olmuş sivilizasiyanın tarixindən “danışır”.   

Beşinci gün: alov

Azərbaycan “Odlar yurdu” da adlanır. O, bu ada heç də zəngin neft-qaz ehtiyatlarına görə layiq görülməyib. Səbəb qədim zərdüştlük dini, bu ölkədə yerləşən alov məbədləridir. Bakıdasınızsa, “Atəşgah” məbədinə və Yanardağa baş çəkmək üçün heç olmasa, bir gün ayırın.

“Atəşgah” məbədi qədim zərdüştlərin və hinduistlərin dini məkanı olub. Bir zamanlar qədim İpək Yolunun üzərində yerləşmiş karvansaradakı məbədin ortasında alov altarı var. Bu gün bura muzey kimi fəaliyyət göstərir. Əslində “Atəşgah” məbədi bizə bu bölgənin zəngin neft ehtiyatlarının kəşfinədəkki vəziyyətini, onun iqtisadiyyatının və mədəniyyətinin necə dəyişdiyini göstərir.

Yanardağa gəlincə, burada 10 fut hündürlüyündə alovun şahidi olacaqsınız. Bu alov yerin dərin qatlarından qazın səthə çıxaraq alışması nəticəsində yaranır.

Təəssüf ki, bu gün Bakı böyu qaz hasil olunduğundan, Yanardağdakı alovun gücü ildən-ilə zəifləyir. Bu, Yanardağı ziyarət etməniz üçün daha bir səbəb sayıla bilər.

Altıncı gün: tekstil və alış-veriş

Bakıdasınızsa, Azərbaycan xalçaları haqda daha çox məlumat toplamağın vaxtıdır. Xəzər dənizinin sahilində gəzdikdən sonra elə burada yerləşən Xalça Muzeyinə baş çəkin. Binası bükülmüş xalçanı xatırladan muzeydə xalçalar sanki tarixi danışır, gizli mesajlar verir. Burada portretlərin, xəritələrin, peyzajların təsvir olunduğu ən müxtəlif xalçalarla tanış ola bilərsiniz.

Muzeylə tanışlığı başa vurdunuzsa, Füzuli küçəsinə yollanın. Burada çox gözəl müasir park var. Yerli əhali parkda dincəlir, kitab oxuyur, çox saylı kafelərdə çay, kofe içir, söhbət edir. Azərbaycan Dövlət Akademik Dram Teatrı da Füzuli küçəsindədir. Buradakı köhnə və yeni binalar, müxtəlif heykəllər ölkənin zəngin tarixinin göstəricisidir.

“Armani”, “Chloe”, “Pucci” və “Gucci” və s. brendlərin məhsullarını almaq istəyirsinizsə, “Emporium Port” ticarət mərkəzinə gedə bilərsiniz. Burada ağlınıza gələ biləcək istənilən brendə aid məhsul var. “Emporium Port” paytaxtın elit ticarət mərkəzidir.

Maraqlıdır ki, Bakının tarixinə və qəribəliklərinə nəzər yetirərkən, burada böyük həcmdə neft pullarının olduğunu asanlıqla unudursan. Bu şəhər pulunuzun müəyyən hissəsini xərcləməniz üçün əla istiqamətdir.    

Müəlliflə tanış olun

Ulrika Lemmin-Vulfri səyahət yazarı, bələdçi kitabının müəllifidir. Parisdə yaşayan Ulrika Lemmin-Vulfri səyahət etməyi çox sevir. Əgər o, çamadanını doldurub-boşaltmaqla məşğul deyilsə, demək, səfərdədir.

- Bakıya son dəfə nə vaxt səfər etmisiniz?

- Ötən ilin yanvarında. Oraya Zaha Hadidinin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzini görmək üçün getmişdim. Bu zaman Azərbaycan paytaxtında mədəniyyətlərin, müxtəlif memarlıq nümunələrinin və qədimliklə müasirliyin eklektik vəhdəti məni xeyli təəccübləndirmişdi.

- Ən çox nəyə təəccüblənmişdiniz?

- Şəhərdən bir qədər aralıda barmağımı palçıq vulkanının içərisinə saldım. Qayaüstü rəsmlərin olduğu Qobustana, yerin sözün əsl mənasında alovlandığı məkana da getdim. Buradakı bəzi qayaüstü rəsmlərin 40 min il yaşı var. Təsəvvür edirsiniz? Bütün bunlar məndə dərin təəssürat yaradıb.

- Səyyahlara Bakının hansı restoranını məsləhət görərdiniz?

- Heydər Əliyev Mərkəzinin yaxınlığında “Kebapçı” restoranı var. Orada çox ləzzətli toyuq kababı bişirirlər. O, süfrəyə isti təndir çörəyilə verilir. Mən bu restoranan ard-arda iki gün getdim.

- İngilisdilli şəxslər üçün şəhərdə gəzmək çətin olmur ki?

- Taksilər ucuz, insanlar isə qonaqpərvərdir. Doğrudur, dil amili çətinliklər yaradır. Lakin insanlar ingilis dilində ən pis halda bir neçə söz bilir. İngilis dilini heç bilməyən şəxslər isə öz fikrini əl-qol hərəkətlərilə başa salmağa çalışır.

- Bakıya ilk dəfə səfər edəcək şəxslərə nə məsləhət görərdiniz?

- Bir günlük bələdçi və ya sürücü tutsunlar. Belə xidmətin qiyməti 100 dollardan azdır və məncə bu, baha deyil. Qaldığınız oteldə sizin belə bələdçi tapmanıza yardım edirlər.

- 2020-ci ildə hansı ölkələrə səfər etməyi planlaşdırırsınız?

- Səudiyyə Ərəbistanına getmək, bu ölkəni öyrənmək istəyirəm. Yəni səfər üçün növbəti istiqamətim Səudiyyədir.

- Bu siyahısında ən soncu yerdə hansı istiqmət gəlir?

- Butan və Antarktida. Bu istiqamətlərə səfər ümidimi itirmişəm də deyə bilərəm.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THRILLIST

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az