07.07.2020 03:58
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Yazarın qeydləri: Fəridə Zeynalova yenidən Bakıya qayıdıb
 
02.07.2020
NATIONAL GEOGRAPHIC, Böyük Britaniya
 

  Dağlıq Qarabağ: gərginlik artır
 
01.07.2020
TasnimNews, İran
 

  Azərbaycanda COVID-19-la mübarizə aparan həkimlər haqda serial çəkəcəklər
 
01.07.2020
Sputnik, Gürcüstan
 

  Hücum! Türkiyə ilə Azərbaycanı dronlar birləşdirir
 
30.06.2020
The National Interest, ABŞ
 

  FOTO| Azərbaycan mətbəxinə gözəlləmə
 
30.06.2020
Hürriyet, Türkiyə
 

 
 
Təşəkkürlər, Can Azərbaycan!

 
 



Türkiye gazetesi, Türkiyə
04.02.2020


Müəllif: Meryem Aybike Sinan

Bir gün əvvəl çox vacib xəbər almışıq. Azərbaycanın təhsil naziri Ceyhun Bayramov mətbuata açıqlamasında bildirib ki, Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən hazırlanmış “Ortaq türk tarixi” kitabı gələn ildən Azərbaycanın bütün məktəblərində tədris olunacaq.

Ceyhun Bayramovun sözlərinə görə, hazırda eyni qurum tərəfindən “Ortaq türk ədəbiyyatı” və “Ortaq türk coğrafiyası” kitabları da yazılmaqdadır. Onların da Azərbaycanın orta məktəblərinin tədris planına daxil edilməsi nəzərdə tutulub.

Bu, bütün türk dünyası üçün çox əhəmiyyətli və vacib hadisədir. Könül istərdi ki, bu, əvvəlcə Türkiyədə baş versin. Lakin başa düşürəm ki, bizdə bitib-tükənmək bilməyən siyasi gündəm bu qəbildən olan məsələlərin aktuallıq qazanmasına imkan verməyəcək...

Bəs bu qərar niyə bu qədər vacibdir?

Millətçilik bütün dünyada yüksəlməkdə olan yeganə dəyər kimi, az qala hər şeyə öz damğasını vurmağa başlayıb. Qardaş, qohum ölkələr arasında münasibətlər gündən-günə yaxınlaşır, bu isə onları həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan gücləndirir.

Dünyada 300 milyon türkdilli insan var. Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, ŞKTC və ən son “mən də sizdənəm” deyərək bizə yaxınlaşan Macarıstanla güclənən bu böyük kütlə arasında soy birliyindən irəli gələn çox ciddi yaxınlaşma mövcuddur. Sadaladığımız bu ölkələrin hər biri bir müstəqil respublikadır! Hələ Rusiyaya aid muxtar bölgələrdən danışmırıq.

Bəs bu qədər geniş coğrafiyaya yayılmış, ortaq tarixi və mədəni irsə sahib ölkələr arasında ticarət, hərbi və sosial-mədəni əlaqələr arzulanan səviyyədədirmi? Birmənalı olaraq, yox!

Demək, hansısa maneələr, problemlər var. Belə problemlərdən biri kimi, qardaş ölkələr arasında vurğu və ləhcə fərqlərindən yaranan dil problemini göstərmək olar. Hələ də Azərbaycan türklərini “azəri”, Özbəkistan türklərini “özbək”, Qazaxıstan türklərini “qazax” adlandıran, bu adların kommunist Stalinin “bölmək, parçalamaq, qazanmaq” siyasətinin bəhrəsi olduğunu bilməyən qondarma ziyalılarla dolu mühitdə yaşayırıq!

Azərbaycanın xalq şairi, mərhum Bəxtiyar Vahabzadə onları “azəri” adlandıranlara belə cavab vermişdi:

Biz de Türk’üz, kolay gelmeyiz dize,

Az düşman dökmedik biz de denize.

“Azeriler” demek hakaret bize,

Azeri değiliz, Türk oğlu Türk’üz!

Bir sözlə, Türkiyə olaraq biz tezliklə “Ortaq tarix”, “Ortaq ədəbiyyat” və “Ortaq coğrafiya” dərsliklərini məktəblərimizə daşımalıyıq. Türk tarixi lap əvvəldən öyrənilməli, bütövlükdə, “sizin”, “mənim”, “onun” tarixi kimi ayrılmadan, yenidən yazılmalı, sabah “Türk Birliyi” quracaq gənc nəsillərə öyrədilməlidir.

Düşünürəm ki, bu məsələdə ən qabaqcıl ölkə, şübhəsiz, Can Azərbaycandır!

Bu münasibətlə, ölkə təhsilinə, mədəniyyətinə ciddi diqqət göstərən Azərbaycan prezidenti İlham Əliyevi, hörmətli Mehriban Əliyevanı təbrik edirəm. Bu gün Azərbaycanda gənc nəslin təxminən 90%-i Türkiyə türkcəsini bilir! Nəticədə Türkiyədə nəşr edilmiş kitablar artıq Azərbaycan türkcəsinə tərcümə edilmir. Çünki onlar Türkiyə türkcəsinə ən az bizim qədər hakimdirlər!

Bəs biz?

Nə siz soruşun, nə mən deyim. Biz Azərbaycan tarixini, ədəbiyyatını, coğrafiyasını, şəhərlərini və s. lazımi səviyyədə bilmirik. Azərbaycanın Bakıdan başqa neçə şəhərində olmuşuq? Gəncə, Tovuz, Şəmkir, Şəki, Yevlax, Şamaxı... Atalarımızın yadigarı olan bu gözəl şəhərlərə niyə getmirik? Niyə tətil üçün bu möhtəşəm şəhərləri ziyarət etmirik?

Bizim vətənimiz sadəcə, Ədirnədən Qarsa qədər olan coğrafiya deyil. Bizim vətənimiz Altaylardan Dunaya qədər olan bitməz-tükənməz nəhəng könül coğrafiyasıdır! Bu məqamı unutmaq və unutdurmaq olmaz!

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Türkiye gazetesi

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az