30.10.2020 11:18
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Azərbaycan Ermənistanı mülki şəxslərin qətlində günahlandırır
 
30.10.2020
Le Monde, Fransa
 

  FOTOREPORTAJ| Azərbaycanda silsilə partlayışlar, qışqırtılar və... qan
 
29.10.2020
The New York Times, ABŞ
 

  Yerevanın “ölüm ticarəti”... Erməni uşaqlar əsgərə və tabuta necə çevrilir?
 
29.10.2020
Əl-Hərir, Əlcəzair
 

  Azərbaycan şəhərinə raket zərbəsi nəticəsində 21 mülki şəxs ölüb
 
29.10.2020
BBC, Böyük Britaniya
 

  Dağlıq Qarabağ: Beynəlxalq Qızıl Xaç Komitəsinin könüllüsü qətlə yetirilib
 
29.10.2020
Le Figaro, Fransa
 

 
 
Turizm şirkətləri Bakıda oynanacaq oyunlarla bağlı “hücum”a keçib

 
 



DÜNYA, Türkiyə
08.02.2020


Müəllif: Selenay Yağcı

Futbol üzrə Türkiyə millisinin qrup matçlarına ev sahibliyi edəcək Bakıya “turizm hücumu” başlayıb. Xüsusilə Qara dəniz bölgəsindən quru yolu ilə səfərlər diqqət mərkəzində olsa da, iyun ayı üçün bəzi təyyarə reyslərinə də bilet artıq tükənib.

Furbol üzrə bu il keçiriləcək Avropa çempionatı (Avro-2020) Azərbaycan turizmi üçün dopinq olacaq. İyunda “A” qrupunun oyunlarına, iyulda isə ¼ finala ev sahibliyi edəcək Bakı xüsusilə qonşu ölkələrdən futbolu canlı izləmək istəyənlərin hədəfindədir. Türkiyə millisinin qrup oyunlarına ev sahibliyi edəcək Azərbaycan paytaxtına türkiyəli tərəfdarların gedə bilməsi üçün hazırlıqlar bitib. Oraya “Setur”, “Jolly” və “Prontotour” kimi Türkiyə şirkətləri də turlar təklif etdir.

Xüsusilə Qara dəniz bölgəsindən quru yolu ilə səfərlər diqqət mərkəzində olsa da, Azərbaycan Hava Yollarının iyunda gerçəkləşdirəcəyi İstanbul-Bakı reyslərinin biletləri artıq bitib. Avtobuslarla tur ən azı 550 dollardan, təyyarə ilə turlar isə 750 avrodan başlayır. Oyunlara hələ 4 ay qalsa da, gediş-gəliş aviabiletlərinin qiyməti 2 dəfə artıb. Qarşılaşmaların keçiriləcəyi həftələr üçün təyyarə biletinin qiyməti təxminən 2 min lirədir.

İstanbuldan Bakıya avtobusla getmək istəyən tərəfdar biletə təxminən 300 lirə ödəməlidir. Oyun günlərində Bakıda otel qiymətlərinin 5 dəfəyədək artacağı gözlənilir.

Ötən il UEFA Avropa Liqasının finalına ev sahibliyi etmiş Azərbaycana turist axını 11% artmışdı. Həmin il ölkə 3,2 milyon turisti qəbul etmişdi. Bu, türkiyəli turistlərə də aiddir – ötən il onların sayında da 8% artım olmuşdu (317 min nəfər). Bu il isə Avro-2020 sayəsində Azərbaycana gedəcək türkiyəli turist sayının 15% artacağı gözlənilir.

Bakı digər ölkələrdən biletlərin nisbətən ucuz olması ilə fərqlənir.

“Türkiyəli tərəfdarları səbirsizliklə gözləyirik”

Türkiyə ilə İtaliya milliləri arasında keçiriləcək matçın ən ucuz bileti 50 avrodursa, Bakı və Buxarestdə keçiriləcək oyunlara bilet bir qədər ucuzdur. UEFA bunu milli gəlir səviyyəsini nəzərə alaraq müəyyənləşdirib – 30 avro. Biletlər www.euro2020.affa.az saytı vasitəsilə satılır.

Qara dənizli turizm şirkətləri gediş üçün vizanın tələb olunmadığı Azərbaycanda keçiriləcək oyunlarla bağlı aktiv fəaliyyətə keçib. Rizə, Trabzon və Samsun kimi vilayətlərdəki turizm agentlikləri quru yolu ilə tur paketləri satır. Paketlərə oteldə qalmaq da daxildir. Avtobusla Azərbaycana Gürcüstandan keçərək getmək mümkündür. Gürcüstana da giriş üçün viza tələb olunmur.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Baş müşaviri Florian Zenqstşmit bu yaxınlarda Şərqi Aralıq dənizi Beynəlxalq Turizm və Səyahət Sərgisində (EMITT) iştirak etmək üçün İstanbula gəlmişdi. “Dünya”ya açıqlamasında o, Türkiyə millisinin Bakıda keçirəcəyi qarşılaşmalarla bağlı hazırlıq gördüklərini, səbirsizliklə türkiyəli tərəfdarları gözlədiklərini söyləyib.

Türkiyə millisinin Bakıda öz evindəki kimi oynayacağını deyən Zenqstşmit bildirib ki, xüsusilə türkiyəli tərəfdarların Bakıda özlərini evdə hiss etmələri üçün şəhərin bir çox yerində xüsusi hazırlıqlar görüləcək. “Girişin pulsuz olacağı fanat meydançaları qurulacaq, Ağ Şəhər bulvarında müxtəlif əyləncələr təşkil ediləcək”, - deyə o, qeyd edib.

Türkiyə yığmasının Bakıda oynayacağı iki matç arasında 4 gün olduğunu xatırladan Zenqstşmit hesab edir ki, bu, türkiyəli turistlər üçün həm də Azərbaycan paytaxtını gəzmək, görmək fürsətidir. Onun sözlərinə görə, Azərbaycandan Türkiyəyə gələn turistlərin sayı Azərbaycana gedən türkiyəli turistlərin sayından 3 dəfə çoxdur: “Bu vəziyyəti dəyişmək, türkiyəli turistlərin diqqətini cəlb etmək üçün addımlar atırıq. Türkiyə bazarının dəyişən ehtiyaclarını qarşılamaq, məhsul müxtəlifliyini inkişaf etdirmək üçün bu sahəyə investisiya yatırılır. Buraya o cümlədən, şəhər gəzintiləri, incəsənət və musiqi festivalları, dağlara xüsusi “cip” turları, üzüm bağları turları və idman həvəskarları üçün qolf daxildir“.

Qonşu ölkələr olan Rusiya ilə Gürcüstan da maraq göstərir

Avro-2020 çərçivəsində Bakıda oynanacaq matçlara Türkiyə ilə yanaşı, Rusiya və Gürcüstan kimi qonşu ölkələrdən də böyük marağın olduğunu deyən Zenqstşmit bildirib ki, futbol turniri nəticəsində Azərbaycana gələcək qonaq sayında 20% artım gözlənilir.

Avropalılar da çoxalır

Ötən il Formula 1 üzrə Azərbaycan Qran prisi, UEFA Avropa Liqasının finalı kimi yüksək profilli idman tədbirlərində ev sahibliyi etmiş Azərbaycan, əsasən Rusiya, Türkiyə, Gürcüstan və İrandan turist qəbul edir. Bununla yanaşı, ötən il Azərbaycana Birləşmiş Krallıqdan gələn turist sayında 25,3, Çindən gələnlərin sayında 62,4, Almaniyadan gələnlərin sayında 19,4% artım olub.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: DÜNYA

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az