01.06.2020 19:39
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhərlə tanışlıq
 
31.05.2020
JAHANNEWS, İran
 

  Azərbaycan müstəqilliyinin 102-ci ildönümünü qeyd edir
 
31.05.2020
Al-Bayan, BƏƏ
 

  Respublika Günü: Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü
 
31.05.2020
OSTA, Sloveniya
 

 
 
Dağlıq Qarabağ icması müharibəyə rəğmən, demokratiyaya dəstək verir

 
 



EU Today, Böyük Britaniya
10.02.2020


Müəllif: Qeri Kartrayt

Bakı şəhərinin Qaradağ rayonuna aid Lökbatan qəsəbəsinin şimal-şərqində yerləşən “Qobu Park” yaşayış kompleksində təxminən 6 min məcburi köçkün yaşayır. Onlar ölkənin cənub-qərbində yerləşən Qarabağ regionundakı doğma evlərini erməni hərbi birləşmələrinin işğalı nəticəsində tərk etməyə məcbur olublar. Onda regionda qeyri-sabitliyin hökm sürürdüyü, müharibənin qızğın vaxtı idi...

“Qobu Park” yaşayış kompleksinin sakinləri münaqişə nəticəsində məcburi köçkünə çevrilmiş 1 milyon azərbaycanlının bir qrupudur. Azərbaycanlı məcburi köçkünlər ölkə boyu ən azı 110 belə yaşayış kompleksində məskunlaşdırılıblar.

Bu il fevralın 9-da azərbaycanlı məcburi köçkünlər də digər həmvətənləri kimi, parlamentə öz nümayəndələrini seçmək üçün səs veriblər. Dünən ölkədə növbədənkənar parlament seçkisi keçirilrdi.

Məcburi köçkünlərin doğma torpaqları düşmənin işğalı altında olsa da, bu insanlar da digər Azərbaycan vətəndaşları kimi, səsverməyə gedib, parlamentdə onları təmsil edəcək, onlara dəstək verəcək nümayəndələrini seçiblər.

Beynəlxalq jurnalistlərin tərkibinə daxil olan “EU Today” saytının komandası məhz “Qobu Park” yaşayış kompleksi ərazisində keçirilən seçkini müşahidə edib. Əməkdaşlarımız orada Qarabağdan olan məcburi köçkünlərlə söhbətləşib.

Doğma torpaqlarının işğalından xeyli vaxt keçməsinə, münaqişənin həlli prosesinin “dalana dirənməsinə” baxmayaraq, məcburi köçkünlər seçkidə hədəflərini dəqiq müəyyənləşdirmişdilər: onlar öz deputatlarını seçməli idilər. Doğrudur, məcburi köçkünlər doğma evlərinə qayıdacaqlarına əmindirlər – bu və ya gələn il olmasa belə. Onlar hər an buna hazırlaşırlar.

“Mən millət vəkilindən nə istəyirəm? Buraya gəlməsini, mənimlə söhbətləşməsini, problemlərimi dinləməsini. Ondan pul istəmirəm ki. Səsimin eşidilməsini istəyirəm, doğma torpağıma qayıtmağı arzulayıram. Mənim əsas arzum Qarabağa qayıtmaqdır! 25 ildir o anı gözləyirəm!”, - deyə məcbur köçkünlərdən biri bizimlə söhbətində bildirir.

Zəngilandan olan digər məcburi köçkün əvvəllər müəllim kimi çalışıb. O, saytımıza kiçik Zəngilan şəhəri sakinlərinin müharibədə erməni hərbi birləşmələrinin mühasirəsinə düşməsindən danışıb. Ermənilər onları 3 tərəfdən əhatəyə alıbmış, cənubda isə Araz çayı. O zaman mülki əhali çayı yararaq qonşu İrana keçə bilibmiş. Bu, Qafqazın ən uzun çayı olan 1072 kilomterlik Arazın axınının eks-prezident Heydər Əliyevin əmri ilə dayandırılması sayəsində mümkün olub. Nəticədə çayda suyun səviyyəsi xeyli azalıb və beləliklə, azərbaycanlılar Azərbaycanın indiki prezidentinin atası olan Heydər Əliyevin Arazın axınının müvəqqəti dayandırılması əmri sayəsində xilas ola biliblər.

“Oktyabrın 30-na keçən gecə, yəni erməni hərbi birləşmələrinin hücumu zamanı hava soyuq idi. O zaman Ermənistana Rusiya da dəstək verirdi. Biz həmin dövrdə zəif idik. Mən müəllim işləyirdim. Tapançam belə, yox idi. Əgər Heydər Əliyev bizi xilas etməsəydi, biz də Xocalı şəhərinin əhalisinin taleyini yaşayacaqdıq (erməni hərbi birləşmələri 1992-ci il fevralın 26-da Xocalıda 600-dən çox azərbaycanlını qətlə yetirib)”, - deyə məcburi köçkün vurğulayır.

Bu arada, hazırda Ermənistan işğal altındakı Zəngilana Suriyadan olan erməni qaçqınları köçürməklə məşğuldur.

“Qobu Park” yaşayış kompleksinin sakinləri əvvəllər ya qohumlarının yanında, ya da şəraiti heç də yaxşı olmayan evlərdə yaşayırlarmış. Bu gün isə onlar hökumət tərəfindən tikilmiş müasir mənzillərdə məskunlaşıblar. Üstləik, indi burada müasir avadanlıqlarla təchiz edilmiş məktəblər, idman kompleksləri də var. Gənc məcburi köçkünlər Azərbaycan universitelərində pulsuz təhsil alır.

Bir sözlə, bu gün buradakı məcburi köçkünlər bir yerdə, təhlükəsiz şəraitdə yaşayır.

“Qobu Park” yaşayış kompleksində yaşayan məcburi köçkünlər arasında hökumətə, xüsusilə dövlət başçısına böyük inam müşahidə edirik. Müharibənin dağıdıcı fəsadlarına baxmayaraq, onların demokratik institutları bu gün qorunub-saxlanır və fəaliyyət göstərir. Onlar vətəndaşlıq öhdəliklərini yerinə yetirərək, deputat da seçirlər. Burada yaşayan məcburi köçkünlər səbirli, məğrur və ləyaqətli insanlardır. Onlar üçün bütün məsələlərdən üstün olan bir məqsəd var: bu insanlar doğma evlərinə qayıtmaq istəyir.

“Biz doğma vətənimizə qayıtmaq istəyirik. Burada rahat deyilik. Azərbaycan prezidenti İlham Əliyev bizi doğma evimizə qaytaracağına söz verib”, - deyə məcburi köçkünlərdən biri bildirir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: EU Today

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az