18.02.2020 14:23
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu əyninə çox böyükdür
 
18.02.2020
Hraparak, Ermənistan
 

  Münxendə söz dueli: qalib hansı tərəf oldu?
 
17.02.2020
The USA Tribune, ABŞ
 

  VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!
 
17.02.2020
HABER GLOBAL, Türkiyə
 

  Münxen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı
 
17.02.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyinə müraciət edib
 
16.02.2020
Seoul City, Cənubi Koreya
 

 
 
Yeni parlament Azərbaycanda struktur islahatlarının sürətlənməsinə yol açacaq

 
 



AVESTA, Tacikistan
10.02.2020


Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçki keçirilib. Bu haqda qərar parlamentin 2019-cu ilin dekabrında özünü buraxmasından sonra qəbul edilmişdi. Milli Məclis ötən il dekabrın 2-də ölkə prezidenti İlham Əliyevə səs çoxluğu ilə müraciət edərək, mövcud heyətin buraxılması və yeni seçkinin təyin olunmasını xahiş etmişdi. Parlamentin buraxılması təşəbbüsü hakim Yeni Azərbaycan Partiyasından (YAP) gəlmişdi.

Budəfəki seçki kampaniyası əvvəlkilərdən namizədlərin görünməmiş dərəcədə çox olması ilə fərqlənirdi – 125 deputat yerinə 1314 nəfər iddia edirdi. Üstəlik bu, İlham Əliyevin 2018-ci ildə yenidən prezident seçilməsindən sonra keçiriləcək ilk parlament seçkisi idi.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin nəticələrə əsasən, səsvermə günü seçici fəallığı 47,81% təşkil edib. 4823 seçki məntəqəsindən protokolların 87%-nin hesablanmasından sonra ölkə prezidenti İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın parlamentdəki 125 deputat yerindən 65-nə sahib çıxdığı bəlli olub.

Ölkə üzrə 5 milyon 212 min 902 seçici qeydiyyata alınmışdı. Səsverməyə onların 2 milyon 389 min 754 nəfəri qatılıb. Beləliklə, seçici fəallığı 44,84% təşkil edib.

Prosesə qatılmış 1314 namizəddən 246-sı 19 siyasi partiyanı təmsil edirdi. 1057 nəfər namizədliyini fərdi qaydada irəli sürmüş, 11 nəfərsə təşəbbüs qrupları tərəfindən namizəd göstərilmişdi. Namizədlərin 21%-ni qadınlar, 79%-ni kişilər təşkil edirdi.

Bütövlükdə seçki günü 125 seçki dairəsi üzrə 5 min 426 seçki məntəqəsi fəaliyyət göstərib.

Səsvermənin gedişini 883 xarici və 77 min 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 min 152 nəfəri siyasi partiyaları, beynəlxalq müşahidəçilər isə 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Müşahidəçilərin əksəriyyətinin fikrincə, parlament seçkisi şəffaf və demokratik şəraitdə keçirilib. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və digər qurumlar seçkinin uğurlu və legitim olduğunu, şəffaf və demokratik keçirildiyini bildirib.

“Seçkidə ciddi problemlər qeydə alınmayıb, yalnız kiçik pozuntular olub ki, onlar da seçki prosesinə heç bir təsir göstərməyib. ŞƏT hesab edir ki, seçki Azərbaycan qanunvericiliyinə uyğun şəkildə və bütün beynəlxalq öhdəliklərə əməl olunmaqla keçirilib”, - deyə təşkilatın müşahidə missiyası bəyan edib.

Azərbaycanda seçkiqabağı atmosfer çox ciddi idi. Müxtəlif siyasi partiya və hərəkatlardan olan, həmçinin bitərəf namizədlər arasında sərt mübarizə gedirdi. Seçkiqabağı kampaniyaya piar mütəxəssisləri, siyasi texnoloqlar, KİV və başqa sosial qruplar cəlb edilmişdi.

2018-ci il prezident seçkisindən sonra Azərbaycan hökuməti İlham Əliyevin rəhbərliyi altında bir sıra struktur islahatları həyata keçirib. Həmin ilin yazından ölkədə yuxarıdan aşağı genişmiqyaslı kadr islahatları da başlayıb. Bu, o demək idi ki, Azərbaycan dövlət idarəetməsində yeni dövrə qədəm qoyur. İndi, yüksək postlar texnokrat insanlara həvalə edilir. Ancaq qırx yaşlı menecerlər nəslinin gəlişi dövlət aparatının veteranları ilə əlaqələrin kəsilməsi demək də deyil.

Ekspertlərin fikrincə, son parlament seçkisi bir məqamı aydın şəkildə ortaya qoyub: Azərbaycan prezidenti və hökuməti 2020-ci ilin yayına qədər struktur islahatlarını davam etdirəcək, yeni addımlar atacaq. Hakimiyyətin qanunverici qanadından sonra bütövlükdə ictimai-siyasi sistemdə yeniliklərin olacağı gözlənilir.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: AVESTA

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az