18.02.2020 13:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu əyninə çox böyükdür
 
18.02.2020
Hraparak, Ermənistan
 

  Münxendə söz dueli: qalib hansı tərəf oldu?
 
17.02.2020
The USA Tribune, ABŞ
 

  VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!
 
17.02.2020
HABER GLOBAL, Türkiyə
 

  Münxen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı
 
17.02.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyinə müraciət edib
 
16.02.2020
Seoul City, Cənubi Koreya
 

 
 
Astaradan Bakıya avtobusla səyahət bələdçisi

 
 



Seratnews, İran
11.02.2020


İrandan Bakıya getməyin üç yolu var. Birinci, Tehrandan avtobusla, ikincisi, Təbrizdən Bakıya avtobusla, üçüncüsü, Astaradan Bakıya. Üçüncü variantda həm qatar, həm taksi, həm də avtobusla getmək olar. Səyahətə təbii ki, şəxsi avtomobilinizlə də çıxa bilərsiniz.

Bakı Azərbaycanın paytaxtı və ən böyük şəhəridir. O, həm də Xəzər dənizi sahilində və ümumilikdə Qafqaz bölgəsində ən böyük şəhər sayılır. Azərbaycan paytaxtı dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir ki, bu da Bakını dünyanın ən möhtəşəm şəhərlərindən birinə çevirir.

Şəhər Abşeron yarımadasının cənub sahilində, Bakı buxtasının sahilindədir. 2009-cu ilin əvvəlinə olan məlumata görə, paytaxt əhalisinin sayı 2 milyondan çoxdur. Rəsmi olaraq, Azərbaycan əhalisinin təxminən 25%-i bu meqapolisdə yaşayır.

Azərbaycan paytaxtına səyahət arzusunda olan iranlıların nəzərinə çatdıraq ki, Tehran-Bakı, Təbriz-Bakı və Astara-Bakı marşrutları üzrə avtobus biletlərinin qiyməti fərqlidir. Ən bahası əlbəttə ki, Tehran-Bakı marşrutudur. Astara-Bakı avtobusu ən ucuz variantdır.

Beləliklə, oxucularımızın Astaradan Bakıya səyahət haqda ən çox verdikləri sualların siyahısını tərtib etmişik. Məsələn, ən ucuz nəqliyyat növü, ünvana ən tez çatmağın yolu, biletlərin qiyməti və s.

Astaradan Bakıya getmək üçün ən ucuz yol avtobusla səyahətdir. Bu zaman ünvana 6 saata çatmaq mümkündür. Yox, Bakıya mümkün qədər tez çatmaq istəyirsinizsə, taksi xidmətindən istifadə edə bilərsiniz.

Astara ilə Bakıya arasında məsafə 281,5 kilometrdir. Bu yolu qatarla da qət etmək mümkündür. “Azərbaycan Dəmir Yolları” QSC Astaradan Bakıya gündə bir dəfə qatar reysi təşkil edir.

İranla Azərbaycan arasında sərhəd rayonu olan Astara olduqca gözəldir. Burada gediş-gəlişlə bağlı işilər çox yüksək səviyyədə təşkil olunub. İrandan Azərbaycana keçmək çox asandır. İran tərəfində valyuta mübadiləsi mərkəzləri, mağaza, kafe və restoranlar da fəaliyyət göstərir.

Azərbaycan tərəfdə də oxşar şərait yaradılıb. Oradan Bakıda saysız-hesabsız taksi gedir. Lakin bəziləri sərhəddən Bakya getməkçun avtobus tapmaqda çətinlik çəkir. Bunun belə olmaması üçün əvvəlcədən xüsusi turla, qeydiyyata alınaraq yola çıxmaq lazımdır.

Taksi xidmətinə gəlincə, sərhəddən Bakıya taksi 1 nəfəri 20 manata (15 dollar) aparır. Avtobusla gedişhaqqı təbii ki, daha ucuzdur.

Bakıda qalmağa gəlincə, bu şəhərdə 1600-dən çox otel var. Bu otellərdə 1 gecə qalmağın qiyməti 100 dollar civarında dəyişir.

Səyahət xülasəsi

Bir sözlə, Astaradan Bakıya səyahət çox asandır və bu səyahəti az qala, hər cür nəqliyyat vasitəsilə gerçəkləşdirmək mümkündür. Üstəlik, bu, Tehrandan Bakıya uçmaqdan qat-qat ucuz başa gəlir.

Amma artıq qeyd etdiyimiz kimi, Tehrandan Azərbaycan paytaxtına birbaşa avtobus reysləri də var. Bundan başqa, Tehrandan avtobusla Astaraya, oradansa Bakıya yollanmaq olar. Bu da son deyil. Tehrandan Rəştə qədər avtobusla, Rəştdən Astarayadək taksi ilə, Astaradan Bakıya yenə taksi ilə və s.

Beləliklə, İrandan Bakıya və geri kifayət qədər avtobus reysi var. Yol boyu avtobuslar müxtəlif restoranların yanında dayanır, bu isə sərnişinlərin rahatlığı baxımından əlverişlidir. Belə restoranlara etibar etmirsinizsə, özünüzlə qida götürə, avtobusun istirahət üçün dayandığı yerlərdə öz yeməyinizi yeyə bilərsiniz. Amma unutmayın ki, Azərbaycan mətbəxi olduqca dadlıdır və onu mütləq dadın.

Astara-Bakı marşrutu boyu ətrafı yaşıllıq olan yollarla hərəkət edirsiniz. Bu, sizə təbiətdən zövq almaq imkanı verir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Seratnews

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az