18.02.2020 14:42
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu əyninə çox böyükdür
 
18.02.2020
Hraparak, Ermənistan
 

  Münxendə söz dueli: qalib hansı tərəf oldu?
 
17.02.2020
The USA Tribune, ABŞ
 

  VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!
 
17.02.2020
HABER GLOBAL, Türkiyə
 

  Münxen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı
 
17.02.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyinə müraciət edib
 
16.02.2020
Seoul City, Cənubi Koreya
 

 
 
Azərbaycan öz parlamentini necə cavanlaşdırdı?

 
 



Komsomolskaya pravda, Rusiya
11.02.2020


Müəllif: Vladimir Demçenko

İl yarımdan sonra Rusiyada Dövlət Dumasına seçki keçiriləcək. Bəzi konspiroloqlar indidən görücülük edərək, seçkinin daha tez keçirilə biləcəyini söyləyir. Hərçənd, onlar elə buna görə konspiroloqdurlar.

Amma gec-tez bizdə də qaynar siyasi mövsüm qaçılmazdır. Həmişəki kimi, “karusel” ittihamları, namizədlərdən minlərlə imza tələbi, inadcıl gənclərin hakimiyyətə buraxılmaması ilə bağlı şikayətlər…

- Bəs qonşularımızda necədir? Doğrudanmı, onlarda da eyni şey baş verir? – deyə düşündüm və üz tutdum… Azərbaycana. Bəli, bəli. Şərq çalarları olan Avropa respublikasına – xurma və şaurma ölkəsinə. Bura da Rusiya kim Avropadır, lakin “bir çimdik” Bizans irsi də var.

Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilib. Üstəlik, hakim partiyanın təşəbbüsü ilə.

- Maraqlıdır, çox maraqlıdır, - deyə-deyə əlimi əlmə sürtürdüm ki, birdən Bakıdakı seçki məntəqələrinin birindən hamının əlinə mürəkkəb vurulduğunu gördüm. “Karusellər?”. Axı bu, bizim mlli liberal əyləncəmizdir – insanları avtobusa yığaraq, səs vermələri üçün məntəqədən-məntəqəyə daşımaq. Azərbaycanda isə bunun öhdəsindən Şərqsayağı sadə üsulla gəliblər. Burada səs vermiş insanların barmağına mürəkkəb vururlar. Bu mürəkkəb düz iki gün silinmir və hər məntəqədə vətəndaş səs verməzdən əvvəl barmağını nəzarətçiyə göstərməlidir. Təmizdirsə, buyur səs ver. Mürəkkəb varsa, “Davay do svidaniya!”. Demək, ikinci dəfə gəlmisən?!

Niyə biz də Rusiyada eynisini etməyək? Sadə və ciddi.

Bəs qeydiyyat? Ötən il bizdə gənclər bulvarlarda hay-küy salmışdı ki, “bizim namizədliyimizi qeydə almırlar! 5 min imza tələb edirlər! Hətta topladığımız imzaları belə, saymırlar. Özbaşınalıqdır!!.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası isə hər kəsə “yaşıl işıq” yandırıb – qeydiyyata alınmaq üçün cəmi 450 imza kifayətdir. Bunu isə elə qohum-əqrəbadan da toplamaq olar.

Nəticədə, Milli Məclisdəki 125 yer uğrunda 1317 namizəd mübarizə aparıb. Onların da yarıdan çoxu bitərəf. Yeri gəlmişkən, hakim partiya seçkiyə cəmi 123 namizədlə qatılmışdı.

Azərbaycanda eyni asanlıqla qanunsuz təşviqat söhbətlərini də yığışdırıblar. Bilirsiniz necə? Sadəcə, göz yummaqla. Xüsusən internetdə özün barədə nə istəsən, nə qədər istəsən yaz.

Məntəqələrə müşahidəçi yerləşdirmək istəyirsiniz? Buyurun! İstəyirsə lap səs sayanları durbinlə izləsin, istəyir videoya çəksin. Elə səslər də onların diqqətli nəzərləri altında sayılırdı.

- Yəqin ki, bundan sonra hakim partiyanın işi çətin olar, - deyə düşünürdüm. Lakin yanılmışdım. 125 yerin 69-nu, yəni yarıdan çoxunu prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası götürüb. Halbuki, bu partiyanın namizədlərinin üçdə ikisi siyasətdə yeni idilər, beşinin yaşı isə 30-dan da azdır.

Nə isə. İndi məni düşündürən odur ki, siyasi sistemin qaykalarını sıxmağa dəyərmi? Hər halda, qonşumuz bundan yayınmağa cəhd etdi və bu, onlarda alındı.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Komsomolskaya pravda

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az