07.06.2020 01:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraillə Azərbaycan uzunömürlülüyün sirrini bilir?
 
06.06.2020
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ: İran yaxınlığında uzun müddətdir davam edən münaqişə
 
05.06.2020
IRNA, İran
 

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

 
 
Azərbaycanda seçki və Bakının yeni perspektivləri

 
 



InsideOver, İtaliya
12.02.2020


Müəllif: Mauro İndelikato

Hər hansı təəccüb doğura biləcək məqama, yaxud təxribat xarakterli fakta rast gəlinməyib. Seçki gününün səhəri məlum olub ki, Azərbaycanda ölkəyə az qala müstəqillik qazandıqdan bu yana rəhbərlik edən siyasi partiya – Yeni Azərbaycan Partiyasının (YAP) hakimiyyəti davam edəcək. Partiyanın rəhbəri ölkə prezidenti İlham Əliyevdir. O, hakimiyyətə 2003-cü ildə o zamankı dövlət başçısı olan atası Heydər Əliyevin dünyasını dəyişməsindən sonra gəlib.

Azərbaycanda qanunvericiliklə bağlı müzakirələr olduqca mühüm siyasi əhəmiyyət daşımağa başlamışdı. Çünki onlar prezident İlham Əliyev tərəfindən 2019-cu il ərzində həyata keçirilən islahatların pik dövrünə təsadüf edirdi.

Seçkilərin nəticələri

Bu Qafqaz ölkəsində parlament seçkisi qanunvericiliklə nəzərdə tutulduğundan bir neçə ay əvvəl keçirilib. 2019-cu ilin sonunda parlament özünü buraxmaq haqda qərar qəbul edib və onun qərarı ölkə başçısı tərəfindən təsdiqlənib. Lakin nəticə etibarilə, yeni parlamentin tərkibinin əvvəlkindən çox fərqləndiyini demək olmaz. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən elan olunmuş ilkin nəticələrə görə, Milli Məclisdəki 125 yerin təxminən 70-nə hakim Yeni Azərbaycan Partiyası sahib çıxıb. Bu, əvvəlki parlamentdəkindən o qədər də fərqlənmir. Bununla yanaşı, YAP parlamentdə səslərin 50%-dən çoxuna sahib çıxmasa belə, ölkənin siyasi arenasında hökmranlıq etmək gücündə olan yeganə siyasi qüvvədir.

Yeni parlamentə xeyli müstəqil namizədlər də düşüb. Onların hakim partiyanın qərarlarına dəstək verməsi mümkündür. Digər siyasi partiyalar isə seçkidə çox cüzi səs toplayıb. Bununla yanaşı, bəzi siyasi partiyalar seçkini boykot edərək, ona qatılmayıb.

Azərbaycanın çətinlikləri

2000-ci illərdə Azərbaycan iqtisadiyyatı xüsusi inkişaf mərhələsi keçib. Bu, qonşu Gürcüstanda və digər bölgələrdə baş verən inqilabların Azərbaycandan yan keçməsini təmin edib. Bu inkişaf fonunda öz sektorunda aparıcı mövqeyə malik Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avropada belə, idman tədbirlərinə sponsorluq etməyə başlayıb. Beləliklə, neft və qaz satışından əldə olunan gəlir ölkədə həm iqtisadi, həm də siyasi sabitliyi təmin edib. Paytaxt Bakıda Formula 1 üzrə Avropa Qran prisi kimi böyük tədbirlərin təşkili isə dünya ictimaiyyətinin müasir Azərbaycanı tanımasına yardım edib.

Lakin Bakının öhdəsindən gəlməli olduğu bəzi çətinliklər hələ də qalmaqdadır. Buna əsas misal kimi, Dağlıq Qarabağ münaqişəsini və 2016-cı ildə baş vermiş qlobal iqtisadi böhranın nəticələrini göstərmək olar.

Prezident İlham Əliyev məhz mövcud problemləri aradan qaldırmaq məqsədilə 2019-cu ildə bir sıra islahatlar həyata keçirib. Parlamentin buraxılması bu islahatların piki hesab oluna bilər. Bundan başqa, Nazirlər Kabinetində də ciddi dəyişikliklərə gedilib – bəzi nazirliklər ləğv olunub, bəzilərinin bir sıra şöbələri digərlərinə birləşdirilib və s. Bəzi məmurlar isə “yaşları keçdiyi üçün” vəzifədən kənarlaşdırılıblar. Prezidentin apardığı bu islahatlarda məqsəd yaranmış durğunluğun aradan qaldırılmasıdır. O, parlamentin buraxılması qərarını da yenilənmiş qanunverici orqanın islahatlar planının sürətləndirilməsinə təkan verəcəyilə əsaslandırıb.

Qısası, hökumətin planlarını həyata keçirməsi üçün atılan bu addımların ölkənin siyasi və iqtisadi inkişafına töhfə verəcəyi gözlənilir.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: InsideOver

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az