18.02.2020 13:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu əyninə çox böyükdür
 
18.02.2020
Hraparak, Ermənistan
 

  Münxendə söz dueli: qalib hansı tərəf oldu?
 
17.02.2020
The USA Tribune, ABŞ
 

  VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!
 
17.02.2020
HABER GLOBAL, Türkiyə
 

  Münxen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı
 
17.02.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyinə müraciət edib
 
16.02.2020
Seoul City, Cənubi Koreya
 

 
 
Yenilənən Azərbaycan

 
 



Kommersant, Rusiya
13.02.2020


Müəllif: Sergey Markedonov

Ekspert çevrələrində Azərbaycanla bağlı belə bir ortaq fikir var: bu ölkədə seçkilərin sonu məlumdur, çünki respublika elitası liderin ətrafında sıx birləşib, siyasi müxalifət parçalanıb, onun başçıları isə tək hakimiyyətə qarşı deyil, həm bir-birinə qarşı mübarizə aparır. Buna baxmayaraq, Azərbaycan parlamentinə fevralın 9-da keçirilmiş parlament seçkisinə diqqət böyük idi.

İstənilən postsovet ölkəsində xarici siyasi amillərin daxili proseslərə təsiri əhəmiyyətlidir. Lakin Azərbaycan istisnadır. İstər Rusiya, istər ABŞ və ya Avropa, istərsə də İran və Türkiyə həm ayrı-ayrılıqda, həm də birlikdə Azərbaycanın siyasi baxımdan sabit, dünyəvi hakimiyyətilə əməkdaşlığa maraq göstərir. Moskva üçün vacib olan odur ki, oradan “rəngli inqilab” küləkləri əsmir, radikal cihadçıların simasında ortaq düşmən isə iki ölkəni birləşdirir.

Qərbə gəlincə, o, Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi qəbul edir və istisna deyil ki, müəyyən şəraitdə Bakı hətta Avropaya karbohidrogen tədarükü məsələsində Rusiyanın dominantlığına alternativ belə, ola bilər.

Türkiyə, İran və Yaxın Şərqdəki digər tərəfdaşlar isə Azərbaycanın simasında umub-küsməyə meylli olmayan, öhdəlilərini yerinə yetirməyə hazır praqmatik oyunçu görür.

Bu mənada, onlar üçün seçkinin əhəmiyyəti böyükdürmü? Başa çatmış seçki kampaniyası kəskin siyasi fərqi dəyişdimi? İlk baxışdan yox. Milli Məclisin (bir palatalı parlament) buraxılması ideyası hakim Yeni Azərbaycan Partiyasına (YAP) məxsus idi. Növbədənkənar səsvermə nəticəsində yeni parlamentdə çoxluğu da YAP qazandı. Demək, “strateji yüksəkliklər” hakimiyyətin əlində qalmaqdadır. Bununla yanaşı, ətraflı təhlil bir neçə vacib məqamı üzə çıxarır ki, onlara da diqqət yetirmək yerinə düşər.

Seçki marafonu faktiki olaraq, hakim komandanın vahid yenilənmə strategiyasının tərkib hissəsi idi. Bu yenilənməyə hələ 2018-ci ildə keçirilmiş prezident seçkisindən sonra start verilib. Həmin seçkidən sonra vaxtilə indiki prezident İlham Əliyevin atası Heydər Əlyevin ətrafında birləşmiş ağır çəkili siyasi fiqurlarından biri, baş nazir Artur Rəsizadə istefaya getmişdi. 2019-cu ildə isə siyasi olimpi Ramiz Mehdiyev, Əli Həsənov və Novruz Məmmədov tərk ediblər. “Boz kardinal”, “hakimiyyətin ideoloqu” adlandırılan bu məmurları gənc texnokratlar əvəzləyib. Onlar Azərbaycan SSR-lə “böyük addımlarla” irəliləməyiblər. Onlar siyasətçi kimi müstəqil ölkədə yetişmiş, dünya arenasındakı komplementarizm qaydalarına və Bakıya məxsus “suveren demokratiya” normalarına uyğun oynamağı öyrənmiş insanlardır. 2020-ci ilin fevralından isə onlara YAP-ın parlamentdəki yenilənmiş fraksiyası dəstək verəcək.

Bu arada, digər partiyalar birlikdə parlamentdə cəmi 10 yer, aparıcı siyasi qüvvələrdən sayılan “Respublikaçı Alternativ” isə cəmi 1 yer qazansa da, ən azı formal olaraq Milli Məclisdəki onillik opponent qıtlığına son qoyulub!

Bəs baş verənlərdən istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda hansı əsas nəticəni çıxarmaq olar? Nəticə ondan ibarətdir ki, mövcud hakimiyyət əvvəlki kimi, siyasi təşəbbüsü əlində saxlayır. O, oyunu özünün məsləhət bildiyi ssenari əsasında quraraq, xarici müdaxilə və kütləvi təlatümlərdənsə, yuxarıdan idarə olunan kadr inqilabına üstünlük verir.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Kommersant

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az