01.06.2020 20:54
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhərlə tanışlıq
 
31.05.2020
JAHANNEWS, İran
 

  Azərbaycan müstəqilliyinin 102-ci ildönümünü qeyd edir
 
31.05.2020
Al-Bayan, BƏƏ
 

  Respublika Günü: Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü
 
31.05.2020
OSTA, Sloveniya
 

 
 
Dağlıq Qarabağ ətrafı rayonlar azad ediləcəkmi: qeyri-müəyyənlik

 
 



ANAJ, İran
13.02.2020


Ermənistan mediası bundan sonra Azərbaycanla aparılan sülh danışıqlarının detallarının gizli saxlanacağını yazır. Azərbaycanda bəzi dairələr bunu ermənilərin işğal altındakı rayonları azad etməyə hazırlaşmaları kimi şərh edir.

Dağlıq Qarabağ ətrafında işğal edilmiş 7 rayondan 5-nin Azərbaycana qaytarılması təşəbbüsü bir neçə il əvvəl irəli sürülüb. Ermənistan və Azərbaycan prezidentlərinin 2016-cı ildə baş tutmuş görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə zonasında status-kvonun dəyişməsinin vacibliyini bəyan etmişdilər. Status-kvonun dəyişməsi dedikdə, ilk addım kimi, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərin tədricən azad olunması, yəni münaqişənin mərhələli şəkildə həlli nəzərdə tutulurdu.

Lakin müəyyən müddət keçdikdən sonra Azərbaycanda bəzi siyasətçilər bu ideyanın vaxt uzatmaqçün ortaya atıldığını düşünməyə başlamışdı. Onlar hesab edirdilər ki, əslində, Ermənistan işğal etdiyi əraziləri Azərbaycana qaytarmaq fikrində deyil. Amma son aylarda mövzu yenidən gündəmə gəlib. Hətta bəzi məlumatlara görə, Yerevan işğal olunmuş ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması üçün “DQR” rəhbərliyinə təzyiq belə, göstərir. Azərbaycanlı ekspertlər bu haqda deyilənləri fərqli şərh edir.

Bu mənada, “DQR”in “milli təhlükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyanın yerli KİV-ə açıqlaması kifayət qədər maraqlıdır. “Paşinyanın Xankəndiyə son səfəri zamanı söylədiklərinədək, onunla heç bir problemimiz yox idi”, - deyə o, bildirib. Məlumata görə, Paşinyan Xankəndidə “Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün bu ərazilərin bir hissəsini Azərbaycana verməliyik” deyib.

Bu açıqlamadan sonra Balasanyan sərt tənqid atəşinə tutulub. Bəzi dairələr isə Paşinyanın ümumiyyətlə, belə söz söyləmədiyini deyir. Amma görünən odur ki, Paşinyan hökuməti işğal olunmuş rayonlardan bəzilərinin geri qaytarılmasının əleyhinə deyil.

Məsələ Azərbaycan mediasının da gündəmini zəbt edib. Maraqlıdır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşünün ardından, bundan sonra iki ölkə arasındakı danışıqların mövzusunun gizli saxlanacağı bəyan olunub.

Azərbaycanlı siyasi ekspert Qabil Hüseynli “Teleqraf” saytına açıqlamasında bildirib ki, danışıqlar mövzusunun gizli saxlanılması barədə qərar Yerevanın rasional danışıqlar aparmağa hazır olmamasının və Ermənistan ictimaiyyətinin hökumətə təzyiqinin nəticəsidir. “Ermənistan hökuməti cəmiyyətdən qorxduğu üçün Qarabağla bağlı xəbərlərin yayılmasını istəmir”, - deyə o, qeyd edib.

Bu arada, azərbaycanlı siyasi ekspertlər Tehranın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyinin aydın olduğunu düşünürlər. İran problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib.

Moskvaya gəlincə, məlumata görə, o, ilkin mərhələdə 5 rayonun işğaldan azad olunmasına tərəfdardır. Lakin Rusiya həmin ərazilərə öz sülhməramlı qüvvələrini yerləşdirmək istəyir. Görünən odur ki, buna Azərbaycanla yanaşı, Qərb də etiraz edir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az