07.07.2020 02:30
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Yazarın qeydləri: Fəridə Zeynalova yenidən Bakıya qayıdıb
 
02.07.2020
NATIONAL GEOGRAPHIC, Böyük Britaniya
 

  Dağlıq Qarabağ: gərginlik artır
 
01.07.2020
TasnimNews, İran
 

  Azərbaycanda COVID-19-la mübarizə aparan həkimlər haqda serial çəkəcəklər
 
01.07.2020
Sputnik, Gürcüstan
 

  Hücum! Türkiyə ilə Azərbaycanı dronlar birləşdirir
 
30.06.2020
The National Interest, ABŞ
 

  FOTO| Azərbaycan mətbəxinə gözəlləmə
 
30.06.2020
Hürriyet, Türkiyə
 

 
 
VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!

 
 



HABER GLOBAL, Türkiyə
17.02.2020


Münxen Təhlükəsizlik Konfransı tarixi görüşə ev sahibliyi edib. Azərbaycan prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ mövzusunda diskussiya aparıblar. Paşinyan tarixi təhrif edərək Xocalı soyqırımını inkar etsə də, İlham Əliyev faktları xatırlatmaqla, ona şillə kimi cavablar verib.

Bir tərəfdə İlham Əliyev, qarşısında Nikol Paşinyan. Azərbaycan və Ermənistan liderləri tarixdə ilk dəfə açıq ictimai müzakirə aparıblar. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutmuş tarixi görüşdə erməni işğalı altında olan Dağlıq Qarabağla bağlı həllini gözləyən problem müzakirə olunub.

İlham Əliyev: “Hər ikimiz buraya həqiqəti demək üçün gəlmişik”

Əliyev Paşinyanı yalnız səbrilə deyil, təcrübəsilə, ifadə qabiliyyətilə də kölgədə qoyub. Erməni baş nazir arqumentlərini ifadə edərkən nəinki tez-tez özü-özünü inkar edib, hətta dili belə, “dolaşıb”.

Paşinyan: “Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın... yox, üzr istəyirəm, Ermənistanın tərkibində olmasına qərar vermişdi”.

İlham Əliyev isə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirib. Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını xatırladan Əliyev tarixə və hüquqa istinad edib: “Münaqişənin həllindən danışmaq üçün öncə geri qayıtmalı, məsələnin tarixinə baxmalıyıq. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu tarixi həqiqət beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkəmizin ayrılmaz tərkib hissəsidir”.

Nikol Paşinyan isə tarixi təhrif edib, Mustafa Kamal Atatürkün belə, ünvanına ittiham səsləndirib: “Bu qərar Stalinin şəxsi təşəbbüsü ilə Moskvada dəyişdirilib. Beləliklə, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına qərar verilib. Bu, bir nov Stalin, Lenin və Atatürkün gizli sövdələşməsi idi”.

Paşinyan Xocalı soyqırımını da inkar edib, üstəlik, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun sözlərini təhrif edib. Onun sözlərinə görə, guya Mütəllibov Xocada təxribatın azərbaycanlılar tərəfindən törədildiyini söyləyib. Paşinyan bu zaman hansısa Rusiya qəzetinə istinad edib.

İlham Əliyevin buna da cavabı dəqiq və sərt olub: “Ermənilərin Xocalıda törətdiklərinə bəraət qazandırmaq cəhdinə də aydınlıq gətirmək istərdim. Prezident Ayaz Mütəllibovun səhhəti tam qaydasındadır və o, Bakıda yaşayır. Ola bilsin ki, Ermənistan tərəfi bunu bilmir. O, Xocalı soyqırımının azərbaycanlılar tərəfindən təşkil edildiyi fikrini işlətmədiyini dəfələrlə təkrarlayıb. Bu, saxta xəbərdir və Rusiyadakı bəzi erməni jurnalistlər tərəfindən uydurulub. Xocalıda soyqırımı törədənlərin adları hər kəsə məlumdur. Onlar yerli ermənilər, eyni zamanda, Ermənistandan və diaspordan olan ermənilər idi”.

Əliyev qarşı tərəfə sual da ünvanlayıb: “Əgər Dağlıq Qarabağ qədim zamanlardan Ermənistana məxsusdursa, onun paytaxtının adı niyə ermənicə yox, azərbaycancadır? Sual olunur, əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxt qədim erməni adı ilə adlandırılmayıb? Paytaxtın qədim adı Xankəndidir – Xanın kəndi. Bəs Stepanakert? Şaumyanın adı Stepan idi, “kert” isə ermənicə şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə bağlıdır. Bu, bir daha sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur”.

Əliyevlə Paşinyan Dağlıq Qarabağ probleminin həlli yolları haqda da danışıblar. Əliyev BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edərək, Ermənistanın hərbçilərini işğal etdiyi bütün torpaqlardan dərhal çıxarmalı olduğunu deyib: “Düşünürəm ki, Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirməsi üçün Ermənistana daha çox beynəlxalq təzyiq göstərilməlidir. Çünki BMT Təhlükəsizlik Şurasından ali beynəlxalq orqan yoxdur. Onlar 4 qətnamə qəbul edib. Həmin qətnamələrdə nə deyilir? Erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Üstəlik, təkcə Dağlıq Qarabağ işğal edilməyib. Onun ətrafındakı 7 rayon da işğal olunub”.

Paşinyan bu deyilənlər qarşısında faktları yenidən təhrif edib. Dağlıq Qarabağda erməni əsgərlərinin olmadığını iddia edən baş nazir tezliklə hətta öz oğlunun belə, Dağlıq Qarabağda xidmət apardığını söyləyib: “Mənim oğlum hərbi xidməti Dağlıq Qarabağda keçir. Lakin oraya könüllü gedib”.

İlham Əliyev Azərbaycanın danışıqlara sadiq olduğunu da söyləyib. Onun sözlərinə görə, problemin həlli üçün ilk şərt erməni işgalı altında olan ərazilərin azad edilməsidir. Azərbaycanın çoxdinli, coxmillətli ölkə olduğunu vurğulayan Əliyev bildirib ki, “torpaqlarımızı geri aldıqdan sonra Dağlıq Qarabağdakı ermənilər də orada bərabər huquqlarla yaşamağa davam edəcək”.

 

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HABER GLOBAL

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az