06.04.2020 04:44
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
Münxen debatı: Paşinyanın bilik səviyyəsi qaneedici deyil

 
 



Tert.am, Ermənistan
21.02.2020


Müəllif: Hakob Aslanyan

Bu cür formatda ilk görüşə yüksək səviyyədə hazırlaşmaq gərək idi. Lakin gördük ki, bir çox sahədə baş nazir Nikol Paşinyanın bilik səviyyəsi qaneedici deyil.

Bunu “Tert.am”a politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Manuk Sukiasyan Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi mövzusunda baş tutmuş panel-diskussiyanı şərh edərkən bildirib.

“İlham Əliyev həmişə olduğu kimi, yenə öz tezislərini səsləndirdi. Bununla əslində o, Paşinyana da eyni şeyi etmək şansı vermişdi. Münxen Təhlükəsizlik Konfransı kimi önəmli platformada vasitəçilik missiyası həyata keçirən beynəlxalq güc mərkəzlərinin də daxil olduğu beynəlxalq ictimaiyyətə münaqişənin həllilə bağlı Yerevanın mövqeyini çatdırmaq çox yaxşı olardı”, - deyə politoloq qeyd edib.

Manuk Sukiasyan hesab edir ki, Paşinyanın bunun əvəzində, beynəlxalq ictimaiyyətdən Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair çağırışlar gözləməsi böyük səhv idi: “Nikol Paşinyanın bu bəyanatı çox yersiz və qeyri-effektiv idi. Beynəlxalq ictimaiyyət onsuz da tərəfləri dəfələrlə məsələni sülh yolu ilə həll etməyə çağırıb. Baş nazir deməli idi ki, əgər beynəlxalq ictimaiyyət cəbhə bölgəsində qan tökülməsinin qarşısını almaq istəyirsə, onda atəşkəsi pozan, hərbi əməliyyatlara başlayan tərəfin böyük itkiyə məruz qala biləcəyini elan etməlidir. Təbii ki, erməni tərəfinin hücuma keçmək fikri yoxdur”.

Politoloqun fikrincə, Paşinyan münaqişənin sülh yolu ilə nizamlanmasına dair çağırışlar etməklə yanaşı, beynəlxalq ictimaiyyətdən münaqişə zonasındakı silahlı insidentlərin araşdırılması mexanizminin tətbiqini də tələb etməlidir.

“Narahatlıq doğuran məqamlardan biri isə ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Anjey Kasprşikin, həmçinin ABŞ-ın Azərbaycandakı səfirinin Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrilə keçirdiyi son görüşlərdir”, - deyə Sukiasyan qeyd edib: “Bütün bunlar Azərbaycanın iddialarının təmin olunması məqsədi güdür. Erməni tərəfinin baş verənləri susqunluqla qarşılaması isə göstərir ki, hakimiyyətin Qarabağ münaqişəsilə bağlı konkret ideoloji planı yoxdur. Fikrimcə, belə görüşlərə daha dərindən yanaşmaq, operativ reaksiya vermək lazımdır. Nikol Paşinyan isə buna imkan verən güclü, ciddi siyasi komandaya malik deyil. İlyarımdır ki, onun siyasi məsələlər üzrə müşaviri belə, yoxdur. Görüşlərdən, danışıqlardan öncə Paşinyana kimin nə məsləhət verdiyi bəlli deyil”.

Sukiasyan hesab edir ki, Zöhrab Mnatsakanyanın Ermənistanın xarici işlər naziri təyin edilməsi biabırçı səhvdir.

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Tert.am

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az