06.04.2020 04:29
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
Bakının ən yaxşı alış-veriş mərkəzləri

 
 



ISNA, İran
25.02.2020


Bakı müxtəlif ölkələrdən çox sayda turistin üz tutduğu əsl turistik şəhərdir. Bu mənada, onun alış-veriş mərkəzlərilə tanışlıq hər bir turist üçün əhəmiyyətlidir.

ISNA xəbər verir ki, Bakıda saysız-hesabsız ticarət mərkəzi fəaliyyət göstərir. Onların əksəriyyətində məşhur markalara rast gəlmək mümkündür.

Bakı bir qədər bahalı şəhərdir. Odur ki, Azərbaycan paytaxtından suvenir almaq istəyirsinizsə, onun sizə bəzi şəhərlərdə olduğundan baha başa gələcəyini bilməlisiniz. Məsələn, Bakıda suvenirlər Gürcüstanda, Türkiyədə olduğundan bahadır.

Nizami küçəsi

Əslində alış-veriş səyahətin ən cazibədar hissələrindən biridir. Bakıya səyahət zamanı suvenir almaq eşqinə düşsəniz, Nizami küçəsi ən uyğun yerdir. Odur ki, bu küçəni gəzməyi unutmayın. Çoxsaylı alış-veriş mərkəzlərinin, brend mağazalarının yer aldığı bu küçə həm də paytaxtın ən gözəl küçələrindəndir. Onun adı Nyu-Yorkun, Parisin dəbdəbəli küçələrilə yanaşı çəkilir. Bəzən ona “Bakının Şanzelize prospekti” belə, deyilir.

“Sədərək” Ticarət Mərkəzi

Bakıdakı “Sədərək” Ticarət Kompleksi iranlı turistlər üçün ən uyğun ticarət mərkəzlərindən biri hesab olunur. Burada satılan məhsulların demək olar ki, hamısı xaricdən gətirilir. Lakin “Sədərək”də qiymətlər daha sərfəlidir. Bura pərakəndə satışla yanaşı, həm də ən böyük topdansatış mərkəzlərindəndir.

Beləliklə, keyfiyyətli xarici mal axtaran səyahətçi üçün “Sədərək” Ticarət Mərkəzi yaxşı seçim ola bilər.

“AF Center”

Bakının ən gözəl alış-veriş mərkəzlərindən biri 28 May küçəsində yerləşən “AF Center Baku” ticarət mərkəzidir. Mərkəz metro stansiyasının yaxınlığında yerləşdiyindən, oraya getmək çox asandır. Şəhərin istənilən nöqtəsindən bu mərkəzə rahatlıqla çata bilərsiniz.

Ticarət mərkəzinin sahəsi 16 min kvadrat metrdir. Burada dünyaca məşhur markalara aid məhsullara rast gəlinir. Zövqlü insanlar üçün bu mərkəz ideal alış-veriş məkanıdır.

“Aygün City”

“Aygün City” alış-veriş mərkəzi də münasib qiymətlərilə tanınır. Əgər istəyiniz məhz münasib qiymətlərdirsə, bura ən optimal seçimlərdəndir. Onun fərqli cəhətlərindən biri isə gecə saat 01:00-dək işləməsidir. Burada əyləncə məkanları da fəaliyyət göstərir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ISNA

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az