06.04.2020 03:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
İtaliya-Azərbaycan biznes forumu: geosiyasət və ticari əlaqələr

 
 



EUROPEAN AFFAIRS, İtaliya
26.02.2020


Müəllif: Culyano Bifolki

Azərbaycan prezidenti İlham Əliyevin Romaya səfəri çərçivəsində təşkil olunmuş İtaliya-Azərbaycan biznes forumunda iki ölkə arasındakı ticari tərəfdaşlıqdan söz açılıb.

Prezident İlham Əliyev və İtaliyanın xarici işlər naziri Luici di Mayonun iştirak etdikləri tədbirdə tərəflər nəqliyyat, turizm, kənd təsərrüfatı və qida, su təchizatı və alternativ enerji istehsalı kimi sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi niyyətini dilə gətirib.

1991-ci ildə Sovet İttifaqının dağılması ilə müstəqillik qazanmış Azərbaycan Respublikası bu gün həm beynəlxalq geosiyasi arenada, həm də qlobal enerji bazarında əhəmiyyətli rola malikdir. Qafqaz regionunda yerləşən, Avropa ilə Asiya arasında körpü sayılan Azərbaycan keçmiş sovet respublikaları arasında özünün neft və təbii qaz ehtiyatları ilə fərqlənir. Onun bu ehtiyatlarına xarici şirkətlər, həmçinin Avropa İttifaqı hər zaman diqqət göstərib. Aİ Azərbaycanı öz enerji təhlükəsizliyinin təminində əsas amillərdən sayır. Xəzər dənizində yerləşən yalnız “Şahdəniz” qaz yatağı onun Avropa miqyasında böyük geosiyasi dəyər olduğunu söyləmək üçün kifayətdir. Məhz bu yataqdan hasil olunan qaz Transadriatik qaz kəməri (TAP) vasitəsilə İtaliyaya nəql olunacaq.

Azərbaycanın bizim üçün enerji sektorundakı əhəmiyyətini göstərən daha bir fakt isə son 7 ildə onun İtaliyanın əsas neft tədarükçüsü olmasıdır.

Roma ilə Bakı arasında diplomatik və iqtisadi-ticari əlaqələr olduqca güclüdür. İnanırıq ki, Azərbaycan prezidentinin İtaliyaya səfəri çərçivəsində imzalanmış yeni sazişlər hesabına bu əlaqələr daha da inkişaf edəcək və daha çoxşaxəli xarakter alacaq. Statistik rəqəmlərə nəzər saldıqda görürük ki, iki ölkə arasında qarşılıqlı mübadilə həcmi davamlı şəkildə artır. 2018-ci ildə o, 5,8 milyard avro təşkil edib. Bu, Azərbaycanın İtaliyanın əsas ticari tərəfdaşları arasında olduğunu bir daha təsdiqləyir.

İ.Əliyev biznes forumdakı çıxışında İtaliyanı ölkəsinin Avropadakı əsas strateji tərəfdaşı adlandırıb. O, hesab edir ki, iki ölkə arasında nəqliyyat, turizm, kənd təsərrüfatı və qida, su mənbələri və su-günəş enerjisi kimi sahələrdə əməkdaşlığı inkişaf etdirmək mümkündür.

İtaliya-Azərbaycan əlaqələrində aparıcı sahələrdən biri də turizmdir. Son illərdə Formula 1 üzrə Qran pri yarışı, UEFA Avropa Liqasının finalı kimi Avropa və dünya miqyaslı tədbirlərə ev sahibliyi etmiş Azərbaycana İtaliyadan turist axını xeyli artıb.

Xarici işlər naziri Di Mayo isə diqqəti İtaliya ilə Azərbaycanın Aralıq dənizinə körpü olmasına yönəldib. Bununla yanaşı, o, Azərbaycanın Avrasiyada “təbii körpü” olduğunu da söyləyib. Nazir deyib ki, bu amil də Azərbaycanla ticari əlaqələrə öz təsirini göstərir. Di Mayonun sözlərinə görə, İtaliya şirkətləri əməkdaşlıq üçün yeni, perspektivli sahələr axtarışındadır və onlar Azərbaycan iqtisadiyyatına sərmayə yatırmaqda maraqlıdır.

Beləliklə, Azərbaycan prezidentinin İtaliyaya səfəri, həmçinin bu səfər çərçivəsində keçirilmiş biznes forumda iki mühim məqam gündəmdə olub: iqtisadiyyatın şaxələndirilməsi və strateji tərəfdaşlıq. İtaliya ilə Azərbaycanın bu istiqamətdə birgə addımlaması mümkündür. Roma Azərbaycanın iqtisadiyyatı şaxələndirmək planına dəstək ola bilər. Bakının iqtisadiyyatı şaxələndirmək istəyində əsas məqsəd neft və qazdan asılılığın azaldılmasıdır.

Digər tərəfdən, bu iki ölkə öz coğrafi mövqelərilə də beynəlxalq arenada ciddi mövqeyə malikdir. Bu, onların arasında strateji tərəfdaşlığa yol açan daha bir amildir. Hər iki ölkə istər təbii sərvətləri, istərsə də insan resursları ilə zəngindir. Bunlardan səmərəli istifadə etməklə, beynəlxalq proseslərə təsir etmək mümkündür.

Bir sözlə, körpü, logistika mərkəzi roluna malik İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq hər iki ölkəyə böyük fayda qazandıra bilər. Bu isə öz növbəsində, Avropada əməkdaşlığa öz töhfəsini verəcək.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: EUROPEAN AFFAIRS

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az