06.04.2020 04:40
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
Şirvanşahlar sarayı ilə tanışlıq

 
 



ISNA, İran
29.02.2020


Azərbaycan paytaxtı Bakıda turistlərin diqqətini cəlb edən vacib tarixi məkanlarından biri də Şirvanşahlar sarayıdır.

ISNA xəbər verir ki, Şirvanşahlar sarayı Bakının XV əsrə aid ən görkəmli tarixi abidələrindəndir. Azərbaycanda mədəni irsin qorunmasına məsul olan dövlət qurumları bu tarixi abidənin qorunub saxlanması üçün böyük işlər görür.

Bu gün Bakıda Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, Xalça Muzeyi və s. kimi çoxsaylı müasir tikililərə rast gəlmək mümkündür. Bununla yanaşı, şəhər öz qədimiliyini də qoruyub saxlayır. Bu da onu daha möhtəşəm, özünəməxsus, turistlərin maraq göstərdiyi istiqamətlərdən birinə çevirir.

Şirvanşahlar sarayı

Təxminən 500 illik tarixi olan Şirvanşahlar sarayı 1538-ci ilə aiddir. O, dövrünün mühüm abidələrindəndir. Əslində, bu saray Şamaxı bölgəsində baş vermiş zəlzələdən sonra buradakı dövlətin paytaxtının Bakıya köçürülməsilə, hökumət binası kimi tikilib. Üstəlik, əvvəlcə o, elə də böyük olmayıb. Zaman keçdikcə, Şirvanşahlar sülaləsinin burada tam yerləşməsilə saray genişləndirilib və böyüyüb.

Bu gün Şirvanşahlar sarayı Bakının İçərişəhər adlanan ərazisində yerləşir. O, ziyarətçilərin üzünə açıqdır. Yeri gəlmişkən, Bakıya səyahət edən hər kəs İçərişəhərə baş çəkməyi turun ayrılmaz hissəsi sayır. Bu məkan hər bir turistdə unudulmaz, dərin təəssürat yaradır. Məsələ ondadır ki, saysız-hesabsız müasir tikilisi olan Bakıda İçərişəhər insanlar üçün tam fərqli mənzərə açır.

Saraya təxminən 50 otaq, 2 məscid və 1 hamam daxildir. Padşah ailəsinin məzarları da buradadır. İki mərtəbəli saray kifayət qədər böyükdür. Onun ikinci mərtəbəsi tamamilə padşahın ailəsinin məxsus olub. Alt mərtəbədə qulluqçular yaşayıb.

Tarix boyu baş vermiş müharibələr Şirvanşahlar sarayına da zərərsiz ötüşməyib. Saray xəzinəsinin çox hissəsi Bakının Rusiya ilə, osmanlılarla apardığı müharibələr zamanı talan edilib. İndi, burada çox az sayda əşya var. Sarayın bəzi hissələri isə sonradan bərpa edilib. Məsələn, padşahın şəxsi otağında restavrasiya işləri görülüb. Lakin Şirvanşahlar padşahının məhz burada yaşadığı bu gün də hiss olunur.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ISNA

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az