06.04.2020 03:39
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
Bakıda Novruz ab-havası

 
 



ISNA, İran
05.03.2020


İranın şimal qonşusu Azərbaycanın paytaxtı Bakı həm Biləsuvar, həm də Astara sərhəddinə yaxındır.

ISNA xəbər verir ki, İranla həmsərhəd olan Azərbaycanda, o cümlədən paytaxt Bakıda bir çox adət-ənənə iranlıların adət-ənənələrinə çox bənzəyir. Belə “müştərək” adət-ənənələrdən biri də Novruz bayramı, bu bayrama xas tədbirlərdir. Bu üzdən Novruz bayramını Bakıda keçirmək iranlılar arasında çox populyardır.

Hər il çox sayda iranlı Novruz tətilə bağlı müxtəlif səyahət planı qurur. Bu zaman səyahətə hansı marşrutla yollanılacağı təbii ki, əsas məsələlərdən biridir. Müxtəlif turizm şirkətləri Novruz günlərində Bakıya hava və quru yolu ilə turlar təklif edir. Belə turlar həm Tehrandan birbaşa, həm də İran-Azərbaycan sərhəddindən təşkil olunur.

Novruzda Bakı

Bakı Qafqaz bölgəsinin ən soyuq bölgələrindən biridir. Burada qış ayları qarlı, şaxtalı keçir. Lakin baharın gəlişilə soyuq kütlənin intensivliyi azalır və nəticədə Novruz səfərləri xoş keçir. Beləliklə, Xəzər dənizi sahilində yerləşən Bakı Novruz səfəri üçün ən yaxşı seçimlərdəndir. Həmin günlərdə Bakı bulvarında maraqlı və əyləncəli Novruz şənlikləri keçirilir, gözəl atəşfəşanlıq olur.

Azərbaycan xalqının Novruz adətləri

Azərbaycanın, o cümlədən paytaxt Bakının qonaqpərvər, istiqanlı insanları biz iranlılar kimi, Novruzu öz qədim adət-ənənələrindən sayır. Bu ölkədə hər il Novruzun gəlişi təntənəli şəkildə qeyd olunur. Biz iranlılar kimi, onlar da çərşənbə axşamını qeyd edir, bu günlərdə evləri təmizləyir, küçə və məhəllələrdə şənliklər təşkil edir, beləliklə, Novruza hazırlaşır. Bəlkə də Bakıya səfərin populyar olmasının əsas səbəblərindən biri məhz Azərbaycan xalqının Novruz proqramıdır. Bir sözlə, Novruz şənliklərini əldən vermək istəməyən turistlər üçün Bakı turu ən yaxşı seçim ola bilər.

Bakının əsas turistik yerləri

Bakı olduqca gözəl bir şəhərdir. Bununla yanaşı, orada müasirliklə tarix bir aradadır. Bu, istənilən zövqə malik turisti cəlb edə bilir.

Bakının qədim hissəsindən danışırıqsa, tarixi məkanları ilə zəngin İçərişəhəri qeyd etməliyik. İçərişəhər əslində, qədim Bakının əsas hissəsini təşkil edib. Şəhər böyüdükcə o, konkret bir guşə şəklində qalıb.

Lakin Bakının tarixi hissəsi ilə yanaşı, müasir, Avropasayağı hissəsi də hər bir turistin diqqətini cəlb edir. Üç alov görüntüsü bəxş edən “Alov qüllələri” kimi çox gözəl konstruksiyalar, müxtəlif markalara aid mağazaların olduğu müasir, heyrətamiz Nizami küçəsi, çox unikal görünüşə və memarlığa malik Heydər Əliyev Mərkəzi və s. Bakının müasir hissəsini təşkil edir. Onların hər birinin öz gözəlliyi var. Üstəlik, sadalanan məkanlar artıq bütün dünyada tanınır.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ISNA

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az