06.04.2020 04:31
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
Xocalı qətliamından sağ çıxmış şəxslər adından təşəkkür!

 
 



JEWISH JOURNAL, ABŞ
05.03.2020


Müəllif: Dürdanə Ağayeva

Ən qədim yəhudi təşkilatlarından olan Amerika-İsrail İctimai Əlaqələr Komitəsi ötən həftə “Twitter”də belə paylaşım etmişdi: “Biz bu həftə 1992-ci ildə baş vermiş Xocalı qətliamı qurbanlarının xatirəsini yad edir, qətlə yetirilmiş 613 insan, onların qohumları və Azərbaycan xalqı haqda düşünürük. Qoy qurbanlar hər zaman xeyir-dua ilə xatırlansın”.

Xocalı Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən kiçik şəhərdir. Mən orada anadan olmuş və 20 il orada yaşamışam. Xocalı əsrlər boyu mənim nəslimin doğma evi olub. Lakin şəhər 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistanın hücumu nəticəsində evlərimiz yandırılıb, şəhərimiz darmadağın olunub.

Həmin dəhşətli, şaxtalı gecədə mən, anam, qardaşlarım, bacılarım və minlərlə Xocalı sakini işğalçı qüvvələrdən qaçmağa çalışırdıq. Bizi hər tərəfdən atəşə tutmuşdular. Bir qədər sonra qardaşım Elşadla mən ailə üzvlərimizdən ayrı düşdük və erməni əsgərləri tərəfindən girov götürüldük...

Bizi işgəncə düşərgəsinə apardılar. Orada çox qəddarlıqla qarşılaşdıq. Ən müxtəlif təhqirlərə məruz qalırdıq. Günlər sanki bitmirdi. Sonda bizi siqaret və benzinə dəyişərək, Azərbaycana qaytardılar.

Sırf xoşbəxtlik nəticəsində sağ qalmışdım. Həmin gecə 300 körpə, uşaq, qadın, yaşlı daxil olmaqla, 613 günahsız azərbaycanlı mülki vətəndaş qətlə yetirilmişdi. “Human Rights Watch” Xocalıda baş verənləri əbəs yerə Ermənistan-Azərbaycan müharibəsi zamanı törədilmiş “ən dəhşətli qətliam” adlandırmayıb.

Xocalı qətliamı zamanı girov gütürülmüş 1275 nəfərdən 150-nin taleyi indiyədək məlum deyil. Bundan başqa, həmin qətliam zamanı 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərinin birini itirib.

BMT, Avropa İnsan Hüquqları Məhkəməsi, həmçinin 10 ölkə, ABŞ-ın 23 ştatı Xocalı qətliamını pisləyən qətnamələr qəbul edib. Ermənistan isə törədilmiş cinayətə görə məsuliyyəti hələ də üzərinə götürmür, üstəlik, qətliamı törətmiş şəxslər hələ də azadlıqdadır.

Amerika-İsrail İctimai Əlaqələr Komitəsi bu dəhşətli faciə və ədatləsizliklə bağlı Azərbaycan xalqı ilə həmrəy olduğunu nümayiş etdirib. Dəhşətli Xocalı qətliamından sağ çıxmış şəxs kimi, bu davranışına görə yəhudi təşkilatına təşəkkür edirəm. Bundan başqa, Simon Vinzental Mərkəzi kimi digər yəhudi təşkilatlarına da dəstəyə görə minnətdaram. Yeri gəlmişkən, hələ 2017-ci ildə Simon Vinzental Mərkəzinin Tolerantlıq Muzeyində “Zülmətdən qaçarkən” filmi nümayiş etdirilmişdi. Amerika Sefardlar Federasiyası, həmçinin İllinois Holokost Muzeyi və Təhsil Mərkəzi də son bir neçə ildə Xocalı qətliamına həsr edilmiş tədbirlər keçirib.

Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri əsrlərdir bir-birini qəbul edir. Ölkəmizdə müxtəlif etnik və dini icmalar ta qədimdən sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində yaşayır – müsəlmanlar, yəhudilər, katoliklər, protestantlar, provaslavlar, zərdüştlər, bəhailər, krişnaitlər və s.

Şəxsən mən yəhudilərin Azərbaycanda heç vaxt antisemitizmlə qarşılaşmadığı üçün qürur duyuram. Bu gün ölkəmizdə 30 min yəhudi yaşayır. Azərbaycanda onların sinaqoqlarıda var, məktəbləri dər. Azərbaycanda yəhudi icması azad şəkildə ibadət edir, gündən-günə çiçəklənir.

Azərbaycanlılarla yəhudilər arasında tarixi dostluq əlaqələri İsraillə Azərbaycan arasında münasibətlərə də töhfə verir. Bu gün iki ölkə arasındakı əlaqələr dünyanın müxtəlif dövlətlərinə nümunə ola bilər. Azərbaycanla İsrail arasındakı münasibətlər müsəlmanlarla yəhudilər arasında dayanıqlı sülhün və qarşılıqlı hörmətin mümkünlüyünə nümunədir.

Təşəkkür edirəm!

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JEWISH JOURNAL

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az