06.04.2020 03:12
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
Ermənilərin Xocalı soyqırımı haqda saxta iddialarına cavab

 
 



Moderndiplomacy, Aİ
06.03.2020


Müəllif: Fuad Çıraqov

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı hələ də beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını gözləyir. Təəssüf ki, bəziləri həmin hadisələrlə bağlı faktları inkar edir, saxta iddialar səsləndirir. Bununla onlar cinayətin məsuliyyətindən boyun qaçırmağa çalışır. Bu isə ilk növbədə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş uşaqların, qadınların, yaşlıların ruhuna hörmətsizlikdir.

Bu məqalədə David Davidyanın Xocalı soyqırımı ilə bağlı saxta iddialarına cavab verəcəyəm. Doğrudur, Dağlıq Qarabağ münaqişəsilə yaxından tanış olan ekspertlər bu müəllifin məqaləsində əhəmiyyətli dəlillər tapa bilməyəcək. Onun təkrarladığı saxta iddialar çoxdan təkzib olunub və onlar hətta kiçik tənqidə belə, tab gətirə bilməz.

Hər halda, Davidyan öz iddialarına belə başlayır... Guya Dağlıq Qarabağ Azərbaycana İosif Stalin tərəfindən “verilib”. Bu, erməni rəhbərliyinin ən sevimli və yorulmadan təkrar etdiyi iddiadır. Əslində, onlar bununla tarixi təhrif edir, bu mövzuda detalları bilməyən şəxsləri yanıltmağa çalışır. Ermənilər iddia edir ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycan ərazisi olmayıb və ona Stalinin qərarı ilə “verilib”. Onlar məhz “verilib” felindən istifadə edirlər. Halbuki, regionun bolşevik rəhbərlərinin qərarında “verilib” kəlməsindən istifadə olunmur. Həmin dövrün tarixi sənədlərində “saxlanılsın” sözündən istifadə edilib. Həmin sənədlərə görə, Dağlıq Qarabağ regionu Azərbaycanın tərkibində saxlanılıb. Bundan başqa, tarixi sənədlərdə göstərilir ki, Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Orconikidze 1920-ci ildə Stalin və Çiçerinə göndərdiyi ilk teleqramlarda Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasını təklif edib.

İkincisi, Davidyan iddia edir ki, guya Azərbaycan Xocalıdan erməni tərəfinin mövqelərini atəşə tuturdu. Bu fikirlərin də heç bir əsası yoxdu. Həmin dövrdə beynəlxalq təşkilatların nümayəndələri və ya xarici jurnalistlər Xocalıdada ağır silahların, artilleriyanın və ya başqa hərbi qurğuların olduğu haqda heç bir məlumat verməyib. Bir sözlə, ermənilərin mövqelərinin buradan atəşə tutulması ilə bağlı heç bir məlumatlara rast gəlinmir.  

1990-cı illərin əvvəllərində Azərbaycanda daxili siyasət vəziyyət çox qeyri-sabit idi. Paytaxtda müxtəlif qruplar hakimiyyət uğrunda mübarizə aparırdı. Odur ki, yerlərdə hərbi əməliyyatların planlaşdırılması üçün nə imkan var idi, nə də mərkəzdən idarə edilən hərbi komandanlıq.

Əslində, beynəlxalq müşahidəçilər və jurnalistlərin məlumatlarında deyilirdi ki, bir neçə aydır mühasirədə olan Xocalıya hərbi yardım göstərilmir, şəhər əhalisi buranı tərk etmək imkanına belə, malik deyil. O günlərdə yerli əhalini yüngül silahlarla silahlanmış könüllü hərbi birləşmələr müdafiə etməyə çalışırdı. Yaxşı təlim görmüş və silahlanmış hərbi birləşmələr isə onların öhdəsindən asanlıqla gəlirdi.

Odur ki, Xocalının mülki əhalisini “neytrallaşdırılması labüd olan hədəf” kimi təqdim etmək qeyri-insani, heç bir əxlaq normalarına sığmayan, sinik yanaşmadır. Müəllif bununla cinayətə bəraət qazandırmağa çalışır. Digər tərəfdən, Davidyan Xocalıya hücum zamanı ruslara məxsus 366-cı motoatıcı alayın hər hansı bir hərbçisinin öldürüldüyü haqda da dəlil və ya etibarlı mənbə göstərmir. Təəssüf ki, qeyd olunan məqalədə 366-cı motoatıcı alayın adının çəkilməsilə, müəllif erməni hərbçilərini deyil, rus hərbçilərini ittiham etməyə çalışır.  

Üçüncüsü, Davidyanın iddialarına əsasən, erməni hərbi birləşmələri Xocalıya hücumdan əvvəl yerli əhalini məlumatlandırıbmış. Amma o, bununla bağlı da dəlil və ya güclü mənbə göstərmir. Bundan başqa, erməni müəllifin fikrincə, guya erməni hərbi birləşmələri Xocalı sakinlərinin şəhəri tərk etməsi üçün dəhliz yaradıbmış. Lakin mülki əhalinin məhz bu dəhlizdə öldürüldüyünü göstərən güclü dəlillər yoxdu.

Və Ermənistanın eks-prezidenti Serj Sarqsyan jurnalist Tomas de Vaala illər əvvəl verdiyi müsahibə dedikləri: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat edə bilərlər. Düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bunu [stereotipi] qıra bildik. Bu da nəticə”.

Yeri gəlmişkən, amerikalıların belə, terrorçu hesab etdiyi komandir Monte Melkonyanın qardaşı Markar Melkonyan öz memuarlarında erməni hərbi birləşmələrinin mülki əhaliyə hücum etmək niyyətinin olduğunu təsdiqləyib. Əslində, Ermənistanın sabiq dövlət başçısının etirafları imkan verir ki, Xocalıda baş verənlər yalnız insanlığa qarşı cinayət deyil, həm də beynəlxalq hüquq normalarında təsbit olunmuş soyqırım kimi qiymətləndirilsin.

Davidyan məqaləsində Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun guya “Nezavisimaya qazeta”ya verdiyi müsahibədən sitat gətirir. Müəllif iddia edir ki, A.Müttəllibov müsahibəsində Xocalıda baş verənlərin azərbaycanlı siyasətçilər, daha doğrusu Xalq Cəbhəsi tərəfindən təşkil edildiyini bildirib. Amma Azərbaycanın keçmiş prezidenti belə müsahibə vermədiyini dəfələrlə təkrarlayıb. A.Mütəllibov deyir ki, erməni millətçiləri onun fikirlərini beynəlxalq arenada çaşqınlıq yaratmaq məqsədilə təhrif edib. O, “Regnum” agentliyinə açıqlamasında deyib: “Xalq Cəbhəsinin Xocalının işğalına yardım göstərdiyi haqda iddialar yalandır. Mən demişdim ki, Xalq Cəbhəsi bundan istifadə edərək hakimiyyətə gəlib”.

Maraqlıdır ki, erməni müəllif azərbaycanlı jurnalist, erməni snayperi tərəfindən öldürülmüş Çingiz Mustafayevin ölümü ilə bağlı belə, konspiroloji fərziyyələri irəli sürür. Mustafayev təmas xəttində döyüş səhnələrini çəkən zaman həyatını itirib. Erməni müəllifsə iddia edir ki, guya Ç.Mustafayevin ölümü “müəmmalı şəraitdə” baş verib. Yeri gəlmişkən, həmin jurnalist azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş barbarlığı da lentə almışdı və həmin kadrlardan sonra baş verənləri inkar etmək mümkün deyil.

Erməni müəllif Çingiz Mustafayevin qardaşı Vahid Mustafayevin rəhbərlik etdiyi ANS telekanalının bağlanmasını kanalda 2017-ci ildə Xocalı ilə bağlı videonun nümayişi ilə əlaqələndirir. Halbuki, ANS 2017-ci ildə deyil, 2016-cı ildə bağlanıb və səbəb də başqa olub.

Çingiz Mustafayevin Xocalı ilə bağlı lentə aldığı səhnələrdə ilk öncə, qətlə yetirilmiş mülki şəxslərin bədənlərinin eybəcər hala salınmadığı görünür. Daha sonra çəkilmiş videoda isə azərbaycanlı əsgərlərin ətrafına səpələmiş cəsədlərin eybəcər hala salındığı görünür. Əlbəttə ki, erməni müəllifin bununla bağlı iddiaları həqiqətə uyğun deyil. Bunun sadə izahı var. Azərbaycanlı əsgərlərin cəsədlərlə dolu helikopterlə bölgəni tərk etməsindən sonra erməni əsgərləri həmin yerə qayıdaraq, cəsədləri bu hala salıb. Onlar komandirlərinə daha çox insan öldürdüklərini sübut etmək, bununla da daha çox mükafat almaq üçün cəsədlərin müxtəlif əzalarını kəsərək, özlərilə aparıblar.

Digər tərəfdən, Davidyan qələmə aldığı məqalədə Xocalı soyqırımı ilə bağlı fotoların, faktların həqiqət olduğunu şübhə altına alır. Amma bu dəhşətli hadisənin baş verdiyi yerdə təkcə azərbaycanlı jurnalistlər olmayıb. O zaman həmin əraziyə aparıcı beynəlxalq media orqanlarının əməkdaşları da baş çəkmiş, gördükləri haqda dünyaya məlumat vermişdi. Məsələn, bu gün sənədli filmlər ərsəyə gətirən, 1992-ci ildə isə “Röyters” agentliyinin Moskva bürosunun fotoqrafı olmuş Frederika Lenqen. O, bu dəhşətli səhnələrin fotosunu çəkib.  

Erməni müəllif məqalənin sonunda ermənilərin məskunlaşdığı Marağa kəndi haqda da iddialar irəli sürüb. Guya azərbaycanlılar burada yaşayan ermənilərə qarşı barbarlıq edib. Amma Davidyan bununla bağlı da dəlil göstərmir. Əslində, o, bununla ermənilərin Xocalıda törətdiklərinə bəraət qazandırmağa çalışır. Halbuki, ermənilərin Xocalı soyqırımı ilə bağlı bütün iddiaları nüfuzlu “Human Rights Watch” təşkilatı tərəfindən də təkzib olunub. Məsələn, təşkilatın icraçı direoktoru Holli Kartner 1997-ci il martın 24-də Ermənistanın Xarici İşlər Nazirliyinə ünvanladığı məktubda mülki əhalinin qətlinə görə birbaşa erməni qüvvələrinin məsuliyyət daşıdığını qeyd etmişdi. O, guya Azərbaycan qüvvələrinin əhalinin şəhərdən çıxmasına mane olduğu, insanları atəşə tutduğu haqda iddiaları rədd edir.

Ümumiyyətlə, məqalənin əvvəllində qeyd etdiyim kimi, Davidyanın iddiaları yüngül tənqidə belə, davam gətirə bilməz. Erməni müəllifin fikirləri məntiqi cəhətdən də bir-birinə ziddir. Odur ki, ciddi eskpertlər bu iddiaların həqiqət olduğuna heç vaxt inana bilməz.

Hər halda, bu məqalə ilə aydın olur ki, ermənilər növbəti sui-qəsd ssenariləri qurmaqla Xocalı soyqırımını inkar etməyə, özlərinə bəraət qazandırmağa, məsuliyyətdən yayınmağa çalışır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Moderndiplomacy

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az