06.04.2020 03:58
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
Xocalıya əbədi ağı

 
 



Əl-Dustur, İordaniya
08.03.2020


Müəllif: Akademik Mərvan Sudah

Əziz Azərbaycan və qardaş Azərbaycan xalqı Xocalı şəhərində baş vermiş faciəni hər gün yad edir. Bu faciə insanlığa qarşı törədilmiş ən vəhşi soyqırımlardan hesab olunur. Tarix boyu belə vəhşiliyi yalnız nasistlər və onların ətrafında olanlar törədib. 

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri cənab Rasim Rzayevin müəllifi olduğu, “Əl-Dustur” qəzetində dərc edilmiş “Xocalı ağısı” adlı məqaləsi sanki qocalı-cavanlı, qadınlı-kişili bütün azərbaycanlıların göz yaşı ilə yazılıb. Şəhərlərdə, kəndlərdə, rayonlarda insanlar bir araya gəlir, Ermənistan ordusu tərəfindən şəhid edilmiş əzizlərinin, yaxınlarının xatirəsini ürək acısı ilə yad edir. Təcavüzkar Ermənistan tərəfindən törədilmiş bu hadisə vəhşicəsinə həyata keçirilmiş soyqırımıdır. Həmin gün günahsız azərbaycanlıların – qədim mədəniyyətilə Asiyaya, ümumiyyətlə dünya tarixinə töhfələr vermiş xalqın qanı axıdılıb.

Bu soyqırım sivil dünyanın gözü qarşısında törədilib. Həmin gün süngü ilə hamilə qadınların qarnını deşmiş, sinələrini kəsərək ürəklərini çıxarmış qatilləri təəssüf ki, dünya mühakimə etməyə tələsmir. Dünya silahsız, günahsız insanların qətlinə cavab olaraq, yalnız BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrilə kifayətlənib. Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb olunur, qonşusuna qarşı təcavüzkarlıq etmiş Ermənistanın bu əməli pislənir.

Xocalı ağısı azərbaycanlıların yeni nəsillərinin, həmçinin dünyanın yaddaşında, hisslərində əbədi qalacaq. Onlar kürəyə zərbənin nə olduğunu yaxşı bilir. Bu üzdən də yəqin ki, Ermənistan dövlətinə, onun sivillik iddialarına inana bilmir və bilməyəcək.

Ermənistanın hərbi xuntrası, silahlı dəstələri Xocalıda cinayətin törədilməsinə 1992-ci il fevralın 25-dən başlaymışdı. Həmin gün onlar dünyaya qatillərin ibtidai insan kimi olduğunu nümayiş etdirirdilər. İbtidai insanlar da başqalarının yemək-içməyini əlindən almaq üçün onu öldürürdü…

İƏT-in baş katibi dr. Yusuf bin Əhməd əl-Əsimeyn fevralın sonunda verdiyi bəyanatda vurğulayır ki, Xocalı qətliamı Ermənistanın Azərbaycan torpaqlarını qanunsuz işğalının bir hissəsidir. O, hələ 2013-cü ildə Qahirədə keçirilmiş 12-ci İslam Sammitinin Yekun Bəyanatında bildirib ki, azərbaycanlılara qarşı törədilmiş əməllər müharibə cinayəti, insanlığa qarşı cinayət, soyqırımıdır.

Bundan başqa, Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Ermənistanın bu cinayətinə, Azərbaycana qarşı təcavüzünə, onun torpaqlarının 20%-ni işğal etməsinə, Qarabağın ilhaqına cavab olaraq, aydın şəkildə bildirir ki, Xocalıda baş verənlər müharibə cinayətlərinə, bəşəriyyətə qarşı cinayətə bərabərdir. Ermənistan Azərbaycan ərazilərini işğal etməklə, milyona yaxın insanın torpağından, evindən, şəhərindən didərgin düşməsinə səbəb olub Xocalıda onlar 613 Azərbaycan vətəndaşını, o cümlədən 106 qadın, 70 qoca, 63 uşağı qətlə yetiriblər. Bundan başqa, 1275 azərbaycanlı girov götürülüb və onların 150-nin taleyi hələ də məlum deyil. Soyqırımı nəticəsində 8 ailə tam məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Ermənistan işğalı nəticəsində Azərbaycan dövlətinə vurulmuş zərərin dəyəri 200 milyon dollara bərabərdir.

Beləcə, Xocalı ağısı davam edir…

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Dustur

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az