07.06.2020 00:29
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraillə Azərbaycan uzunömürlülüyün sirrini bilir?
 
06.06.2020
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ: İran yaxınlığında uzun müddətdir davam edən münaqişə
 
05.06.2020
IRNA, İran
 

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

 
 
Berdiməhəmmədov Avropaya qaz ixrac etmək istəyir

 
 



FARS, İran
13.03.2020


“Fars” İnformasiya Agentliyi  xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana gözlənilməz səfər edib.

Türkmənistan prezidenti Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb. Maraqlıdır ki, ölkənin Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları səfərlə bağlı əvvəlcədən heç bir məlumat yaymayıb. Halbuki, dövlət başçılarının rəsmi səfərləri haqda xəbər və səfər proqramı adətən əvvəldən dövlət mediasında yayılır.

Berdiməhəmmədovun Azərbaycana səfərindən bir neçə gün əvvəl regional KİV-də ABŞ Dövlət Departamentinin “Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verdiyi xəbəri yayılıb. Mətbuatın məlumatına görə, bu haqda Dövlət Departamentinin Enerji ehtiyatları bürosunun enerji diplomatiyası üzrə mütəxəssisi Natan Rayx danışıb. ““Cənub Qaz Dəhlizi” layihəsində digər ölkələr də iştirak edə bilər” deyən Rayx fikrini belə davam etdirib: “Əgər Azərbaycan, Orta Asiya və İraqda qaz ixracı üçün mənbələr olsaydı, bu enerji Avropa bazarlarına çıxarılacaqdı”.

Qeyd olunan qaz mənbələrindən biri məhz Türkmənistandır. Aşqabad Transxəzər qaz kəməri layihəsinin reallaşdırılmasına, bununla da Avropaya qaz ixracına başlamağa çalışır.

Doğrudur, Türkmənistan və Azərbaycan prezidentlərinin Berdiməhəmmədovun Bakı səfəri çərçivəsində imzaladıqları sənədlər arasında Transxəzər layihəsilə bağlı sənəd yoxdur. Lakin dövlət KİV-i hər iki ölkə liderinin qaz ixracı, enerji ixracı yollarının şaxələndirilməsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu yazır. Guman ki, bağlı qapılar arxasında aparılmış danışıqlarda Azərbaycanla Türkmənistanın “Cənub Qaz Dəhlizi” layihəsində əməkdaşlıq imkanları, Transxəzər qaz kəmərinin tikintisilə bağlı məsələlər də müzakirə olunub.

Transxəzər qaz xətti layihəsinin reallaşdırılması yalnız beş Xəzəryanı dövlətin dəstəyilə mümkündür. Əliyevlə Berdiməhəmmədovun bu məsələdə hansısa razılığa gəlib-gəlmədikləri açıqlanmır.

Türkmənistan hökuməti ölkənin iqtisadi problemlərini həll etmək üçün yeni gəlirə ehtiyac duyur. Hazırda ölkə ümumi maliyyə böhranı ilə yanaşı, karonavirus təhdidi ilə də qarşı-qarşıyadır. Bu gün Türkmənistanın yeganə qaz alıcısı Çindir. Karonavirusla əlaqədar Çinin daxili bazarında qaza tələbat azalıb və nəticədə Aşqabadın “mavi yanacaq” ixracı azalıb.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: FARS

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az