15.07.2020 02:53
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan nə üçün toqquşdular?
 
14.07.2020
İzvestiya, Rusiya
 

  Paşinyan müxalifətlə mübarizə aparmaq üçün cəbhəyə “od vurub”
 
14.07.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik nə ilə nəticələnə bilər?
 
14.07.2020
Vzqlyad, Rusiya
 

  Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma: ölənlər var
 
13.07.2020
Le Figaro, Fransa
 

  Azərbaycan COVID-19 ilə mübarizəni gücləndirir
 
13.07.2020
TRT Avaz, Türkiyə
 

 
 
“Sülhlə inkişaf anlayışını bölüşən Britaniya ilə Azərbaycanın çox ümumi dəyərləri var”

 
 



PoliticsHome, Böyük Britaniya
17.03.2020


Müəllif: Bob Bləkman (Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü)

Demokratiyanın və demokratik azadlıqların təşviqi Böyük Britaniyanın xarici siyasətinin əsasını təşkil edir. Hesab edirik ki, açıq, sabit və çiçəklənən cəmiyyətlər demokratik institutlar və hesabat verən hökumətlər sayəsində inkişaf edir. Londonun demokratik dəyərlərə dəstəyini Böyük Britaniyanın sabiq xarici işlər naziri də ifadə etmişdi. Onun sözlərinə görə, Britaniyanın beynəlxalq tərəfdaşları ilə münasibətləri demokratik dəyərlərə, hüququn aliliyi, hakimiyyət bölgüsü, fərdi və siyasi hüquqlara hörmət və azad ticarətə inam prinsiplərinə əsaslanır.

Sabiq nazir hesab edir ki, bu dəyərləri bölüşən ölkələr arasında gözə görünməz zəncir qurulmalı, güclü əlaqələr yaradılmalıdır: “Bu əlaqələri lazım olduğu qədər güclü, dayanıqlı etmək lazımdır. Çünki yeni dövlətlər ayağa qalxır, dünya düzəninə meydan oxuyurlar”.

Londonun Avropa İttifaqını (Aİ) tərk etməklə bağlı 2016-cı ildəki qərarından sonra bəziləri Britaniyanın Azərbaycan kimi ölkələrlə əlaqələrinin inkişafına şübhə ilə yanaşmağa başlamışdı. Amma onlar müstəqil dövlətlər kimi, daha sıx əlaqələr quracaqlarını nümayiş etdirirlər.

Britaniyalıların 1918-ci ildən başlayaraq, tarixin müxtəlif dövrlərində Azərbaycanla sıx əlaqələri olub. Böyük Britaniya imperiyası onunla hələ 1918-ci ildə əlaqə qurmuşdu. Yeri gəlmişkən, “British Petroleum” (BP) Xəzər dənizinin neftinə hələ 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə çıxış əldə edib. Britaniya şirkəti bu gün də Azərbaycanın ən güclü tərəfdaşıdır. BP bu ölkədə təhsil və biznes sahəsində çox sayda layihəni maliyyələşdirib.

Bakı ilə London arasında iqtisadi əməkdaşlığın əsasını enerji sənayesi təşkil edir. Böyük Britaniya bu gün Azərbaycandakı ən böyük xarici investordur. BP şirkəti onun “Şahdəniz” qaz yatağının işlənməsinin ikinci mərhələsi kimi layihələrdə, neft və qaz yataqlarının tədqiqində fəal iştirak edir.

Hesab edirəm ki, hökumətimiz Bakı ilə müxtəliflik, multikulturalizm və bərabərlik mövzularında da müzakirələri davam etdirməlidir. Azərbaycan “Azlıqlara hörmət proqramı” çərçivəsində sinaqoqların və digər dinlərə mənsub ibadət məkanlarının 24 saat ərzində azad fəaliyyətini təmin edir. Belə müzakirələr onun bu işinə töhfə olardı.

Əminəm ki, əsl dostlar sülhlə, inkişafla bağlı eyni dəyərləri bölüşür. Britaniya ilə Azərbaycan da milli maraqlarla bağlı ümumi dəyərlərə malikdir və bu, kifayət qədər aydın nəzərə çarpmaqdadır. Odur ki, iki ölkənin daha sıx əməkdaşlıq edəcəyinə, əməkdaşlıqda yeni səhifə açacağına ümid edirəm. Bu, xüsusilə, təhsil və beynəlxalq ticarət sahəsilə ilə bağlı olmalıdır. Bu gün Böyük Britaniyanın ən yaxşı universitetlərində çox sayda azərbaycanlı tələbə təhsil alır. Bundan başqa, bu gün beynəlxalq ticarət sahəsində müzakirələr ən vacib məsələlərdəndir.

Bu yaxınlarda Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkisini müşahidə etmək üçün oraya yollanmışdım. Müşahidələrimə əsasən deyə bilərəm ki, 1991-ci ildə müstəqillik qazanmış Azərbaycan bu gün gənc demokratiyadır. Azərbaycan vətəndaşları seçkidə fəal iştirak edir. Növbəti seçkilərdə seçici fəallığının daha da artacağına, Böyük Britaniyadakı səviyyəyə qalxacağına ümid edirəm.

Gördüyüm o oldu ki, Azərbaycanda seçki mürəkkəb demokratiya quruculuğunun bir hissəsidir. Bu prosesdə əsas mövzu şəffaflıq və saxtakarlıq olur. Azərbaycanın bu problemləri necə həll etdiyini gördüm və bu, məni sözün yaxşı mənasında təəccübləndirdi. Orada seçicilərin barmağına görünməyən mürəkkəb vurulur. Bununla da bir nəfərin təkrar səs verməsinin qarşısı alınır. Bu üsula həqiqətən heyran oldum. Düşünürəm ki, növbəti seçkilərdə Böyük Britaniyada da bu üsuldan istifadə oluna bilər.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: PoliticsHome

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az