15.07.2020 03:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan nə üçün toqquşdular?
 
14.07.2020
İzvestiya, Rusiya
 

  Paşinyan müxalifətlə mübarizə aparmaq üçün cəbhəyə “od vurub”
 
14.07.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik nə ilə nəticələnə bilər?
 
14.07.2020
Vzqlyad, Rusiya
 

  Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma: ölənlər var
 
13.07.2020
Le Figaro, Fransa
 

  Azərbaycan COVID-19 ilə mübarizəni gücləndirir
 
13.07.2020
TRT Avaz, Türkiyə
 

 
 
Koronovirusla mübarizə İsrail-Azərbaycan əlaqələrində yeni mərhələ ola bilərmi?

 
 



The Jewish Voice, ABŞ
18.03.2020


Müəllif: Mayan Hoffman

Bu gün koronovirusla mübarizə çərçivəsində ölkələr arasında sərhədlər bağlanır, vətəndaşlara evdən çıxmamaqla bağlı çağırışlar edilir. Nəticədə ölkələr arasındakı normal əlaqələr getdikcə kəsilir.

Martın 9-dan İsraildə də bütün ölkə boyu 14 günlük karantin elan edilib. Əslində, İsrail müharibələr üzündən qonşularından onsuz da təcrid olunub. Güman ki, bu tədbirlər yaxın gələcəkdə ölkə iqtisadiyyatına da böyük zərbə vuracaq. Bütün bunların fonunda İsrailin qeyri-ənənəvi, lakin vacib müttəfiqi koronovirusla mübarizədə onun əsas, strateji tərəfdaşına çevrilə bilər...

Söhbət Azərbaycandan gedir. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan bu günlərdə Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin konfransında nazir səviyyəsində təmsil olunmuşdu. O, bu addımla tarixə düşüb.

“Azərbaycanın İsraillə əlaqələri neft alqı-satqısı ilə məhdudlaşmır. Biz müdafiə sahəsində, həmçinin texnologiyalar sahəsində əməkdaşlığımızı genişləndirməkdə maraqlıyıq”, - deyə Azərbaycanın maliyə naziri Samir Şərifov həmin konfransda bildirmişdi.

Şərifov toplantıda Azərbaycanın birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın tədbir iştirakçılarına məktubunu da oxumuşdu: “Əslən yəhudi olan, bu gün ABŞ və İsraildə yaşayan keçmiş həmvətənlərimizin Azərbaycanla sıx münasibətləri qoruyub-saxlaması, bu ölkələrlə əlaqələrimizin güclənməsinə töhfə verməsi sevindirici haldır. Onlara minnətdarıq”.

Bu gün insanlar, ölkələr arasında fərq qoymadan yayılan, bütün sərhədləri aşan koronovirus ümumi təhlükədir. Odur ki, indi, belə əlaqələrə daha çox ehtiyac duyulur.

Yeri gəlmişkən, İsrailin baş naziri Benyamin Netanyahu ölkədə karantin elan edilən gün İtaliya daxil olmaqla, Avropadakı bir neçə müttəfiq ölkəyə koronovirusla mübarizədə texnoloji və tibbi resusrları birləşdirməklə bağlı müraciət ünvanlamışdı.

Azərbaycan dövləti də ölkə vətəndaşlarını bu virusdan qorumaq məqsədilə ciddi qərarlar verir. Məsələn, fevralın sonundan ölkənin İranla sərhədi bağlanıb. Məsələ ondadır ki, İran koronovirusun ən çox yayıldığı, ən çox ölümün olduğu ölkələrdəndir. Azərbaycanda isə koronovirusa yoluxma halları çox deyil. Üstəlik, oradakı yoluxmuş insanların əksəriyyəti İranda xəstələnmiş şəxslərdir. Hər halda, Bakıda əmindirlər ki, virusun yayılmasının qarşısını almaq üçün lazımi addımlar atılmalıdır.

Ümudünya Səhiyyə Təşkilatının ekspertlərinin yaxin günlərdə Azərbaycana səfəri gözlənilir. Onlar ölkənin koronovirusla mübarizəyə necə hazırlaşdığını öyrənəcək. Təşkilatın ekspertləri bu məqsədlə digər ölkələrə də səfərlər edir.

Azərbaycan əhalisinin sayı İsrail əhalisinin sayından bir qədər çox – 10 milyon nəfərdir. Martın 12-dək orada 9 nəfərin koronovirusa yoluxduğu, bir nəfərin bu xəstəlikdən vəfat etdiyi məlumdur. Martın 5-dək ölkədə artıq 500 insan karantində idi. İsraildə isə martın 12-nə qədər 126 nəfər bu virusa yoluxmuşdu.

Azərbaycanın İranla həmsərhəd olduğunu nəzərə alsaq, bu ölkədə koronovirusa yoluxma hallarının aşağı olduğunu söyləyə bilərik. Onun cənub qonşusunda 11 min 300 nəfər virusa yoluxub, 500-dən çox insan həyatını itirib.

Azərbaycanda bütün ölkə boyu karantin mərkəzləri yaradılıb. Nəticədə o, xüsusilə İranla sərhəd regionlarda koronovirusun yayılmasına cəld reaksiya verə bilib. Bakı koronovirusun müalicəsi və profilaktik tədbirlər üçün tibbi texnologiylar da alıb.

Bəs koronovirusla mübarizə İsrail-Azərbaycan əlaqələrində yeni mərhələ ola bilərmi? Hər halda, hər iki ölkə xalqın təhlükəsizliyinin təmini məqsədilə eyni bənzər addımıar atır.

Yeri gəlmişkən, Azərbaycan-İsrail əməkdaşlığı müsəlmanlarla yəhudilər arasında mehriban əlaqələrə nümunə kimi məşhurdur. Bu mənada onlar pioner sayılır. Hazırda iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün kifayət qədər ciddi təməl var.

Bu arada, İsrailin Azərbaycandakı səfiri Con Dik ölkə mətbuatına ilk müsahibəsində deyib ki, iki ölkə arasında əlaqələrdə təkcə enerji və kənd təsərrüfatı deyil, yüksək texnologiyalar sahəsi də mühüm əhəmiyyət kəsb edir: “İsrail startaplar ölkəsidir. Ölkəmiz adambaşına düşən startap şirkətinin sayına görə dünyada ilk yerdədir. Başqa sözlə, texnologiyalar və innovasiyalar, həmçinin startaplara görə biz “Silikon vadisi”ndən sonra dünyanın ikinci böyük mərkəziyik. Azərbaycan da innovasiyalar sahəsinə böyük həcmdə investisiya qoyur. Ölkədə İnnovasiyalar Agentliyi açılıb. Fikrimcə, İsrail bu sahədə təbii tərəfdaşdır. Əgər İsrail innovasiyalarını Azərbaycanın müxtəlif sahələrdəki potensialı ilə birləşdirsək, çox şeyə nail ola bilərik”.

Hər halda, dünyanın pandemiya təhlükəsi ilə üzləşdiyi dövrdə beynəlxalq əməkdaşlıq və innovasiyalar sahəsi mühüm əhəmiyyət kəsb edir. Bu gün həm İsrail, həm də Azərbaycan vətəndaşlarını koronovirus təhlükəsində qorumaq üçün lazımi addımları atır. Odur ki, onların bu böhranla mübarizədə bir-birinə ehtiyacı ola bilər.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Jewish Voice

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az