05.06.2020 13:07
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
Koronavirusla mübarizə: Azərbaycanda bunu necə edirlər?

 
 



NV, Ukrayna
23.03.2020


Müəllif: Borislav Bereza (VIII çağırış Ali Radanın deputatı)

Mən hər gün bu ya digər ölkə rəhbərliyinin koronavirus epidemiyasına necə reaksiya verdiyindən nümunələr gətirirəm. Bu gün Azərbaycanda nələr edildiyi haqda danışacağam. Orada görülən tədbirləri Ukraynada da reallaşdırmaq lazımdır. Mən Azərbaycan rəhbərliyini ideallaşdırmaq fikrindən uzağam, lakin onların işində bir strategiya sistemlilik görürəm.

Azərbaycanda koronavirusla mübarizəyə dəstək üçün xüsusi Fond yaradılıb və onun vəsaitinin formalaşdırılması, istifadəsi qaydaları təsdiqlənib. Prezident İlham Əliyev “COVID-19”a qarşı mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqda sərəncam imzalayıb. Yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqqına onların aylıq maaşının 3-5 mislinədək miqdarda müddətli əlavələr edilib.

Bundan başqa, İlham Əliyev koronavirusun törətdiyi fəsadların aradan qaldırılması üçün Nazirlər Kabinetinə 1 milyard manat, yəni 588,2 milyon dollardan çox vəsait ayırıb. Bu, pandemiyadan zərər çəkən sahələrə və subyektlərə – sahibkarlıq fəaliyyətilə məşğul olan hüquqi və fiziki şəxslərə ayrılacaq.

Hazırda Azərbaycanda restoran, kafe və barların fəaliyyətinə vaxt məhdudiyyəti qoyulub. Koronavirusla bağlı testlərin evlərdə aparılması təşkil olunub. Pulsuz.

Koronavirusun dünyada və qonşu ölkələrdə sürətlə yayılması səbəbindən, Azərbaycanda “COVID-19”la mübarizə üçün xüsusi laboratoriyalar yaradılıb. Bundan başqa, mobil laboratoriyalar da fəaliyyət göstərir ki, onlar virusla bağlı şübhələr olduğu halda dərhal ölkənin istənilən bölgəsinə yollana, təcili müayinələr təşkil edə bilər.

Azərbaycanda biznes də yeni hədəflərə yönəldilib və tibbi maskaların istehsalı üçün müəssisələr yaradılıb. Bu da dövlətin dəstəyilə edilir.  

Bu günlərdə isə Azərbaycan ABŞ-ın The Heritage Fondunun hazırladığı “İqtisadi azadlıq indeksi”nə görə, 16 pillə irəliləyərək, reytinq cədvəlində 44-cü yerə yüksəlib. Bu da dövlət siyasətinin bir hissəsi, sonradan koronavirus kimi hallarla mübarizəyə pul ayrıla bilinməsi üçün büdcəni doldurmaq imkanıdır. Ukrayna bu reytinqə... 147-ci yerdədir – Qambiya, Argentina və Mikroneziyanın arasında.

Azərbaycanda isə bu günlərdə yeni təlbirlər kompleksi təsdiqlənərək, reallaşdırılmağa başlanacaq. Vergi tətilindən tutmuş, müəllimlərin epidemiya dövründə xüsusi təminatına qədər. Bütün bunlar problemin həllinə sistemli yanaşmadan xəbər verir. Doğrudur, video sarıdan qıtlıq var. Daha doğrusu, videolar ümumiyyətlə yoxdur. Lakin azərbaycanlıları bu o qədər də maraqlandırmır. Onlar sadəcə, sağ qalmağa hazırlıq görür və dövlət də bunu təmin etməyə hazırdır. Bizim hakimiyyət də məhz bunu öyrənməlidir.

Başqa ölkələrin kompensasiya mexanizmlərindən daha bir nümunə: Çexiyada karantin dövründə işsiz qalmış müəssisələrin əməkdaşları əmək haqqlarının 80%-ni ala biləcək.  Bunu böhran qərargahının təcili toplantısından sonra Çexiyanın baş naziri Andrey Babiş bəyan edib. Elə bilirsiniz Çexiyanın artıq pulu var? Yox. Səbəb daha sadədir. Çexiya hökuməti təkcə karantin elan etmir, həm də vətəndaşların karantin şəraitində yaşamasına şərait yaradır.

İndi bizim dövlətin əsas vəzifəsi təkcə karantin təşkil edərək koronavirusa yoluxmuş vətəndaşlara tibbi yardım göstərmək deyil, həm də ukraynalıların bu situasiyadan sağ çıxmasını təmin etmək üçün kompleks strategiya işləyib hazırlamaq olmalıdır. Bunu bacarmırlarsa, qoy ekspertləri və bu vəziyyətdə nə etməyi bilənləri işə qoşsunlar.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NV

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az