06.04.2020 04:09
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
Azərbaycan ilk “COVID-19” testlərini Türkiyədən alıb

 
 



SABAH, Türkiyə
25.03.2020


Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev yeni tip koronavirus (COVID-19”) üçün ilk testləri Türkiyədən aldıqlarını açıqlayıb.

Şirəliyev dövlət televiziyasına müsahibəsində bildirib ki, görülmüş tədbirlər nəticəsində Azərbaycanda koronavirusun yayılması tempi azalıb. İlk günlərdə əksər ölkələrdə bu virusun müəyyən edilməsi üçün testin olmadığını xatırladan nazir Oqtay Şirəliyev deyib: “İlk günlərdə testlər sadəcə bir neçə tanınmış laborotoriyada, həmçinin Almaniyadakı bir laborotoriyada həyata keçirilirdi. Bakıya bu testlər qardaş Türkiyədən gətirilib. Azərbaycanda ilk xəstələr məhz həmin testlərin köməyilə müəyyən olunub”.

O.Şirəliyev Azərbaycanda artıq bəzi xəstələrin sağaldığını, müalicəsi davam edənlərdə isə yaxşılaşmanın müşahidə olunduğunu bildirib.

Azərbaycanda “COVID-19” ilk dəfə fevralın 28-də İrandan gəlmiş Rusiya vətəndaşında aşkarlanıb. Bu günədək ölkədə 87 nəfərdə koronovirus tapılıb. Onıardan 10-u sağalıb, 1 xəstə isə dünyasını dəyişib.

Hazırda ölkədə 3-ü yaşı 18-dən az olmaqla, 76 xəstənin müalicəsi davam edir.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: SABAH

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az